Britaniya Kralı Çarlz ictimai vəzifələrinə qayıdıb

Britaniya Kralı III Çarlz, martın 27-də xərçəng müalicəsi zamanı yaranan yan təsirlərə görə qısa müddətli xəstəxanada müşahidə altına alınmışdı. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 76 yaşlı monarx həftəsonu evində dincəldikdən sonra bu həftə ictimai vəzifələrinə qayıdıb. Qeyd edək ki, Bukinqem sarayının sözçüsü bu cür yan təsirlərin xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi olmadığını və kralın ümumi müalicə prosesinin müsbət istiqamətdə davam etdiyini bildirib.

Daha çox

Yelloustoun super vulkanının necə püskürəcəyi ilə bağlı məlumat…

Alimlər supervulkanın mümkün püskürməsindən qorxaraq ABŞ-dakı Yelloustoun vulkanının qaynar nöqtəsini həyəcanla izləyirlər. SİA-nın məlumatına görə, geoloq Stanislav Zavatski, püskürmədən əvvəl yer qabığında genişlənən qırılmalar və ölkənin əhəmiyyətli bir hissəsini əhatə edə biləcək mikrozəlzələlər barədə xəbərdarlıq edir. O, hidrotermal kanallarda aktivliyin artdığını və yeraltı təkanlar səbəbindən yaşayış yerlərini tərk edən bizonların davranışını qeyd edir. Geoloq life.ru ilə söhbətində əlavə etdi ki, Yelloustoun adi vulkana bənzəmir; maqmanın aşağıdan qalxaraq mantiya şleyfini əmələ gətirdiyi geniş ərazidir. Buradakı püskürmə adi vulkanın püskürməsini üstələyə və qlobal nəticələrə səbəb ola bilər. Stanislav Zavatski hesab edir ki,…

Daha çox

“SpaceX” ilk insanlı kosmik uçuş missiyasını həyata keçirəcək

İlon Maskın “SpaceX” şirkəti ilk dəfə qütblər üzərində insan iştirakı ilə kosmik uçuş missiyasını həyata keçirəcək. SİA-ın məlumatına görə, missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilir. 1800-cü illərin sonu və 1900-cü illərin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisinin şərəfinə adlandırılmış “Fram2” missiyası “Falcon 9” raketi vasitəsilə bu gün yerli vaxtla saat 21:46-da (Bakı vaxtilə 06:46) Floridadan kosmosa buraxılacaq. Ekipaj dörd astronavtdan ibarətdir. Üç-beş gün ərzində onlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidə həyata keçirəcək və kosmosa uçuşların insan sağlamlığına təsiri ilə bağlı tədqiqat aparacaqlar.

Daha çox

“Putin çox güman ki, Meloninin təklifindən imtina edəcək..?”

Bloomberg: İtaliyanın Baş nazirinin parlaq planı Putini gözdən salacaq..? İtaliyanın baş naziri Corcio Meloni-nin Ukraynanı NATO-nun 5-ci maddəsindəki təhlükəsizlik zəmanətləri çətiri ilə əhatə etməyi təklif edir. Deyilənlərə görə bu, Ukraynanın müharibədən sonrakı təhlükəsizliyi təmin etmək təklifi, lakin üzvlüklə deyil, həm ümidsiz, həm də parlaqdır. Bu, ABŞ və Avropanı Vladimir Putinin 2008-ci ildə Gürcüstana qoşun yeritməsindən bəri qaçmağa çalışdıqları nüvə fövqəldövləti olan Rusiya ilə birbaşa hərbi əlaqə riskini üzərinə götürür. SİA-nın məlumatına görə, bunu Bloomberg Opinion-un köşə yazarı Mark Çempion yazır. …Lakin Meloninin ideyasında dahi bir şey var.…

Daha çox

ABŞ-ın altında 30 termonüvə “çar bombası” yerləşdirilib…

ABŞ bir neçə dəfə təbii fəlakətlərlə üzləşib. 21-ci əsrin əvvəllərindən indiyədək ölkədə yüzdən çox təbii fəlakət – tornadolar, qasırğalar, zəlzələlər və daşqınlar baş verib ki, bu da minlərlə insanın ölümü ilə nəticələnib, böyük iqtisadi ziyana səbəb olub. SİA-nın məlumatına görə, amerikalı alimlər ölkə üçün ciddi təhlükə aşkar ediblər: Vayominq ştatında qədim vulkanın altında yerləşən aktiv maqma anbarı. Kosmik gəmilərdən istifadə edərək mütəxəssislər məşhur milli parkın daxilində təxminən 4000 kvadrat kilometr ərazini əhatə edən böyük bir kalderanı qeydə alıblar. Diqqətli təhlil vulkanın altında çoxlu miqdarda maqmanın olduğunu aşkar edib. Tədqiqatçıların fikrincə,…

Daha çox

Daily Express: “Rusiyada bank böhranı sürətlənir…”

Rusiya banklarının gəlirliliyi 25 faiz azalıb. …Rusiyada iqtisadi böhran: bankların mənfəəti azalır, ipoteka faizləri 30 faizə yaxındır. Rusiya bankları fevral ayında xalis mənfəətinin 25 faiz azaldığını bildirərək, iqtisadi böhranın sürətləndiyini təsdiqləyir. Artan inflyasiya və yüksək faiz dərəcələri bütün ölkədə istehlakçıları və biznesləri vurur. Səlahiyyətlilər inflyasiyanı cilovlamağa çalışdıqları üçün mərkəzi bank mart ayında əsas faiz dərəcəsini 21 faiz səviyyəsində tərk etmək məcburiyyətində qalıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. SİA-nın məlumatına görə, Putin Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı iqtisadiyyatı “dondurmamağa” və pul siyasətini yumşaltmağa…

Daha çox

Bu kupe-krossoverlərdən yalnız 8-i istehsal olunacaq, qiyməti isə…

…Lamborghini Urus krossoveri super güclü kupe versiyasını əldə edib. O, məşhur Mansory tüninq studiyasında yaradılmışdır. Ekstravaqant avtomobil alman şirkətinin İnstaqram səhifəsində yer alıb. Layihə Mansory Venatus Coupe EVO C adlandırıldı və bu, artıq onun yenilənmiş Lamborghini Urus əsasında yaradılmış ikinci “nəşridir”. SİA-nın məlumatına görə, bu kupe-krossoverlərdən yalnız 8-i istehsal olunacaq, qiyməti 500 min dollardan çoxdur. Lamborghini Urus-un tüninqi olduqca hərtərəfli oldu. Krossover arxa qapılarını itirib, ön qapılar isə 20 sm uzadılıb. bBeləliklə, o, yolsuzluq kupesinə çevrilib. Bundan əlavə, Lamborghini Urus krossoveri Mansory-dən bütün ənənəvi aksesuarları – daha aqressiv bamperlər, karbon…

Daha çox

Zelenski Starmerlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədəki səhifəsində bildirib. Kir ABŞ Prezidenti Donald Tramp ilə söhbətinin təfərrüatlarını bölüşüb. Onlar liderlərin Parisdə keçirilən son görüşünün nəticələrini və Rusiya lideri Vladimir Putinə təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə ediblər. “Biz növbəti addımlarımızı əlaqələndirdik və bu həftənin sonunda Ukraynada keçiriləcək görüşə hazırlığı müzakirə etdik”, – Zelenski qeyd edib. Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya baş nazirinin ofisi Starmer və Tramp arasında telefon danışığı barədə məlumat yayıb.

Daha çox

İsrail tələbində israrlıdır

İsrail Qəzza zolağında 40 gün müddətinə atəşkəsin bərqərar olunması müqabilində 11 girovun azad edilməsini istəyir. SİA xəbər verir ki, İsrail ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 girovun buraxılmasında israrlıdır. “The Jerusalem Post” bildirir ki, İsrailin digər tələbi isə Fələstinin radikal HƏMAS hərəkatının oğurlanan və Qəzzada saxlanılan girovların statusu barədə tam məlumat verməsidir. Hazırda HƏMAS yalnız beş girovu azad etməyə razıdır, İsrail isə bunu rədd edib.

Daha çox