Rusiyada çağırış başladı

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı ilə bağlı fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə sənəd hüquqi aktların dərci üçün rəsmi portalda yerləşdirilib. Sərəncama əsasən, kampaniya aprelin 1-dən başlayacaq və iyulun 15-dək davam edəcək. Bu proqram çərçivəsində 160 min nəfər Rusiya Silahlı Qüvvələrində xidmətə çağırılacaq. Çağırış üzrə hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi üçün də həmin sənəddən istifadə edilir.

Daha çox

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Azərbaycan xalqının yaddaşına 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olmuş XX əsrin ən qanlı, amansız faciəsindən 107 il ötür. SİA xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında soyqırımı günü ilə əlaqədar silsilə materiallar – ənənəvi və virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisində 31 Mart hadisələrinin tarixinə xronoloji ardıcıllıq ilə nəzər salınır, soyqırımın acı nəticələri haqqında tarixi faktlar təqdim edilir. Kitabxana əməkdaşlarının hazırladığı sərgidə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında bu hadisələrə siyasi qiymətin verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına…

Daha çox

Almaniyalı siyasətçi sürücülük hüququndan məhrum edilib

Almaniyalı siyasətçi, Xristian Demokrat İttifaqının (CDU) sabiq sədri Armin Laşet yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün sürücülük hüququnu itirib. SİA yerli mediaya istinadla xəbər verir ki, tanınmış siyasətçi doğma şəhəri Aaxendə sürət həddi saatda 50 kilometr olan yolda avtomobilini saatda 97 kilometr sürətlə idarə edərkən radara düşüb. Armin Laşet ötən ilin iyulunda törətdiyi bu qayda pozuntusuna görə 428,5 avro cərimə ödəməli olacaq. Bundan başqa, bu qayda pozuntusu ona 2 cərimə balına və sürücülük hüququnun bir ay müddətinə itirməsinə başa gəlib. Cərimə ilə bağlı qərara etiraz edən siyasətçi avtomobili yüksək…

Daha çox

Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edə bilər

ABŞ Prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadla məlumat verib. Bildirilib ki, bu, onun 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olacaq. Mənbənin sözlərinə görə, səfərin Rusiya və Ukrayna arasında atəşkəs əldə edildikdən sonra baş tutması nəzərdə tutulur.

Daha çox

ABŞ və Britaniya 2024-cü ildə Krım körpüsünə zərbə endirmək planı hazırlayıb

ABŞ, Böyük Britaniya və Ukrayna gizli şəkildə 2024-cü ilin yayında Krım körpüsünə zərbə endirmək üçün əməliyyat planlaşdırıblar. SİA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Krım körpüsünə hücum ATACMS raketləri və yerüstü pilotsuz təyyarələri ilə eyni vaxtda həyata keçirilməli idi. Qəzet yazır ki, Rusiya su keçidində zərbəyə hazırlaşarkən körpünün dayaqlarının mühafizəsini gücləndirib və bu şəraitdə Kiyev hakimiyyəti yalnız raketlərlə zərbə endirməkdə israr etməyə başlayıb. Bu isə ABŞ nümayəndələrinin müqaviməti ilə üzləşib, onlar bu cür taktikaların səmərəsizliyinə işarə edərək bir müddət…

Daha çox

Azərbaycanda 12 günlük bayram tətili başa çatdı

Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. SİA xəbər verir ki, ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi. Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Daha çox

Tramp Ağ Evdəki 200 illik ağacı kəsdirəcək

Ağ Evin yaxınlığında 200 il əvvəl əkilmiş maqnoliya ağacı təhlükəli vəziyyətdə olduğu üçün kəsiləcək. SİA xəbər verir ki, bu barədə qərarı ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. “Hər şeyin sonu olmalıdır və bu ağac dəhşətli vəziyyətdədir, təhlükəsizliyə çox ciddi təhdiddir, xüsusən də Ağ Evin girişində, onu çıxarmaq lazımdır. Bu proses gələn həftə baş verəcək və onun yerinə başqa, çox gözəl ağac əkiləcək”, – o, qərarını əsaslandırıb. Qeyd edək ki, bu ağac təxminən 200 il əvvəl ABŞ-nin yeddinci prezidenti Endryu Cekson tərəfindən əkilib. Tramp qeyd edib ki, ağac…

Daha çox

Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyib

Ötən həftəsonu Ukraynadakı münaqişənin həlli prosesində “böyük irəliləyiş” əldə olunub. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri təfərrüatları açıqlamadan Ukrayna üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş”dən danışmışdı. “Yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik”, – o deyib. Tramp vurğulayıb ki, münaqişələr hər zaman olur, sadəcə, o və komandası onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirlər “Bu, addım-addım baş verir. Liderlər arasında böyük nifrət var, amma…

Daha çox

ADB Azərbaycanda ekoloji, dayanıqlı şəhərlərin dəstəklənməsinə texniki yardımı təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) “Asiya və Sakit Okean hövzəsində şəhərlər üçün daha ekoloji, dayanıqlı və inklüziv yanaşmaların tətbiqi” layihəsinin reallaşdırılması üçün 2,1 milyon ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib. SİA banka istinadən xəbər verir ki, layihə Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Monqolustan, Nepal, Filippin, Marşal adaları, Solomon adaları və Özbəkistanı əhatə edir. Layihənin maliyyələşdirilməsi Şəhər Maliyyələşdirmə Partnyorluğu Mexanizmi çərçivəsində Şəhər Dayanıqlılığı üzrə Məqsədli Fond (1 milyon ABŞ dolları), Su İnovasiyaları üzrə Məqsədli Fond (500 min ABŞ dolları) və Yüksək Texnologiyalar Fondunun (600 min ABŞ dolları) vəsaitləri hesabına həyata keçiriləcək. Layihənin məqsədi…

Daha çox