Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır

Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib. “İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, – o deyib. Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil. “Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, – Lemmi vurğulayıb. “Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, – XİN rəhbəri bildirib. Onun sözlərinə görə,…

Daha çox

Bayram ilə əlaqədar əfv qərarı qüvvəyə mindi

Mərakeş kralı bayram münasibətilə 1533 məhbusu əfv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mərakeş kralı VI Məhəmməd Ramazan bayramı münasibətilə 1533 məhbus, o cümlədən terrorizm və ekstremizm cinayətlərində təqsirli bilinən 31 nəfər üçün amnistiya olunmasını elan edib. Mərakeş Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada, “Kral VI Məhəmməd bayram münasibətilə 1533 məhbusun əfv edilməsinə qərar verib”. deyildi. Açıqlamada terror və ekstremizm cinayətlərində təqsirli bilinən 31 nəfərin də amnistiyadan yararlandığı vurğulanıb. Mərakeşdə kral konstitusiyanın 58-ci maddəsinə uyğun olaraq milli və ya dini günlərdə müxtəlif cinayətlərə görə məhkum olunmuş məhbuslara amnistiya verə…

Daha çox

Netanyahu “Şin Bet” əks-kəşfiyyatının yeni rəhbərini təyin edib

İsrailin Baş naziri Binyamin Netanyahu Eli Şarviti “Şin Bet” daxili kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edib. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, Şarvit bundan əvvəl İsrail Hərbi Dəniz Qüvvələrinin komandanı postunu tutub. O, ölkənin iqtisadi sularında dəniz müdafiə qüvvələrinin yaradılmasını kurasiya edib və HƏMAS, “Hizbullah” və İrana qarşı əməliyyatlara rəhbərlik edib. Şarvit son 29 ildə xidmət işçisi olmadan “Şin Bet” rəhbəri təyin edilən ilk şəxs olub. Sonuncu dəfə 1996-cı ildə – Baş nazir İtshak Rabinin öldürülməsinin qarşısı alına bilinməyəndən sonra bu vəzifəyə kənardan şəxs təyin edilmişdi. Qeyd edək ki, martın…

Daha çox

BDU-nun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Quba rayonuna səfər edib. SİA xəbər verir ki, kollektiv əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib. Ardınca Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub. Əvvəlcə BDU-nun əməkdaş və tələbələri kompleksin ərazisində ucaldılan abidənin önünə əklil və gül dəstələri düzüb, soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər. Daha sonra ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan abidə-muzeyin ekspozisiyası ilə tanış olublar. Kompleksin mütəxəssisləri 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat veriblər.

Daha çox

Tbilisidə polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb

Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Tbilisidə keçirilən etiraz aksiyası zamanı polis avtomobilinə zərər yetirən Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü D.K.-nın saxlanılıb. Nazirliyin yaydığı məlumata görə, 28 mart tarixində Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin…

Daha çox

İrəvanda Almaniya Prezidentinin qarşılanma mərasimi keçirilir

İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Ermənistan prezidenti Vaaqn Xaçaturyan arasında görüşün rəsmi mərasimi başlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Qeyd olunur ki, Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender regional səfər çərçivəsində ötən axşam Ermənistana gəliblər. Daha əvvəl Ştaynmayerin Ermənistanda ölkə prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilmişdi.

Daha çox

Avropadakı azərbaycanlılar Haaqada etiraz aksiyası keçiriblər

Avropada yaşayan Azərbaycanlılar Haaqadakı “Sülh və Ədalət Sarayı”nın qarşısında ədalət çağırışı ilə etiraz aksiyası keçiriblər. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, onlar son vaxtlar Avropa və Niderland parlamentlərində ölkəmizə qarşı qərəzli münasibətlərə etiraz olaraq, “Sülh və Ədalət Sarayı”nın qarşısında yürüş və etiraz nümayişinə çıxıblar. Soydaşlarımız “Sülh və Ədalət paytaxtı” olan Haaqanı ədalətə çağırıblar. Aksiya iştirakçıları ermənilərin vəhşiliyini əks etdirən Xocalı soyqırımı, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart genosidi qurbanlarının ədalətə layiq olduqlarını bəyan ediblər. Xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyini əks etdirən nümayişdə “Etnik təmizləmə qurbanı olan…

Daha çox

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, – qurumdan bildirilib. Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır. Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqının ödəməyəcəyi…

Daha çox

Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, son günlər Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. Qarşı…

Daha çox

Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır

Çinin Mülki Aviasiya Administrasiyası pilotsuz uçuş aparatlarına uçuş fəaliyyəti sertifikat verib. Bu, Çində dronlarla sərnişin daşınması (uçan taksi) dövrünün rəsmən başlanmasıdır. SİA xəbər verir ki, uçuş fəaliyyəti sertifikatı alan uçan avtomobillər (eVTOL – elektrik mühərrikli şaquli qalxma və eniş həyata keçirən təyyarə) yerli “EHang” şirkətinin istehsalı olan dronlardır. EH216-S uçan avtomobilləri dünyanın 4 kateqoriyada (standartlaşma, uçuşa yararlılıq, istehsal və uçuş fəaliyyəti) sertifikat əldə edən ilk eVOLT-udur. EH216-S uçan taksiləri 16 elektrik mühərriki ilə təmin olunub. İki sərnişin tutan bu dronlar yerdən şaquli şəkildə qalxıb-enmək imkanına malikdir. Onun maksimum yük götürmə…

Daha çox