Myanmada Hindistanla sərhəd yaxınlığında 5,0 maqnitudalı yeni zəlzələ baş verib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Mandalay şəhərindən 16 km cənub-şərqdə, zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib. Zəlzələ qurbanlarının sayı 2,7 mini ötüb.
Daha çoxDay: April 1, 2025
Abşeron dairəvi marşrutu üzrə ilk dəfə FLIRT qatarı istifadəyə verilib
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət cədvəlinin optimallaşdırılması çərçivəsində bu xətt üzrə ilk dəfə olaraq İsveçrənin “Stadler” şirkətinin istehsalı olan FLIRT qatarını istifadəyə verib. SİA səhmdar cəmiyyətinə istinadən xəbər veriri, FLIRT qatarı şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə xəttə buraxılıb. Birmərtəbəli, 5 vaqonlu müasir qatarın sərnişin tutumu 550 nəfərədək (268 oturacaq olmaqla) təşkil edir. Qatarın maksimal sürəti 125 km/s, orta sürəti 85 km/s-dir. FLIRT qatarının istifadəyə verilməsi ilə əlaqədar olaraq, Biləcəri stansiyasında 550…
Daha çoxİlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. SİA xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi Prezident Məsud Pezeşkianın salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi. Azərbaycana daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi. Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından…
Daha çoxMəsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
Ötən gün bir sıra media orqanlarında əsassız, yoxlanılmamış və ictimaiyyətdə yanlış təsəvvür yaradan məlumatlar yer alıb. SİA xəbər verir ki, belə ki, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısı guya bağlanıb və həmin şəxs mənzilinə pəncərədən daxil olur. Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş tərəfindən mənzilin bir mövcüd girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub. Qeyri-qanuni…
Daha çoxAğdaşda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr olacaq
Aprelin 4-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaşda keçiriləcək Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələrin təşkil edilməsi nəzərdə tutulur. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Sessiyada aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq, Müzakirələrdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət maliyyə qurumlarının, aparıcı bank və bank olmayan kredit təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Aqrar sektora dövlət dəstəyi mexanizmləri, güzəştli kredit və subsidiyalar, aqrar sığorta imkanları, fermerlərin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi və…
Daha çoxFransızsayağı demokratiya – RAKURS
Fransızsayağı demokratiya – RAKURS
Daha çoxFransada media əməkdaşları etiraz aksiyası keçirirlər
Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar. SİA “Boursorama” saytına istinadla xəbər verir ki, onlar bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Mədəniyyət Nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb. Televiziya işçilərinin həmkarlar təşkilatı bildirir ki, qanun layihəsi qəbul edilərsə çox ciddi nəticələr doğuracaq.
Daha çoxSabah Bakıda 22 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı,…
Daha çoxBinalarda 55 mindən artıq mənzil sənədləşdirilib
Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycanda istismarına icazə verilməyən binalarda 55 mindən artıq mənzil sənədləşdirilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov bildirib. Bundan başqa, onun sözlərinə görə, dövlət başçısının 14 iyun 2023-cü il tarixli “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq qeyri-yaşayış binalarının sənədləşdirilməsi sürətləndirilib: “Fərmanın icrasına il yarımdır…
Daha çoxHərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə: – yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə; – hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına…
Daha çox