Valideynlərini itirmiş şəxslərə birdəfəlik müavinət ödəniləcək

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 (iki min altı yüz) manat müəyyən edilib. Təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş…

Daha çox

Fransada jurnalistlər etiraz aksiyası keçirirlər

Fransada televiziya və radio sahəsində çalışan jurnalistlər 2 günlük tətilə başlayıblar. SİA xəbər verir ki, onlar bir neçə televiziya və radionun bir holdinqdə birləşdirilməsi layihəsinə etiraz edirlər. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin hazırladığı layihə Milli Assambleyanın (parlamentin aşağı palatası) aprelin 10-da keçiriləcək iclasının gündəliyinə salınıb.

Daha çox

Bayram günlərində milli parklara 6 mindən çox turist səfər edib

Bayram günlərində milli parklara 6 min 482 turist səfər edib. Bu barədə SİA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. O bildirib ki, ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir: “Artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır”. Xidmət rəisi vurğulayıb ki, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir: “Belə ki, bayram…

Daha çox

İlham Mirzəliyev Oğuzda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Oğuz rayonunda Oğuz və Qəbələ sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA quruma istinadən xəbər verir ki, qəbul aprelin 11-də saat 10:00-da Oğuz rayonu, Heydər Əliyev küçəsi 1 ünvanında baş tutacaq. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Daha çox

Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin formasını və onun əlavələrini yeni redaksiyada təsdiq edib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələr, vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə…

Daha çox

Özbəkistanda partlayışdan sonra məscid uçub

Özbəkistanın Əndican vilayətində məscidin ərazisində qazın partlaması nəticəsində binanın divarları və dam örtüyü uçub. Üç nəfər ölüb, on nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, partlayış dünən günorta saat 12-dən sonra dəstəmaz alan yerdə baş verib. Partlayış yerinə iki xilasetmə qrupu və iki yanğınsöndürmə briqadası göndərilib. Partlayışın səbəblərini öyrənmək üçün hökumət komissiyası da yaradılıb. Xatırladaq ki, bir neçə həftə əvvəl Özbəkistanın ən böyük kimya zavodunda qaz-hava qarışığı partlayışı baş vermişdi.

Daha çox

ABŞ dünyanı təhdid edir, tariflərlə

ABŞ prezidenti Donald Tramp Amerikanın “azadlıq günü” adlandırdığı 2 aprel Çərşənbə günü əksər ölkələrə idxal tarifləri tətbiq etməyə hazırlaşır. Yeni ticarət müharibəsinin əsas döyüşü dünyanın ən böyük iqtisadiyyatları – ABŞ və Avropa İttifaqı arasında gedir. Tramp çərşənbə günü ABŞ-a iş yerləri gətirəcək və federal büdcəyə trilyonlarla dollar qazandıracaq nəhəng tarif planını açıqlayacağını vəd edib. Martın 4-də etdiyi çıxışında o, tariflərə və idxal rüsumlarına niyə mərc etdiyini açıqlayıb: “Tariflər təkcə Amerikanın iş yerlərini qorumaq deyil, həm də ölkəmizin ruhunu qorumaq üçündür. Tariflər Amerikanı yenidən zənginləşdirməyin, Amerikanı yenidən möhtəşəm etməyin yoludur”. Tarifləri…

Daha çox

Bağlanma stilləri

“Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs, adətən, ana olsa da bəzən ata, nənə, ya da uşağın dayəsi də ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirir. Uşağa baxan şəxs onun tələbatlarını nə qədər yaxşı ödəyərsə, bağlanma da bir o qədər sağlam olar. Tələbatlar dedikdə, ilk növbədə, yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir. Bağlanma nə qədər sağlam olarsa, şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar: “İnsanın…

Daha çox

ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib. SİA bu barədə ADY-yə istinadən xəbər verir. Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 sərnişin səfər edib.

Daha çox

Azərbaycan istehlakçı hüquqları üzrə Mentorluq Proqramına qoşulub

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub. SİA quruma istinadən xəbər verir ki, proqramın məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında təcrübə mübadiləsini təmin etmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdırmaqdır. Mentorluq Proqramı çərçivəsində Dövlət Agentliyi və Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsi nümayəndələrinin iştirakı ilə “İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər” mövzusunda onlayn formatda ilk seminar təşkil edilib. Seminarda hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud təcrübəsinə və fəaliyyətinə dair təqdimatlar nümayiş…

Daha çox