Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxDay: April 1, 2025
Zalujnı seçkilərdə iştirakı ilə bağlı açıqlama verib…
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnının seçkilərdə iştirakı və ya iştirak etməməsi qeyri-müəyyənliyin əsas amili olaraq qalır. Keçmiş baş komandanın özü isə Kiyevin siyasi dairələrinin çoxsaylı emissarları ilə söhbətlərində vəziyyəti aydınlaşdırmağa tələsmir. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna “Seçkilər, Tramp və barışıq. Hakimiyyət və müxalifət nədən qorxur və nəyə hazırlaşır?” məqaləsində deyilir Konkretliyin olmaması həmişə şayiələrə səbəb olur. Zalujnı məsələsində bəziləri onun mütləq prezident seçkilərində iştirak edəcəyini iddia edir. “Bu məsələ ilə bağlı cavabım dəyişməyib. Müharibə getdiyi bir vaxtda biz hamımız çalışmalıyıq ki, ölkəni…
Daha çoxAntalya turizminin tacı Belek
Türkiyənin ən yaxşı turistik bölgəsi sayılan Antalyada cənnəti xatırladan bir məkan var. Bura Belekdir. Belek Türkiyənin Antalya vilayətinin Serik rayonunda yerləşən bir məhəllədir. 2024-cü ilin hesabatına görə onun Belekin 10 min 800 nəfər əhalisi var idi. SİA xəbər verir ki, Belek Türkiyənin turizm sənayesinin mərkəzlərindən biridir və otuzdan çox dörd və beşulduzlu otellərə və bir çox digər yerləşdirmə xidmətləri və əyləncə obyektlərinə ev sahibliyi edir. Şəhər və onun ətrafı yeddi bulaqdan alınan kurortları və mineral suları ilə məşhurdur. Belek Beynəlxalq Qolf Tur Operatorları Assosiasiyası (IAGTO) tərəfindən Avropada İlin Ən Yaxşı…
Daha çoxDeputat sahibsiz heyvanlara dair təkliflərlə çıxış edib
“Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir: “Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər…
Daha çox“Bu yalanlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur”
“Dünyanın nəhəng ölkələrinin, beynəlxalq təşkilatlarının həll edə bilmədiyi Qarabağ münaqişəsini Azərbaycan 44 gündə həll etdi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Əziz Ələkbərli deyib. Onun sözlərinə görə, bölgəni münaqişə ocağı etmək istəyənlər də həmin dövlətlərdir: “ABŞ-ın təşkilatları Azərbaycanın 1 milyon insanı qaçqın olmamış kimi, mədəniyyət abidələri istismar olunmamış kimi, torpaqları işğal olunmamış kimi utanmadan Azərbaycanı ittiham etməyə çalışırlar. Bu yalanlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük. Azərbaycanlı və müsəlman olduğuna görə Qərbi azərbaycanlıları indiki Ermənistana gödərmək lazımdır.…
Daha çoxTesla avtosalonunda yanğın baş verib…
İtaliyanın paytaxtı Romada Tesla Inc şirkətinin sərgi salonunda yanğın baş verib. 17 avtomobilə ziyan dəyib. SİA-nın məlumatına görə, bu barədə Bloomberg yerli yanğınsöndürmə xidmətinin məlumatlarına istinadən xəbər verir. Yanğınsöndürmə xidməti bildirib ki, alov avtomobillərin dayandığı binaya qismən təsir edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində polis əməkdaşları işləyir və yanğınsöndürənlərə köməklik göstərirlər. Tesla avtomobilləri, dilerləri və şarj stansiyaları son həftələrdə şirkətin baş direktoru İlon Maskın hərəkətlərinə cavab olaraq görülən bir sıra vandalizm hücumlarına məruz qalıb. Əli Babayev
Daha çoxParlament “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi son oxunuşda qəbul edib
Diplomatik korrespondensiyanın daşınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. SİA xəbər verir ki, Milli Məclis bununla bağlı “Feldyeger rabitəsi haqqında” qanuna dəyişikliyi bugünkü plenar iclasda üçüncü oxunuşda müzakirə edib. Qeyd edilib ki, qanun layihəsində iki dəyişiklik (mahiyyətcə və texniki xarakterli) nəzərdə tutulur. Yeni məzmunda təklif olunan 3.2-ci maddə ilə müvafiq icra hakimiyyəti orqanı diplomatik korrespondensiyanın daşınması qaydasını müəyyən edən orqan kimi təsbit edilir. İkinci dəyişiklik isə qanunvericilik texnikası baxımından edilən dəyişiklikdir. Layihə müzakirələrdən sonra son oxunuşda qəbul olunub.
Daha çoxKOBİA gənc sahibkarlarla bağlı ötənilki fəaliyyətini açıqlayıb
2024-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40 %-ni gənclər təşkil edib. SİA KOBİA-ya istinadən xəbər verir ki, təkcə biznes subyektini vergidən azad edən “Startap” şəhadətnaməsi almış KOB-ların 30 %-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30 %-i gənc sahibkarlar və startaplardır. KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri…
Daha çox“Bizə qarşı ikili yanaşmalar davam edəcək”
“1992-ci ildə Xocalıda törədilmiş soyqırım ilə, 1918-ci ildə baş verən soyqırımlar eyni vəhşiliklə baş tutmuşdur”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zaman çıxışında deputat Azər Badamov deyib. Onun sözlərinə görə, bu, erməni xislətinin dəyişmədiyini göstərir: “Azərbaycan 44 gün ərzində torpaqlarını işğaldan etdi. Müharibənin bitdiyi ilk gündən sülh müqaviləsi bağlamaq üçün Azərbaycan çalışır. Lakin Ermənistan sülhdən qaçır. Bizə qarşı ikili yanaşmalar davam edəcək. Ona görə də bunun baş verməməsi üçün yeganə çıxış yolu Prezidentimizin ətrafında birləşməkdir”.
Daha çoxQərb Ukrayna ilə bağlı danışıqlarda Trampın səhvindən danışıb
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlara çox erkən başlayıb. SİA-nın məlumatına görə, bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris “The Duran” YouTube kanalına müsahibəsində bildirib. …Rusların dağıdılması, vəziyyətin Ukrayna üçün həqiqətən təhlükəli olduğu zaman bizə əsl böhran lazımdır ki, insanlar nəhayət öz fikirlərini toplayıb danışıqlara razı olsunlar. Bunu ekspert izah edib. Bundan əvvəl “The Washington Post” yazıb ki, Trampın Rusiya ilə bağlı son sözləri onun Moskvaya və Ukraynadakı münaqişəyə münasibətinin dəyişdiyini göstərir. Nəşrin jurnalistləri qeyd ediblər ki, bu şərhlər Trampın səlahiyyət müddətinin əvvəlində Rusiyaya qarşı yürütdüyü daha yumşaq…
Daha çox