Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin artırılmasını son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirə edilib. Qeyd edilib ki, dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir. Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi…
Daha çoxDay: April 1, 2025
Un niyə bahalaşıb? – İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Un niyə bahalaşıb? – İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
Daha çoxİcma sədri ABŞ-ı Ermənistana missiya göndərməyə çağırıb
“Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib. İcma sədri deyib ki, məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən…
Daha çoxLitvada itkin düşən 3 ABŞ əsgəri ölü tapılıb
…Litvada təlimlər zamanı itkin düşən 3 ABŞ əsgəri ölü tapılıb. Dördüncünün axtarışı davam edir. SİA-nın məlumatına görə, RİA Novosti ABŞ-ın Avropa və Afrikadakı Ordu Komandanlığının (USAREUR-AF) mətbuat xidmətinə istinadən xəbər verir. Bu ərəfədə USAREUR-AF Litvada keçirilən adi taktiki təlim zamanı 4 amerikalı hərbçinin itkin düşdüyünü açıqlayıb. …Bu gün, martın 31-də Litvada üç amerikalı əsgərin meyiti tapılıb. Qohumlarına bildirilənə qədər şəxsiyyətləri gizli saxlanılan əsgərlər martın 25-də səhər tezdən M88A2 “Hercules ARV” ilə hərəkətsizləşdirilmiş taktiki xidmət maşınının təmiri və yedəklənməsi üzrə əməliyyat keçirərkən itkin düşüblər. USAREUR-AF “qalan dördüncü əsgərin axtarış-xilasetmə işlərinin davam…
Daha çoxLaçın səmasında göz oxşayan göy qurşağı
Laçın təbiəti bütün fəsillərdə əsrarəngiz gözəlliyi ilə diqqət çəkir. Yaz günlərində Laçın səmasını bəzəyən göy qurşağı möhtəşəm mənzərəyə səbəb olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, ötən gün qeydə alınan təbiət hadisəsi Laçın şəhərinin bir çox ərazilərindən aşkar şəkildə seyr edilib. Öncə yağıntılı hava müşahidə edilib daha sonra isə bir-birinə paralel şəkildə səmada əks olunan iki göy qurşağı həm də nəhəngliyi ilə diqqət çəkib.
Daha çoxAzərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycan gömrüyünün saxladığı tibb, təsərrüfat, inşaat və elektronika mallarını 5-ci dəfə – qiyməti 50 % aşağı salınmaqla açıq hərraca çıxarır. SİA quruma istinadən xəbər verir ki, hərrac aprelin 21-də, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. İnvestorlara start qiyməti 18 656 manat olan 375 adda tibb, təsərrüfat və inşaat malları, eləcə də start qiyməti 7 303 manat təşkil edən 369 adda elektronika məhsulu təklif olunacaq. Hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start…
Daha çoxNazirlər Kabineti dövlət rüsumu ilə bağlı daha bir qərarı təsdiqləyib
Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Nazirliyin sərəncamındadır, onun sərəncamçısı dəyişdirilə bilməz. Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyində Nazirlik üçün xüsusi xəzinə hesabı açılacaq. Bundan başqa, büdcədənkənar vəsaitin Nazirliyin Aparatı və strukturuna daxil olan qurumları arasında bölgüsü…
Daha çoxFikonu axmaq adlandırırdılar
…Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampla söhbətinə görə Slovakiyanın baş naziri Robert Fikonu axmaq adlandırıb. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bu barədə Slovakiya hökumətinin başçısının özü bildirib. Fiko, xüsusən də Trampla ABŞ-ın Avropa İttifaqına (AB) qarşı tətbiq etdiyi tariflər məsələsini müzakirə etdiyini izah edib. …O, məni çox danladı: Robert, sən nə etdin? Niyə Trampla belə danışıqlar apardın? Normalsan? O, məni yarım saat danladı, dedi ki, mən tamamilə axmaqam. Bunu siyasətçi deyib. Daha əvvəl Fiko bildirmişdi ki, Slovakiya Rusiyaya qarşı yeni sanksiyaların Ukraynadakı münaqişənin…
Daha çox“ADY” QSC lisenziya və icazə tələbindən azad olunur
“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunacaq. SİA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edilib ki, lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla, “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri…
Daha çox“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Balakəndə tədbirlər keçirdi
Kiber oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, bu sahədə sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub. Bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. Eyni zamanda, sakinlərə internet resursları üzərindən törədilən cinayətlərlə bağlı məlumatverici vərəqələr paylanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı vətəndaşlara izah olunub ki, bank və digər şəxsi məlumatlar heç bir halda qarşı tərəfə ötürülməməli, mobil internetin sürətinin…
Daha çox