Valeh Məhərrəmli dünyasını dəyişdi


NEKROLOQ

Bu gün “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. V.Məhərrəmli 1952-ci ildə fevral ayının 1-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur.

“Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olan “Səs” qəzeti yarandığı gündən burada işləyən Valeh Məhərrəmli bir il tərcüməçi kimi fəaliyyət göstərib, 1991-ci ildə “Səs” qəzetinə rus dilində yazılmış proqram və nizamnamələri təcrümə edib, daha sonra müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

“Səs” qəzetinin 34 illik tarixində ən uzun fəaliyyət göstərən əməkdaşı olub. Özünün dediyi kimi, “Səs” qəzeti onun üçün həmişə doğma idi. Kollektivdə həmişə səmimi davranışları ilə seçilirdi. Qəzetdə işlədiyi müddətdə siyasi yazılardan əlavə, qeyri-adi hadisələr haqqında 20-dən çox irili-xırdalı kitablar yazıb.

Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini işıqlandıran “Səs” qəzetinin aparıcı müxbirlərindən olan V.Məhərrəmli Yeni Azərbaycan Partiyasının yaranmasında, təbliğində xüsusi fəallıq göstərmişdir. Onun bu xidmətləri YAP və dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib, “Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

Əlaqəli Xəbərlər