“Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi”

“Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində Ştaynmayerin İnstaqram səhifəsində Qarabağ separatçılarının “bayrağı”nın yayımlanması Azərbaycanda haqlı etiraza səbəb oldu. Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Berlin bu hadisəyə görə dərhal Azərbaycandan üsr istədi, Almaniya Prezidentinin səhifəsində texniki səhvə yol verildiyi və həmin səhvin düzəldiyi açıqlandı. Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlu sözlərinə belə davam edib: “Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verdilər. Birincisi, Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağın Azərbaycana aid olduğunu təsdiq etdi.…

Daha çox

Məhkəmə Qutsulun azadlığa buraxılması tələbini rədd edib

Kişinyov Apellyasiya Məhkəməsinin hakimləri Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun həbsdən azad edilməsi tələbini rədd edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qutsulun vəkili Sergey Morarunun məhkəmə zalını tərk edərkən dediyi kimi, hakimlər kollegiyası siyasətçinin həbsi ilə bağlı ilkin qərarı dəyişməz qalıb. Eyni zamanda vəkil hesab edir ki, Qutsula qarşı irəli sürülən ittihamlar siyasi xarakter daşıyır. …Hakimlər kollegiyası Qutsulun 20 sutka həbsdə qalmasına qərar verib. Xatırladaq ki, Qutsul 20 sutka həbs edilib – ona qarşı dörd maddə üzrə ittiham irəli sürülüb: 2023-cü il seçki kampaniyasının…

Daha çox

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rənglə işıqlandırılıb

Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb. SİA xəbər verir ki, aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib. Hər il aprelin 2-də Dünya Autizm Maarifləndirmə Günü, aprel ayının isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edildiyini bildirən “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova fikirlərinə belə davam edib: “Autizm anadangəlmə olan və ömürboyu davam edən neyroinkişaf pozuntusudur.…

Daha çox

İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Cənab Prezident, əziz qonaqlar, xoş gəlmisiniz. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bizim elə indicə cənab Prezidentlə məhsuldar görüşümüz oldu. Görüş zamanı biz ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdik. Almaniya Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olub. Biz keçən il Berlində görüşmüşdük və mən dəvətimi qəbul etdiyinizə görə Sizə…

Daha çox

Uşaq arabası sürən qadını vuran bloger Hacıyev evə göndərilib…

Moskva Vilayət Məhkəməsi BMW markalı avtomobili ilə drift edərkən qadını uşaq arabası ilə vuran blogger Hacı Hacıyevi ev dustaqlığına buraxıb. SİA xəbər verir ki, “İzvestiya” bu barədə Hacıyevin maraqlarını təmsil edən vəkil Dilan Rəcəviyə istinadən məlumat yayıb. …Bu gün Moskva Vilayət Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin edib və Odintsovo Şəhər Məhkəməsinin Hacıyevin həbs qətimkan tədbirinin qanunsuz və əsassız olduğuna görə onun barəsində ev dustaqlığı seçilməsi ilə bağlı həbs qətimkan tədbirinin uzadılması barədə qərardadını ləğv edib, – deyə nəşr vəkildən sitat gətirir. Məhkəmə Hacıyevin Dağıstanda yaşadığı yerdə ev dustaqlığına buraxılması barədə…

Daha çox

Media Maskın ABŞ hökumətindən getdiyini deyir…

Amerikalı milyarder İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən “yaxın həftələrdə” istefa verə və diqqətini biznesə yönəldə bilər. SİA xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən yazır. …Tramp yaxın ətrafına, o cümlədən kabinet üzvlərinə İlon Maskın yaxın həftələrdə hakim partnyor kimi hazırkı vəzifəsindən istefa verəcəyini bildirib, – nəşr yazır. Politico-nun mənbələrinin qeyd etdiyi kimi, ABŞ Prezidenti Donald Tramp Maskdan və onun ABŞ hökumətinin Hökumətin Səmərəliliyi Departamentindəki təşəbbüslərindən razı qalır, lakin qərara alındı ​​ki, tezliklə “Maskın öz işinə qayıtması və köməkçi rol alması vaxtıdır”. Bundan əvvəl…

Daha çox

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib: – Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Həm təkbətək görüşdə söhbət əsnasında, həm…

Daha çox

Meksika prezidenti BRİKS sammitində iştirakdan imtina etdi

Meksika prezidenti Klaudiya Şeynbaum BRİKS sammitində iştirak etməyəcəyini, lakin tədbirə nümayəndə göndərəcəyini bildirib. …Mən getməyəcəyəm. Yəqin ki, tədbirə kimisə göndərəcəyik. SİA-nın məlumatına görə, TASS onun sözlərindən sitat gətirib. Bundan əvvəl Braziliya BRİKS sammitinə Meksika, Uruqvay və Kolumbiyanı dəvət etmişdi. Braziliya bu il assosiasiyaya sədrlik edir. İyulun əvvəlində Rio-de-Janeyroda liderlər sammitinin keçirilməsi planlaşdırılır. Əli Babayev

Daha çox

Zəlzələdən sonra ölkəyə gələcək turistlərin azalacağı qorxusu…

…Banqkokda baş verən son zəlzələlərdən sonra Taylandlı otel sahibləri ciddi narahatlıqlarını ifadə edirlər. Tayland Otelçilər Assosiasiyasının prezidenti Tienprasit Çayapatranun, növbəti iki həftə ərzində xarici turistlərin gəlişinin 10-15 faiz, bəlkə də daha çox azalacağını proqnozlaşdırır. SİA-nın məlumatına görə, turizm sənayesinin nümayəndələrini xüsusilə narahat edən məsələ Tayland üçün əsas olan Çin bazarıdır. Çinli turistlər tətil zamanı onların təhlükəsizliyinə təhlükə yarada biləcək hər hansı hadisəyə çox həssas olurlar. …Assosiasiya qeyd edir ki, hələlik mütəşəkkil turist qrupları üçün çarter reyslərinin ləğvi olmayıb. Bununla belə, hələ bilet almamış fərdi səyahətçilər planlarını yenidən nəzərdən keçirə bilərlər.…

Daha çox