İtaliyada doğum səviyyəsi kəskin azalıb. Hər qadın üçün doğum nisbəti 1995-ci ildəki göstəricidən aşağı düşərək tarixi minimuma enib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Ötən il İtaliyada 370 min uşaq doğulub. 2023-cü ildə bu göstərici 526 min idi. 2024-cü ildə hər qadına üçün doğum nisbəti 1,18 uşaq olmaqla 1995-ci ildəki minimum 1,19-luq göstəricidən də aşağı düşüb.
Keçən il İtaliyada ömür uzunluğu 2023-cü ilə nisbətən 5 ay artaraq 83,4 yaşa çatıb. Ölkədə doğuş qabiliyyətinin azalması ilə yanaşı, orta doğuş yaşı da artaraq 32,6-ya yüksəlib.
Bundan başqa, 2024-cü ilin sonuna daimi əhalinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37 min nəfər azalaraq 58 milyon 934 min nəfərə enib. Əhali sayındakı azalma 2014-cü ildən fasiləsiz davam edir.