Aprelin 2-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:40-da “CoinMarketCap” platformasında 1.31% bahalaşaraq 84 294 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.81% artaraq 1860 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.55%, BNB isə 1.96% ucuzlaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxDay: April 2, 2025
Türkiyə gücünü milli iradədən alan rəhbərliklə yoluna davam edir
Türkiyə son dövrlərdə həm daxildə, həm də xaricdə intensiv dezinformasiya kampaniyalarına qarşı mübarizə aparır. Ana müxalifət partiyasındakı daxili çəkişmələr və bu prosesdə ictimaiyyətə əks olunan iddialar dəhşətvericidir. Təəssüf ki, bu qədər ciddi iddialar qarşısında utanc hissi keçirməli olanlar ictimai vicdana hesab vermək əvəzinə yalan və iftira siyasətini davam etdirir, manipulyasiyaya əl atırlar. SİA xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun ölkədə baş verən son hadisələrə dair açıqlamasında yer alıb. Altun, sosial media hesabından verdiyi açıqlamada Türkiyəyə qarşı iqtisadi sabitliyi və investor etimadını sarsıtmağa…
Daha çoxDünya bazarlarında neft cüzi ucuzlaşıb
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Daha çoxFrank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi. Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Daha çoxBaş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək
Baş prokuror Yevlaxda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev cari il aprelin 11-də, saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında Yevlax, Ağdam, Goranboy, Naftalan, Tərtər rayon və Mingəçevir şəhər sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yevlax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun…
Daha çoxNyu-York birjasında təbii qaz cüzi bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, mayda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,03% artaraq 3,949 ABŞ dolları təşkil edib.
Daha çoxAlmaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha çoxTürkiyədə boykot çağırışı edənlər barəsində təhqiqat aparılır
İstanbul Respublika Baş Prokurorluğu Türkiyədə yerli mal və müəssisələrə qarşı boykot çağırıı edən şəxslər barədə təhqiqata başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, prokurorluğun açıqlamasında “nifrət və ayrı-seçkilik” və “əhalini kin və düşmənliyə təhrik etmək” ittihamı ilə başlanan təhqiqata ənənəvi və sosial mediada əhalinin müəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərməyi hədəfləyən, əhali arasında boykot çağırışları olaraq bilinən fikir ayrılığı yaradan ifadələr işlədən və bu çağırışları yayan şəxslərin cəlb olunacağı bildirilir. Prokurorluq bununla yanaşı, bu çağırışlar əsasında Türkiyənin bəzi iş yerlərinə qarşı fiziki və şifahi zorakılıq halları ilə bağlı başladılan…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% artaraq 3 147,5 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,69% artaraq 34,55 ABŞ dollarına bərabər olub.
Daha çoxAzərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çox