Ekvador prezidenti Daniel Noboa ABŞ prezidenti Donald Trampdan narkotik kartelləri ilə mübarizədə kömək istəyib. SİA bu barədə Noboanın Sucesos radiostansiyasına müsahibəsinə istinadla xəbər verir. “Biz xahiş etmişik ki, hazırda vətəndaşlarımızın əmin-amanlığını pozan narkotik-terror qrupları terrorçular siyahısına salınsın”, – o deyib. Noboa xatırladıb ki, ABŞ qanunları xaricdə ABŞ-ın düşməni kimi tanınan terrorçulara qarşı hərbi güc tətbiq etməyə icazə verir. Ekvadorlu siyasətçi bunu Floridadakı Mar-a-Laqo malikanəsində Trampla şəxsi görüşdən sonra deyib. Onun sözlərinə görə, Amerika lideri ilə qeyri-rəsmi söhbəti zamanı miqrantlarla mübarizə və Venesuelaya qarşı sanksiyalar, habelə narkotiklərin qanunsuz dövriyyəsi və qeyri-qanuni…
Daha çoxDay: April 2, 2025
Almaniya Ukraynaya 11 milyard avro hərbi yardım ayıracaq
Almaniya Ukraynaya 11 milyard avro həcmində hərbi yardım ayıracaq. SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb. O bildirib ki, həmin vəsaitin 3 milyardı ölkəyə bu il, geri qalan 8,25 milyard dollarlıq hissəsi isə 2025 – 2029-cu illər arasında veriləcək.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.03% – 41,989.96 bəndədəkazalıb, S&P 500 indeksi 0.38% – 5,633.07 bəndədək, Nasdaq indeksi isə 0.87% – 17,449.89 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 1-də FTSE 100 indeksi 0.61% – 8,634.80 bəndədək, Fransanın CAC-40 indeksi 1.10% – 7,876.36 bəndədək, Almaniyanın DAX indeksi 1.70% – 22,539.98 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.05% azalaraq 1.0788 dollar təşkil edib.
Daha çoxMüsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyası yaradılıb. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, cari il fevralın 20-28-də keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyasına bu gündən etibarən 5 iş günü müddətində elektron qaydada ([email protected] elektron poçtuna) müraciət ünvanlamaq mümkündür.
Daha çoxHakan Fidan sabah Fransaya rəsmi səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, nazir səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barrotla görüşəcək. Görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya da daxil olmaqla, cari regional və beynəlxalq hadisələrin müzakirə predmeti olması gözlənilir.
Daha çoxAzərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları, yaxud 0,54 % artaraq 78,71 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 77,68 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,45 ABŞ dolları və ya 0,59% artaraq 76,91 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…
Daha çoxABŞ üç vilayətə hücum etdi
ABŞ “Ənsar Allah”a qarşı əməliyyat çərçivəsində Yəmənin üç vilayətinə hücum edib. SİA xəbər verir ki, bu barədə Husilərin “Al Masirah” telekanalı məlumat yayıb. Zərbələr Hodeyda, Saada və Hacja əyalətlərində qeydə alınıb. Hodeyda əyalətinin strateji əhəmiyyəti onun beynəlxalq hava limanı və üç mühüm limana ev sahibliyi etməsi və bölgənin həm də uzun sahil zolağına malik olması ilə müəyyən edilir. Martın 15-də ABŞ Prezidenti Donald Tramp yəmənli husilərə qarşı hərbi əməliyyatların başlanması əmrini verib. Tramp bildirib ki, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi…
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 9. “20…
Daha çoxBritaniyalı deputat parlamentdə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü yad edib
Böyük Britaniya Parlamentinin üzvü Bob Blakman 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Britaniya Parlamentində çıxış edib. SİA xəbər verir ki, deputat çıxışında azərbaycanlılara qarşı törədilmiş qətliamı xatırladaraq, İcmalar Palatasının bu dəhşətli hadisələr zamanı həyatını itirən insanları ehtiramla yad etməsinin vacib olduğunu deyib. Blakman çıxışında Qarabağın işğaldan azad edilmiş ərazilərindəki mina təhlükəsinə də toxunub. O, qeyd edib ki, hazırda bu ərazilərdə yüzlərlə mina əl ilə təmizlənməkdədir. Deputat Böyük Britaniya hökumətinə müraciət edərək Azərbaycanın minatəmizləmə səylərinə dəstək göstərilməsini istəyib: “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın ildönümündə faciəvi şəkildə həyatını itirənləri yad etmək…
Daha çoxFinlandiya piyada əleyhinə minaların qadağan edilməsi haqqında konvensiyadan çıxmağa hazırlaşır
Finlandiya Piyada Əleyhinə Minaların Qadağan edilməsi Haqqında Ottava konvensiyasından çıxmağa hazırlaşır. SİA Finlandiya mediasına istinadla xəbər verir ki, bu barədə hökumətin saytında yerləşdirilmiş bəyanatda qeyd olunub. “Hazırda Finlandiyaya qarşı birbaşa hərbi təhdid yoxdur. Ottava sazişinin qüvvədən düşməsi təhlükəsizlik sahəsində dəyişikliklərə müxtəlif üsullarla hazırlaşmaq imkanı verir”, – deyə ölkənin Baş naziri Petteri Orpo vurğulayıb. Finlandiya baş nazirinin sözlərinə görə, Helsinkinin xarici siyasətinin əsas hədəfləri “Finlandiyanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi, ölkənin hərbi münaqişələrə cəlb edilməsinin qarşısının alınması, finlərin təhlükəsizliyi və rifahının təmin edilməsidir”. Bundan başqa Finlandiya Dövlət Şurası 2029-cü ilə…
Daha çox