FHN-in yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi ilə bağlı səlahiyyəti ləğv edilib

Nazirlər Kabineti 15 oktyabr 1998-ci il tarixli “Su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yeraltı su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi Baş sxemini, hövzə və ərazi sxemlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərenerji” Səhmdar Cəmiyyətinin iştirakı ilə hazırlayacaq. İndiyə…

Daha çox

Yerin ən qədim bakteriyasını ehtiva edən göl aşkar edilib…

…Tədqiqatçılar heyrətamiz kəşf ediblər: buzun altında dünyada analoqu olmayan unikal ekosistem gizlənib. Alimlərin fikrincə, o, Yerdəki bütün həyatın kvintessensiyasını ehtiva edir. SİA-nın məlumatına görə, İtaliya Milli Tədqiqat Şurasının bir qrup alimi Antarktika buzlarında mahiyyət etibarilə Yerin ilkin həyatını ehtiva edən Eniqma adlı donmamış göl aşkar ediblər. Bu buzaltı su anbarının dərinliyi ən azı 12 metrdir və o, xarici aləmdən 11 metrlik buz təbəqəsi ilə ayrılıb. Əvvəllər elm ictimaiyyəti Antarktidadakı Kraliça Viktoriya Torpağının şimal hissəsindəki bu bölgənin tamamilə donduğuna inanırdı. Lakin məlum olub ki, 11 metr dərinlikdə maye su təbəqəsi var.…

Daha çox

“Hakim partiyalar arasında dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir”

“Hər birinizi “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda salamlamaqdan məmnunluğumu ifadə edir, dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürümü bildirir və konfransın işinə uğurlar arzulayıram”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda çıxışı zamanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır: “Azərbaycan…

Daha çox

Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir

Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir. SİA xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov aprelin 2-də Bakıda keçirilən “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq, ilk növbədə, qarşılıqlı iqtisadi faydaya əsaslanır: “Hazırda bəşəriyyətin gələcəyi naminə dövlətlərin və xalqların ciddi düşünməsinə zəmin yaranıb. Ona görə də əməkdaşlıqların, qarşılıqlı dəyərlər sisteminin yenidən qurulmasına ehtiyac var”. Ə.Əhmədov bildirib ki, Çin dünyanın iqtisadi cəhətdən güclü dövlətlərindən biri və…

Daha çox

Finlandiya Qərbi Rusiyaya qulaq asmağa çağırır..?

Helsinki Universitetinin professoru Tuomas Malinen hesab edir ki, Qərb Rusiya rəhbərliyinin Ukrayna məsələsi ilə bağlı bəyanatlarına qulaq asmalıdır. SİA-nın məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində yazıb. …Kreml Ukrayna və Avropa təhlükəsizlik strukturu ilə bağlı məqsədlərində çox ardıcıldır. Biz ona qulaq asmalıyıq. Bunu Malinen deyib. O, bundan əvvəl də ölkəsinin Rusiya ilə bağlı siyasətini tənqid edib. Daha sonra Stubbın Moskvaya qarşı “sərt” olmaq çağırışına cavab olaraq siyasətçinin təkcə Finlandiya üçün deyil, bütün Avropa üçün təhlükəli olduğunu bəyan edib. Malinen həmçinin Stubbı militarist siyasətinə görə tənqid edib və bunun utancverici…

Daha çox

Avropa İttifaqı Türk dünyası ilə yaxınlaşır

Avropa İttifaqının (Aİ) Türk dövlətləri ilə əlaqələri dərinləşdirmək üçün atdığı son addımlar, gələcək əməkdaşlığın daha da genişlənməsinə dair əhəmiyyətli bir siqnal kimi qiymətləndirilə bilər. Bu strateji dönüş kontekstində Türkiyə, Azərbaycan və Mərkəzi Asiya respublikaları kimi Türk dövlətləri Avropa İttifaqı üçün həm etibarlı tərəfdaş, həm də yeni əməkdaşlıq imkanları təqdim edən regionlar kimi ön plana çıxır. Aprel ayı ərzində planlaşdırılan görüş və məsləhətləşmələr bu intensivliyin artaraq davam edəcəyinə işarədir. Görünən odur ki, bahar havası münasibətlərin yenidən canlandırılması üçün maksimum dərəcədə səmərəli şəkildə istifadə ediləcək. Bu fikirləri politoloq Aqil Məmmədovun “Avropa İttifaqı…

Daha çox

Belqradda UEFA-nın 49-cu Konqresi keçirilir

Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresi öz işinə başlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konqresdə çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın ən mühüm idman tədbirlərindən birinə ev sahibliyi etmək üçün Belqradı seçdiyinə görə təşkilatçılara təşəkkürünü bildirib. “İnanıram ki, konqres uğurla keçəcək, müzakirələrin nəticələri Avropada və dünyada futbol ictimaiyyətinin güclənməsinə töhfə verəcək”, – deyə Serbiya Prezidenti əlavə edib. Konqres Avropa futboluna təsir edən qərarlar qəbul etmək üçün UEFA-ya üzv olan 55 milli assosiasiyanın prezidentlərini və baş katiblərini bir araya gətirib. İştirakçılar həm UEFA, həm də assosiasiyalardan gələn qərarları,…

Daha çox

“Azərbaycan strateji tərəfdaşımızdır və qarşılıqlı əməkdaşlıq edirik…”

Çin və Azərbaycan strateji tərəfdaş olaraq bir-birinə səmimi yanaşır və qarşılıqlı əməkdaşlıq edirlər. İki ölkə arasında dostluq min illik tarixi köklərə malikdir və bu münasibətlər bu gün də inkişaf edərək tarixi proseslərə təsir göstərir. SİA xəbər verir ki, bu sözləri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” adlı konfransda çıxışı zamanı deyib. “Ötən il hər iki dövlətin prezidentləri birlikdə Çin və Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını elan etdilər. Bu hamımız üçün, bizim ikitərəfli…

Daha çox

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 7-dən 12-dək Fransanın Strasburq şəhərində keçiriləcək yaz sessiyasının gündəliyi məlum olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, sessiya çərçivəsində Gürcüstan, Türkiyə, Ukrayna və Serbiya ilə bağlı məsələlər müzakirə ediləcək. “Qəzzanın humanitar blokadasına dərhal son qoyulması və atəşkəsin bərpası üçün təcili çağırış” mövzusunda müzakirələr aparılacaq. Eyni zamanda, Avropada demokratik təhlükəsizliyə təhdid kimi xarici müdaxilə ilə bağlı növbəti məsləhətləşmələr keçiriləcək. Avropa Şurası (AŞ) ilə Avropa Siyasi Birliyi arasında qarşılıqlı əlaqələr, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmasının hüquqi aspektləri…

Daha çox