Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təmsil olunub. SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişlərini, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın Vorvik polis idarəsinin Data, texnologiya…
Daha çoxDay: April 2, 2025
Trampın Suriya lideri ilə görüşmək planları üzə çıxıb…
ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şara ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə Suriya mənbəsinə istinadən i24 məlumat yayıb. Telekanalın məlumatına görə, görüşə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman kömək edib. …Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək”. Mətndə deyilir. Bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Leavitt Amerika liderinin may ayında Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələrinə səfər planlarını açıqlamışdı. Lakin o, onun səfərinin konkret tarixlərini və təfərrüatlarını açıqlamayıb. Əli Babayev
Daha çoxAzərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çox“Obama üçüncü müddət üçün mübarizədə Trampın rəqibi ola bilər”
ABŞ-ın keçmiş prezidenti Barak Obama növbəti prezident seçkilərində hazırkı dövlət başçısı Donald Trampın əsas rəqibi ola bilər. SİA-nın məlumatına görə, bunu rusiyalı senator Aleksey Puşkov özünün Telegram kanalında bildirib. …Bir gün əvvəl Qərb mediası vəkil Boris Epstein qanunları öyrəndiyini və ABŞ prezidentinin üçüncü müddətə namizədliyini irəli sürməsinin yolunu tapdığını yazmışdı. Tramp da öz növbəsində qeyd edib ki, o, növbəti müddətə namizədliyi ilə bağlı “zarafat etmir”. O, əlavə edib ki, növbəti seçkilərdə iki müddət ABŞ prezidenti olan Barak Obamaya qarşı “məmnuniyyətlə” yarışacaq. …ABŞ-da üçüncü müddətə namizədliyi qadağan edən düzəliş ləğv edilərsə,…
Daha çox“Euronews” Azərbaycan iqtisadiyyatına töhfə verən təşəbbüslərdən reportaj edib
“Euronews” Azərbaycanda həyata keçirilən investisiya layihələri və ölkənin qeyri-neft sektorunun inkişafı barədə video yayımlayıb. SİA “Euronews”a istinadən xəbər verir ki, videoda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərəfdaşlarla birgə həyata keçirdiyi müxtəlif layihələrə diqqət çəkilib. Qeyd olunub ki, yaşıl enerji, əczaçılıq, qida və digər sənaye sahələri üzrə yaradılmış müəssisələr istehsalı lokallaşdırmaqla yanaşı, ölkədə texnologiya transferini sürətləndirir. Daha ətraflı: https://www.euronews.com/business/2025/03/20/how-azerbaijan-investment-company-balances-growth-innovation-foreign-investment
Daha çoxİlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub – YENİLƏNİB
Daha çoxYeniyetmələr təqaüdçünü döyüblər…
Leninqrad vilayətinin Sosnovıy Bor şəhərində izdihamlı yeniyetmələr 72 yaşlı təqaüdçünü döyüblər. SİA-nın məlumatına görə, 47news.ru xəbər verir ki, zərərçəkən xəstəxanaya çatdırılıb. Zərərçəkənin oğlunun dediyinə görə, döyülmə axşam saatlarında kişi qarajdan evə qayıdarkən baş verib. Onun sözlərinə görə, atasını döyənlər 10-12 nəfər olub. …Oğlanlar və qızlar münaqişə törətmək üçün səkinin bütün enini tutaraq yerimişlər. Və “çatana çatıb, çatmayana daş atırmışlar”. Döyülən kişi də həmən ərəfədə onların yolunda görünüb və… Döyülən kişinin dediyinə görə, atasının ürəyində problem var. Və bu da sənə qırıq burun və beyin silkələnməsi. …Dünən göz yaşları içində ifadə…
Daha çox“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” dəyişib
Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək.…
Daha çox“Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir”
“Aprel döyüşlərinin hərb tariximizdə özünəməxsus yeri var”. Bu sözləri SİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib. O bildirib ki, məhz Aprel döyüşləri bizim ruhumuzun qələbəsidir: “Bölgədəki vəziyyəti dəyişdi. Ermənistan və bütün dünya bildi ki, Azərbaycanın güclü ordusu var. Bildilər ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək, bu vəziyyətlə barışmayacaq. İkincisi, Azərbaycan xalqının özgüvənini daha da artırdı. Azərbaycan ordusuna inam daha da artdı. Atəşkəsdən sonra ordumuzda aparılan işlərin nəticəsini praktik olaraq xalqımız gördü. Təlimlər vasitəsilə görürdü, hərbi paradda görürdü, ancaq real döyüşlərdə…
Daha çox“2025-ci ildə qızıl bir unsiyası tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşıb”
“1 aprel 2025-ci il tarixində qızıl bir unsiya üçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşmışdır. 2025-ci ildə qızılın qiymətinin 3150-3500 ABŞ dolları arasında ticarət olunması proqnozlaşdırılır, çünki geosiyasi gərginlik və iqtisadi tənəzzül bu qiymət artımını stimullaşdırır. ABŞ-da tətbiq edilən yeni tariflər və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi, qızılın orta müddətli qiymət artımına səbəb olan əsas faktorlardandır”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənliklər yaxın 1-2 il ərzində qızılın tələbini artıracaq və bu da…
Daha çox