Tam əminəm ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrinə yeni müsbət təkan verəcək

Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral ayların da bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.

Daha çox

Pakistan Prezidenti xəstəxanada müalicəsini davam etdirir

Koronavirusdan əziyyət çəkən Pakistan Prezidenti Asif Əli Zərdari Karaçidəki xəstəxanada müalicəsini davam etdirir. SİA xəbər verir ki, Pakistan Prezidenti çərşənbə axşamı səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Prezidentin şəxsi həkimi Asim Hüseyn hazırda Asif Əli Zərdarinin təcrid vəziyyətdə olduğunu və onunla ekspertlər qrupunun məşğul olduğunu bildirib.

Daha çox

Etibar Məmmədovun 70 illik yubileyi qeyd olunub

Aprelin 1-də Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq deputat Etibar Məmmədovun 70 illik yubileyi münasibəti ilə çap olunan “İstiqlal yolu” kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, millət vəkillərinin, siyasi partiya sədrlərinin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə kitabın müəllifi, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı giriş sözü ilə çıxış edib. Kitab haqqında məlumat verən müəllif qeyd edib ki, iki cilddən ibarət olan nəşrin I cildi Etibar Məmmədovun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəlinə qədərki dövrünə, siyasi fəaliyyətinə, II cildi…

Daha çox

Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək

Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək…

Daha çox

Bərpaolunan enerji sahəsində Azərbaycanın çox böyük planları var

Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. SİA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında səsləndirib. “Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Daha çox

Çin səsdən sürətli sərnişin təyyarəsi layihəsini təqdim edib…

…İkonik Concorde təyyarəsi təqaüdə çıxdıqdan 20 il sonra Çin səsdən sürətli sərnişin təyyarəsini yenidən səmaya çıxarmağa hazırlaşır. SİA-nın məlumatına görə, “Bild” xəbər verir ki, dövlətə məxsus təyyarə istehsalçısı “Comac” məşhur Anglo-Fransa təyyarəsinin varisi olacağı gözlənilən C949 adlı yeni təyyarənin dizaynını təqdim edib. Tərtibatçıların fikrincə, Çin təyyarəsi 1975 km/saat sürətə çatacaq ki, bu da təxminən 2400 km/saat sürətlə uçan Concorde-dan bir qədər yavaşdır. Bununla belə, C949 11 000 kilometrə qədər məsafə qət edə biləcək ki, bu da sələfindən demək olar ki, bir yarım dəfə çoxdur. Bundan əlavə, layner 168-ə qədər sərnişini…

Daha çox

Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib

Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişləri 24-26 mart tarixlərində Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təqdim edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir. 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın…

Daha çox

Bakıda beynəlxalq simpozium keçiriləcək

Bakıda “Müasir din təhsili modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium keçiriləcək. SİA xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə baş tutacaq. Simpoziumun bu il oktyabrın 22-23-də keçirilməsi nəzərdə tutulur. Bildirilib ki, simpoziumun məqsədi Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və…

Daha çox

AZAL ixrac gəlirini 90 % artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir. Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyon ABŞ dolları təşkil edir. Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Daha çox