Avropa İttifaqı İordaniyaya Makroiqtisadi Maliyyə Yardımı (MFA) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb. SİA “əl-Məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən Avropa Parlamentinin iclasında təsdiq olunub. Bu, Avropa İttifaqının 2013-cü ildən bəri İordaniyaya ayırdığı dördüncü yardım paketidir. Bildirilir ki, bu maliyyə yardımı paketi İordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə Avropa Komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.
Daha çoxDay: April 2, 2025
Zaur Əliyev vətəndaş qəbulu keçirib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vətəndaşları qəbul edib. Bu barədə SİA-ya agentlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşların müraciətləri diqqətlə dinlənilib və araşdırılaraq qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha çoxBu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb
Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
Daha çoxSOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 13 % artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 70,4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. SİA-nın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir. Bildirilir ki, bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 8,1 milyon ABŞ dolları və ya 13 % çoxdur. Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.
Daha çoxAzərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çox“Vətəndaşların da gəlirləri artmağa başlayır”
“Daşınmaz əmlak bazarında qiymətlər, xüsusilə də mənzillərin qiyməti artıb”. Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. O bildirib ki, bu artım kirayə bazarının qiymətlərinə də təsirsiz ötüşmür: “Bəzi vətəndaşlar biznes üçün yol seçiblər. Elə mənzillər var ki, onları alıb kirayə verirlər. Bu zaman da vətəndaşlar bank faizləri ilə uyğunlaşma aparırlar. Məsələn, bu gün bank faizləri ortalama 5%-dən yuxarı, 8, hətta 10% aralığındadır. Bu, o deməkdir ki, yüz min manata daşınmaz əmlak alan şəxs ən azı oradan illik olaraq 10 min manat gəlir götürmək istəyir. 100…
Daha çoxAzərbaycanda pul bazası martda 2 milyard manata yaxın artıb
Bu il aprelin 1-nə Azərbaycanda pul bazası 21 milyard 498,1 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1 milyard 656,1 milyon manat və yaxud 8,35 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,8 %, son 1 ildə isə 5,4 % artıb.
Daha çoxTürkiyə olaylarında Qərb izi
Müxalifət Qərbin köməyinə ümid bəsləməməlidir – “Sabah” “İstanbulun həbsdə olan bələdiyyə sədri İmamoğlunun təmsil olunduğu Türkiyə müxalifəti Ərdoğana qarşı mübarizədə Qərb qüvvələrinin köməyinə ümid edir”, bu barədə “Sabah” yazır. “Lakin Qərb artıq əvvəlki kimi deyil, qlobalistlər Trampla qarşıdurmada uduzurlar və onların indi Türkiyə ilə məşğul olmağa vaxtları yoxdur”, məqalə müəllifi qeyd edir. Türkiyənin daxili və xarici gündəmləri bir-birinə tamamilə ziddir. Dünya Türkiyənin tarix yazmasından, beynəlxalq iyerarxiyanı dəyişməsindən danışarkən, ölkə daxilində, Cümhuriyyət Xalq Partiyasının (CHP) himayəsi altında, vətəndaş müharibəsi ssenarisini həyata keçirmək istədikləri üçüncü dünya dövləti imici yetişdirilir. Bir tərəfdə müxalifəti…
Daha çoxUşaq hüquqlarının bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib
Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, yeni təsdiqlənən meyarlar “Uşaq hüquqları haqqında” qanunun 43-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hazırlanıb və uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin təşkilinə və onların həyata keçirilməsinə nəzarət üzrə meyarları müəyyən edir. Meyarlara dair məlumatlar təhsil, tərbiyə və asudə vaxtın təşkili, sağlamlığın mühafizəsi, sosial müdafiə, alternativ qayğı, uşaqların təhlükəsizliyinin təmini və cinayət törətmiş uşaqların islah olunması fəaliyyət istiqamətlərinə uyğun olaraq…
Daha çoxAzərbaycan nominal ÜDM həcminə görə MDB-də beşinci yeri tutub
Ötən ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal həcminə görə MDB ölkələri arasında beşinci yeri tutub. SİA MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanın nominal ÜDM-i 74,315 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,1 % artım deməkdir. Azərbaycan MDB ölkələri arasında nominal ÜDM həcminə görə Ermənistan, Qırğızıstan, Tacikistan və Moldovanı qabaqlayır. Ötən il MDB-də nominal ÜDM göstəricisinə görə ilk beşliyə Rusiya – 2,16 milyard ABŞ dolları (+4,1 %), Qazaxıstan – 288,112 milyardABŞ dolları (+4,8 %), Özbəkistan – 114,9…
Daha çox