Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb. SİA xəbər verir ki, dövlətimizin başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib “Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh…
Daha çoxDay: April 2, 2025
Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) “Bakı Metropoliteni” QSC-yə kredit ayırmağı nəzərdə tutur. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub. Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə…
Daha çoxDMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib
Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər göstərib. Bu barədə SİA-ya DMX-dən məlumat verilib. Bildirilib ki, səyyar xidmətlər çərçivəsində İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Eyni zamanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.
Daha çoxŞəhid pilotların xatirəsi ehtiramla yad edilib
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib. İkinci Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin, Nizami Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, hər üç şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda…
Daha çoxAzərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb
Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O…
Daha çoxHesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
“Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat” Milli Məclisə təqdim edilib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, bu gün qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda hesabat müzakirə olunub. Bildirilib ki, sənəddə Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub. Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə…
Daha çox“Azərbaycanın maraqları gözardı edilməməlidir”
“Almaniya Prezidentinin Qafqaza səfəri ərəfəsində onun sosial şəbəkə hesabından edilən paylaşım təbii ki, Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılandı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, burada mövcud olmayan keçmiş qondarma xunta rejiminin əski parçasının fotosunun yayılması Azərbaycanın ciddi şəkildə narazılığına səbəb oldu: “Bununla bağlı Almaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ondan üzrxahlıq etməsi tələb olundu. Onu qeyd etmək lazımdır ki, Almaniya kimi böyük bir dövlətin rəhbərinin ofisinin bu məsələ ilə bağlı davranışı qəbuledilməzdir. Ən azı o baxımdan ki, texniki hansısa səbəb sayıla bilməz. Hansısa yalnışlıq ola…
Daha çoxABŞ-da səhiyyə müəssisələrində kütləvi ixtisarlar
ABŞ prezidenti Donald Trampın administrasiyası Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Qida və Dərman Administrasiyası (FDA) da daxil olmaqla, ABŞ-ın əsas səhiyyə qurumlarında işçilərini ixtisar etməyə başlayıb. SİA bu barədə yerli mənbələrə istinadən xəbər verir. Milli Sağlamlıq İnstitutunun da daxil olduğu ixtisarlar Tramp və onun milyarder müttəfiqi İlon Maskın federal agentliklərin və departamentlərin ölçüsünü azaltmaq üçün daha geniş planının bir hissəsidir. Ümumilikdə səhiyyə sektorunda 10 minə yaxın insanın ixtisar ediləcəyi gözlənilir. ABŞ cərrahı general Robert F. Kennedy Jr. CDC və FDA-da ixtisarları “şişmiş bürokratiyanı asanlaşdırmaq” üçün zəruri adlandırıb.…
Daha çoxZəngəzur dəhlizinin açılması Orta dəhlizin inkişafına təkan verəcək
Azərbaycanın Baş naziri Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çinin Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub. Ötən il dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirilib. Yeni Azərbaycan Partiyası…
Daha çoxAlmaniya “Şimal axını”ndan imtina etdi
Almaniya “Şimal axını” qaz kəmərinin bərpası imkanlarını nəzərdən keçirmir. Bunu çərşənbə axşamı, aprelin 1-də Kiyevdə keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok deyib. “Bu qaz kəməri bərpa oluna bilməz və bu qərar yalnız Almaniyadan asılıdır”, – Berbok vurğulayıb. Almaniya XİN-in rəhbəri əmin edib ki, Almaniyanın siyasi partiyaları bu məsələdə konsensusa gəliblər, mediada yayılan spekulyasiyalar isə reallığa uyğun gəlmir. O əlavə edib ki, “Şimal axını 2” ilə bağlı qərar Almaniyaya baha başa gələn strateji səhvdir. Hələ 2022-ci ildən əvvəl Ukrayna, Baltikyanı ölkələr və Polşa qaz kəmərinin…
Daha çox