“Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb”

“Həmişəki kimi, yenə Azərbaycanda fevral, mart, aprel və may aylarının əvvəllərində kartof və soğanın qiymətinin bahalaşması müşahidə olunur. Bu, artıq ənənə halını alıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Azərbaycanda ölkə əhalisinin tələbatının 80-90%-ni ödəyə bilən həcmdə kartof istehsal olunur. Amma məsələ ondadır ki, bu kartof istehsalı bəzi hallarda mart, bəzi hallarda isə fevral ayında tükənir. Tükənmədən sonra kartofun qiyməti dəyişir və bahalaşır. İndi də artıq mart ayının əvvəllərində ölkədə kartof ehtiyatının tükənməsi müşahidə edilib. Həmin dövrdən sonra kartofun qiyməti bahalaşmağa başlayıb.…

Daha çox

“Onları qəbul edib, böyüklüyümüzü göstərməyə çalışırıq”

“Almaniya Federativ Respublikasının prezidenti Azərbaycana səfərə gəlib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Onun sözlərinə görə, Azərbaycana gəlməmişdən əvvəl isə Ermənistanda oldu: “Əslində Azərbaycana olan münasibətini bildirdi. Qərb, o cümlədən Almaniya Almaniya Federativ Respublikasının prezidentinin simasında göstərdi ki, ermənilərin göz yaşına inanır və Ermənistanı müdafiə etmək üçün əlindən gələn böhtanları atır. Gah tarixdə olmayan Qarabağ qurumunun bayrağını qaldırır, gah ermənilərə qarşı etnik təmizləmədən danışır. Ancaq Almaniyanın prezidenti əsl həqiqəti öyrənmək istəsə idi, həqiqət onun üçün maraqlı olsaydı, onda bir neçə suala cavab axtarardı. 30 il ərzində…

Daha çox

Narahatedici düşüncələr nədən qaynaqlanır?

“İstəkdən kənar insanın ağlına gələn, narahatedici düşüncələr obsessiv kompulsiv pozuntu hesab edilir”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib. Psixoloqun sözlərinə görə, obsessiv, yəni təkrarlanan narahatedici düşüncələr gərəksiz olsa da, həmin şəxs çox zaman bunun məntiqsiz oldugunun fərqində olur: “Yəni bu vəziyyət keçmiş adı ilə desək, nevrozdur. Psixoz isə odur ki, insan reallıqla qeyri-reallığı ayırd edə bilmir. Psixozda müxtəlif növ hallüsinasiyalar, yəni qarabasmalar da görülə bilir. Obsessiyalar təşviş pozuntusu sinfinə aiddir. Hansısa təhlükəli vəziyyət zamanı bizdə olan həyəcan təşviş normaldır. Yəni var olan təhlükəyə həyəcanlı…

Daha çox

Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir

Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir. SİA xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidenti qeyd edib: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi…

Daha çox

Bakıda 30-cu Yubiley Bakı Enerji Həftəsi keçiriləcək

İyunun 2-4-də Bakıda enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) baş tutacaq. SİA sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətlərinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Prezident İlham Əliyev iştirak edəcək. Ötənilki tədbirdə dövlət başçısı çıxış edərək, “Bakı Enerji Həftəsi”nin ölkəyə xarici investisiyaların cəlb edilməsindəki rolunu vurğulayıb. Eyni zamanda, tədbirin beynəlxalq miqyasda əhəmiyyətini təsdiq edən amillərdən biri artıq uzun illərdir ki, Bakı Enerji Həftəsinin iştirakçılarına ABŞ və Türkiyə prezidentlərinin, Böyük Britaniya Baş nazirinin salamlama məktubları göndərməsidir. “Bakı Enerji Həftəsi”nə…

Daha çox

Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı…

Daha çox

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA-nın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur. Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min…

Daha çox

Avropa müharibəyə hazırlaşır

Brüssel avropalılara müharibə vəziyyətində nə etmək lazım olduğunu tövsiyə edir Brüssel israrla avropalıları qaçılmaz müharibə ehtimalı ilə qorxudur. Lakin bunu son dərəcə yöndəmsiz edir. Beləliklə, siyasətçilər “sağ qalmaq” üçün adi vətəndaşlara İsveçrə bıçaqları və bir göyərtə kartı almağı tövsiyə edirlər. Rusiya Ukraynanı diz çökdürə bilmir, amma Avropanı hədələyir: bu, Brüsseldəki məmurlar tərəfindən irəli sürülən ritorikadır, onlar bizdən ən pis vəziyyətə hazırlaşmaq üçün əvvəlcədən çantamıza bir İsveçrə ordusunda istifadə edilən bıçaq qoymağı tələb edirlər… Keçən çərşənbə günü Avropanın Bərabərlik, Hazırlıq və Böhrana Müdaxilə üzrə Komissarı Hadja Lahbib sosial media hesabında ingilis…

Daha çox