Vitamin D-nin orqanizm üçün üstünlüyü NƏDİR?

“Vitamin D orqanizm üçün çox vacib vitaminlərdən biridir. Yağda həll olunan vitamin olduğu üçün, bu daha çox yağlı qidalarla birlikdə qəbul olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim, dietoloq, uzun ömürlük üzrə ekspert, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib. O bildirib ki, əsas mənbəyi təbii ki, 10-20%-i qidalarımızdan ala bilirik, amma qidalanma qaydaları və həyat tərzi səhv olduqda əksiklik yarana bilər. Digər 80-90%-i isə günəşin ultrabənövşəyi şüalarının dəriyə çatmaması nəticəsində, yəni birbaşa günəşin ultrabənövşəyi şüasının dəriyə təması nəticəsində əldə edilir. Əsas qaynaq budur. Lakin, bizim coğrafi mövqeyimizə görə, ölkəmizdə ultrabənövşəyi…

Daha çox

Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub

“BakıKart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub. SİA xəbər verir ki, problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib. Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı. “BakıKart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.

Daha çox

46 milyon manata yaxın ipoteka krediti verilib

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 45,5 milyon manat kredit verilib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 12,8 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,2 % azalaraq 47,8 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 4 dəfə artaraq 200 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2,7 % azalaraq 21,3 milyon manata düşüb.

Daha çox

“Toylarla yanaşı ayrılma mərasimləri də təmtəraqlı keçirilməlidir”

“Bütün dünyada gedən proseslər bu və ya digər dərəcədə Azərbaycanda da öz təsirini göstərir. Bu, həm də bizim məişət səviyyəsinə, evlilik və toy mərasimlərimizə də artıq təsirini göstərib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, əvvəllər mağarda, çadırda toy edib 40 gecə çalıb, oynayıb şənlənirdiksə, indi bunu etmək mümkün deyil: “Əvvəllər qadın və kişi toyları ayrı, xınayaxdı, nişan, elçilik, üç gün, ciyər axşamı, paltarkəsdi ayrı mərasimlər…

Daha çox

Sergey Lavrov Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib. SİA xəbər verir ki, onun sözlərinə görə, hazırda telefon və video rabitə vasitəsilə əlaqələr davam edir. “İstanbulda görüş olub, indi ikinci görüş hazırlanır. Telefon və videokonfrans vasitəsilə təmaslar davam edir”, – deyə Rusiya XİN rəhbəri qeyd edib. Sergey Lavrov hələlik heç bir proqnoz vermək istəmədiyini, lakin Moskvanın müsbət dəyişikliklər gördüyünü vurğulayıb. “Biz irəliləyişləri və amerikalı tərəfdaşlarımızın bir-birinin paytaxtında diplomatların normal işinə mane olan, diplomatik praktika nöqteyi-nəzərindən tamamilə qəbuledilməz olan bu maneələri…

Daha çox

“Turizm otel kompleksləri üçün böyük bir təcrübə oldu”

“Hər il olduğu kimi ənənəvi olaraq bu ildə 10-12 günlük mart tətili günləri oldu. Bu mart tətili günlərində, xüsusən də yerli vətəndaşlar, turistlər bölgələrə daha çox üstünlük verdilər. Şəki-Qax-Zaqatala bölgəsi, eyni zamanda Qusar-Quba, yeni bir destenasiya kimi işğaldan azad olunmuş ərazilərimiz olan Qarabağ bölgəsinə, xüsusilə Şuşa-Laçın istiqamətində turistlərin aktivliyi müşahidə olunurdu. Mən hesab edirəm ki, işğal olunmuş ərazilərdə müəyyən qədər məhdudiyyət olsa da, portal məsələsi hələki qüvvədədir. Hesab edirəm ki, portal aradan qaldırıldıqdan sonra yerli turistlərin Qarabağ bölgəsinə intensiv axını baş tutacaq”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman…

Daha çox

5 min autizm sindromlu əlilliyi olan şəxs var

Azərbaycanda 5 min autizm sindromlu əlilliyi olan şəxs var. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu kateqoriyadan olan şəxslərə də reabilitasiya xidmətləri göstərilir. Autizm sindromlu əlilliyi olan şəxslərin potensiallarına uyğun inkişafı, sərbəst yaşamaq imkanlarının dəstəklənməsi məqsədilə onlar koqnitiv, nitq, özünəqulluq bacarıqlarının inkişafı məqsədilə psixoloq, loqoped, erqoterapiya yoqa, dance ability (rəqs terapiyası) və s. istiqamətlərdə reabilitasiya xidmətlərinə cəlb olunurlar. Agentlik tərəfindən həmin şəxslər ippoterapiya (atlarla terapiya) xidmətlərinə də cəlb edilirlər. Beynəlxalq təcrübəyə əsaslanan bu…

Daha çox