ABŞ ordusu Yəmənin şimal-qərbindəki Səada əyalətində üsyançı husilərin hərbi düşərgəsinə aviazərbələr endirib. SİA xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ eyniadlı bölgənin inzibati mərkəzi olan Səada şəhəri ərazisində müxtəlif hədəflərə ən azı 15 hava zərbəsi endirib. Xüsusilə üsyançıların istifadə etdiyi Kahlan hərbi düşərgəsi atəşə tutulub.
Daha çoxDay: April 3, 2025
Ukrayna Rusiyanın nadir PUA-sını vurdu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın nadir kəşfiyyat pilotsuz təyyarəsi olan Albatros M5-i vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 63-cü əlahiddə mexanikləşdirilmiş briqadası məlumat yayıb. “Biz ilk dəfə olaraq Rusiyanın nadir pilotsuz təyyarəsi olan Albatros M5-i vurduq”, – deyə briqada qeyd edib. Bildirilib ki, bu dron real vaxt rejimində skan edilmiş ərazidə insanları müəyyən edən neyron şəbəkə ilə təchiz edilib.
Daha çoxSlovakiya hökuməti 350 ayının güllələnməsinə icazə verib
Slovakiya hökuməti son illər sayları çoxalan qonur ayıların bu il hücumlarının artması fonunda 350 ayının güllələnməsinə icazə verib. SİA xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib. Bu mərkəzi Avropa ölkəsinin bir çox dağlıq rayonlarında hesablamalara görə 1000-3000 ayı yaşayır. Yerli media bildirib ki, ötən həftə Slovakiyanın mərkəzi Detva şəhəri yaxınlığında ayı 59 yaşlı kişini öldürüb. Bu, son illərdə baş vermiş silsilə hücum hallarından sonuncusudur. “Biz insanların meşəyə getməyə qorxacağı və ayılara yem olacağı bir ölkədə yaşaya bilmərik”, – deyı Fitso mətbuat konfransında bəyan edib. Ətraf Mühitin…
Daha çox“Azadlıq” radiosu işçilərini ödənişsiz məzuniyyətə göndərir
“Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) ABŞ Konqresi tərəfindən aprel ayı üçün ayrılmış maliyyə vəsaitini hələ də almadığına görə, media strukturunun rəhbərliyi Praqadakı baş qərargahında işləyən əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərməyə başlayıb. SİA artıq xəbər verdiyi kimi, Prezident Donald Trampın administrasiyası bu saxta xəbər yuvasının maliyyələşdirilməsini dayandırmaq niyyətindədir. Radiostansiya bu qərarla bağlı məhkəmədə iddia qaldırır. Ötən bazar ertəsi radiostansiya maliyyə ilinin qalan hissəsi üçün vəsaitlərin köçürülməsini təmin etmək üçün müvəqqəti tədbirlər xahişi ilə yenidən Vaşinqton məhkəməsinə müraciət edib. Vaşinqton məhkəməsi keçən həftə Amerika administrasiyasının “Azad Avropa Radiosu/Azadlıq Radiosu”nun maliyyələşdirilməsini dayandırmaq cəhdini müvəqqəti olaraq…
Daha çoxİrkutsk əyalətində təyyarə qəzaya uğrayıb, pilot həlak olub
Rusiyanın İrkutsk əyalətində Tu-22M3 təyyarəsi qəzaya uğrayıb, bir pilot həlak olub. SİA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan bildirilib ki, strateji raketdaşıyan Tu-22M3 təyyarəsi İrkutsk əyalətinin insanlar olmayan ərazisində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. 4 ekipaj üzvü katapult edə bilib, lakin ekipajın komandiri həlak olub. İlkin məlumatlara görə, hadisəyə səbəb texniki nasazlıq olub.
Daha çoxAlimlər “qızıl kabus” sualtı qayığın sirrini açmağa yaxındırlar..?
…Tədqiqatçılar, demək olar ki, ən maraqlı dəniz sirrlərindən birinin – dənizçilərin dünya okeanlarının müxtəlif yerlərində müşahidə etdikləri çətin qızıl sualtı qayığın sirrini həll ediblər..? SİA-nın məlumatına görə, sualtı qayığa bənzəyən qəribə cisim haqqında ilk qeyd 1972-ci ildə Kanada sahillərində göründüyü vaxta təsadüf edir. Sualtı qayığın tanınma işarələri yox idi və vizual olaraq aydın görünsə də, radarda görünmürdü. Başqa bir sualtı qayıq ona yaxınlaşmağa cəhd edəndə sirli gəmi yoxa çıxıb. Oxşar hadisə üç il sonra Hindistan sahillərində baş verib. Bütün bildirilən hallarda şahidlər sualtı qayığın parlaq qızılı rəngdə olduğunu iddia edirdilər…
Daha çoxYAP Mərkəzi Aparatında görüş keçirilib
Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin mövcud olduğu 33 ildə qarşılıqlı faydalı münasibətlərin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən məqsədyönlü siyasətinin nəticəsi kimi, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu…
Daha çoxAvropa Komissiyası 15 iri avtomobil istehsalçısını cərimələyib…
Şirkətlər pozuntu ilə razılaşaraq, qoyulan cərimələri ödəməyə hazır olduqlarını bildiriblər. SİA-nın məlumatına görə, qaydaları pozanlar arasında BMW, Ford, Honda, Jaguar Land Rover, Hyundai, Mazda və s. var. Avropa Komissiyası 15 iri avtomobil istehsalçısını və Avropa Avtomobil İstehsalçıları Assosiasiyasını 458 milyon avro məbləğində cərimələyib. Səbəb, istifadə olunan nəqliyyat vasitələrinin utilizasiyası sahəsində uzunmüddətli sui-qəsd olub. İstintaqın məlumatına görə, 2002-ci ildən 2017-ci ilə qədər 15 ildən artıq bir müddət ərzində 16 avtomobil istehsalçısı (o cümlədən cərimə olunmayan Mercedes) və ACEA arasında rəqabətə zidd müqavilələr bağlanıb və işlənmiş avtomobillərin təkrar emalı ilə bağlı razılaşdırılmış…
Daha çoxÇin KP-nın nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib. SİA xəbər verir ki, səfər çərçivəsində aprelin 2-də YAP-ın nümayəndələri və ÇKP-nin nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş…
Daha çoxMəhkəmə mülki nikahda alınmış əmlakın bölünməsinə dair iddianı rədd edir
…Rusiya Federasiyasının Ali Məhkəməsi mülki nikahda əldə edilmiş əmlakın birgə əldə edilmiş əmlak hesab edilməyəcəyini və boşanma halında bölünməyə tabe olmadığını qərara aldı. Bu, Krasnodar diyarından olan ər-arvad arasındakı mübahisəyə aid mülki işlər üzrə məhkəmə kollegiyasının qərarında müəyyən edilib. Deməli, SİA-nın məlumatına görə, işin mahiyyəti ondan ibarətdir ki, 24 illik rəsmi nikahdan sonra ruslar boşansalar da, birlikdə yaşamağa davam ediblər. Boşandıqdan bir ay sonra kişi keçmiş həyat yoldaşına maşın alıb və onu onun adına rəsmiləşdirib. Son ayrıldıqdan sonra həmin şəxs avtomobilin birgə əldə edilmiş əmlak kimi tanınmasını tələb edərək məhkəməyə…
Daha çox