Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan EBRD-nin Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə səmərəli görüş keçirib. “Görüş zamanı enerji gündəliyimizin prioritetlərindən irəli gələn məsələləri və “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdik”, – deyə P. Şahbazov qeyd edib.
Daha çoxDay: April 3, 2025
Azərbaycan və Almaniya münasibətləri tərəfdaşlıq modelinə çevrilməkdədir
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında diplomatik əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Bu səfər yalnız iki tərəfli münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Azərbaycan-Almaniya strateji tərəfdaşlığının yeni sahələrdə inkişafına mühüm təkan verdi. Azərbaycan və Almaniya arasındakı əlaqələr artıq uzun müddətdir ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq əsasında inkişaf edir. Frank-Valter Ştaynmayerin bu səfəri Azərbaycanın Almaniya ilə olan əlaqələrində böyük əhəmiyyət kəsb edir. Almaniyanın Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarından biri olması iqtisadi və enerji sahələrində yeni imkanların açılması baxımından xüsusi…
Daha çox“Texnologiya vasitəsilə insanların asudə vaxtları israf olunur”
“Asudə vaxt və azadlıq məsələsi zamanla çox dəyişib. Bu da insanların həyatına həm müsbət, həm də mənfi təsirlər göstərir. İndiki zamanda azadlıq tendensiyası nə deməkdir? Texnologiya üzrə azadlıq məsələsinə yanaşsaq, xüsusilə bu gündə dünyanın hər yerində internet insanların asudə vaxtlarını dəyərləndirmək üçün böyük şəraitlər yaradır. Azərbaycan reallığında bu daha çox sosial şəbəkələrdir ki, insanlar öz azad vaxtlarında sosial şəbəkələrdən istifadə edirlər”. Bu sözləri SİA-ya açıqlamasında şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib. Onun sözlərinə görə, əvvəllər insanlar evdən çıxardılar, fiziki tədbirlərdə iştirak edirdilər, indi isə onlayn internet…
Daha çoxAzərbaycan və Dünya Bankı Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair əməkdaşlığı müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsinə dair potensial əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüşdə uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələri və təşəbbüsləri müzakirə etdik”, – deyə o qeyd edib.
Daha çoxCeyhun Bayramov Monteneqro XİN-in dövlət katibi ilə nəyi müzakirə etdi?
Azərbaycan və Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç ilə görüşüb. Görüş zamanı Azərbaycan-Monteneqro əməkdaşlığının hazırkı durumu və perspektivləri, ikitərəfli və çoxtərəfli səviyyələrdə münasibətlərin inkişaf etdirilməsi imkanları, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. İki ölkə arasında əməkdaşlığın inkişafı və bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi, parlamentlərarası əlaqələr…
Daha çox“Almaniya ölkəmizin regionda lider mövqeyini dəstəkləyir”
“Almaniya Azərbaycanın Avropadakı vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir və bu baxımdan da Almaniya Prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, sözsüz ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri, iki ölkə arasındakı əlaqələrin güclənməsi üçün yeni imkanlar açır: “Onu da qeyd edim ki, bu səfər Almaniya Prezidenti Ştaynmayerin ölkəmizə ilk səfəri deyil. Ştaynmayer bundan əvvəl də Almaniya Xarici İşlər naziri qismində bir neçə dəfə ölkəmizdə səfərdə olub. 2007-ci ildə Azərbaycanda olarkən Ştaynmayer Azərbaycan və Almaniya arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq sahəsində…
Daha çoxAZAL sərnişin daşınmasını 7 % artırıb
Bu ilin I rübündə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 865 min sərnişin daşınıb. SİA AZAL-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Yanvar-mart aylarında AZAL uçuşların 89 %-ni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 %, reyslərin sayı üzrə isə 4 % artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 %-ə çatıb. Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də…
Daha çox“Bizim üçün prioritet bir dəyər var – ərazi bütövlüyümüz”
“Almaniya kimi Avropanın aparıcı dövləti ilə Azərbaycanın bu şəkildə təmasını yüksək qiymətləndirirəm. Azərbaycana müəyyən dərəcədə strateji əhəmiyyətli partniyor kimi yanaşılması, Azərbaycana güclü ölkə kimi qiymətləndirilməsi hamımız üçün sevindiricidir. Eyni zamanda, Almaniyanın atdığı müəyyən addımlarda Azərbaycanla bağlı fikirlərinin dəyişməsi də bizim tərəfimizdən təqdirlə qarşılanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib. Fazil Mustafa sözlərinə belə davam edib: “Biz Avropa, başqa ölkələrlə, bizə qərəzli yanaşmayan bütün qüvvələrlə normal əməkdaşlıq saxlayırıq və gələcəkdə həm iqtisadi, həm siyasi əlaqələrin inkişafına maraqlıyıq. Bunu cənab Prezident də görüşdə xüsusilə vurğuladı. Ona görə də bu kimi…
Daha çox“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
“Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər.Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar. Builki təşəbbüsə “Azercell Telekom” MMC-nin əməkdaşları ilə yanaşı “Aztelekom” MMC-nin əməkdaşları da qoşulub. Ailələrin siyahısını yerli icra hakimiyyətləri və “Zəfər” İB təqdim edib. Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüsü mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir. Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Daha çoxTAP ilə Avropaya indiyədək 45 mlrd. kubmetrdən artıq qaz nəql olunub
İndiyə qədər Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya 45 mlrd. kubmetrdən çox qaz tədarük edilib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “TAP-ın icraçı direktoru Luka Skyeppati ilə sərfəli, etibarlı və dayanıqlı enerji təchizatında Cənub Qaz Dəhlizinin strateji rolu, TAP boru kəmərinin genişləndirilməsi, eləcə də metan emissiyalarının azaldılması məsələlərini müzakirə etdik. İndiyə qədər TAP vasitəsilə Avropaya 45 milyard kubmetrdən çox qaz tədarük edilib”, – paylaşımda qeyd olunur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Daha çox