Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni bölməsi olan “SOCAR Midstream Gas Operations LLC” (SMGO) SOCAR-ın Azərbaycandakı və xaricdəki qaz anbarları və qaz kəmərləri də daxil olmaqla bütün qaz nəqli infrastrukturunun idarə edilməsi, nəzarəti və istismarına cavabdeh olacaq. Bu barədə SİA SMGO-nun məlumatına istinadən xəbər verir. “SMGO SOCAR-ın yeni yaradılmış və qaz nəqli ilə bağlı bütün əməliyyatların idarə edilməsinə görə məsul olan bölməsidir. Şirkət Azərbaycan və Gürcüstan ərazisində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki və kommersiya operatorudur, həmçinin SOCAR-ın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və SCP layihələrində…
Daha çoxDay: April 3, 2025
“Dövlət başçılarının qarşılıqlı anlaşması iki ölkə arasında dostluğa gətirib çıxara bilər”
“İran bizim əzəli və əbədi qonşumuzdur. Qonşularla münasibətimizin yaxşı olması bizim xarici siyasət doktrinasının tərkib hissəsidir. Yəni Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə bəyan edir. Bu prinsip beynəlxalq hüquq normalarının tənzimlənməsi çərçivəsində maraqlıdır. Bu baxımdan İran və Azərbaycan arasında münasibətin yaxşı olması, hər iki dövlətin maraq dairəsindədir. Düzdür, arabir İran daxilində xoşagəlməz bəyanatlar səslənir. Yəni bəzi siyasi dairələr İran dövləti adına Azərbaycan əleyhinə bəyanatlar versə belə, Azərbaycan tərəfi çalışır ki, bu münasibəti yoluna qoysun və qarşılıqlı bəyanatları cavablandırmaqla yanaşı konstruktiv mövqedən çıxış etmək üçün addımlar atılır”. Bu sözləri SİA-ya açıqlamasında…
Daha çoxSabah 22 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu…
Daha çoxAzərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, o, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb. Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğulanıb.
Daha çoxBakı Təşəbbüs Qrupu Fransa hökuməti ilə Kanaki arasında danışıqlarda vasitəçilik təşəbbüsünü irəli sürüb
Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən hər zaman dialoqu və sülh yolu ilə problemlərin həllini rəhbər tutur. SİA-nın məlumatına görə, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsa məktubunda deyilir. A.Abbasov M.Valsın Kanakiyə səfərinin bölgədə vəziyyətin yerində öyrənilməsi və kanak xalqının tələblərini dinləmək baxımından təqdirəlayiq olduğunu qeyd edib: “Heç bir proses sonsuz ola bilməz və siz də yəqin ki, qəbul edərsiz ki, danışıqlar nəticə yönümlü olmalıdır. Bu kontekstdə 1946-cı ildən açıq qalan və xüsusilə 1988-ci ildə imzalanmış Matinyon sazişindən bəri Fransa hökumətinin öz öhdəliklərini yerinə…
Daha çoxİnsanlar xoşbəxtliyi niyə kənarda axtarır?
“İnsanlar niyə xoşbəxtliyi evləndiyi şəxslə deyil, kənarda axtarır? Bu, əslində, insanın xarakteri ilə bağlı məsələdir. Elə insanlar var ki, onlar üçün ailə hər şey deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib. Onun sözlərinə görə, çünki həyalıdırlar, namusları, mənəviyyatları var: “Onlar anlayırlar ki, evləniblərsə və münasib olan biri ilə ailə qurublarsa, deməli, bundan sonrakı həyatlarını o ailəyə sadiqliklə keçirməlidirlər. Yox, əgər sadiqlik anlayışı barədə fərqli fikirləri varsa və bu, mənəviyyatlarında fərqli formada təzahür edirsə, o zaman ailəli qalmaq o ailəyə qarşı haqsızlıq kimi qiymətləndirilməlidir. Yəni, kişi evlənsin və yaxud…
Daha çoxAzərbaycan EBRD ilə prioritet istiqamətləri müzakirə edib
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında prioritet istiqamətləri müzakirə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir bildirib ki, o, EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb. Görüş zamanı Azərbaycan-EBRD əməkdaşlığının prioritet istiqamətləri, sosial infrastrukturun inkişafı sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”yə keçid və dövlət-özəl tərəfdaşlığı üzrə təşəbbüslər barədə müzakirələr aparılıb.
Daha çoxABŞ-İran: təhdid yağışı altında
Pentaqon Yaxın Şərqdə qüvvələr toplayır ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla İsrailə gəlib və orada İranla bağlı operativ məsləhətləşmələr aparıb. Eyni zamanda, Pentaqon daha bir təyyarədaşıyan qrupunun Yaxın Şərqə köçürüldüyünü açıqlayıb. İsrail təhlükəsizlik aparatının fikrincə, Vaşinqtonla birbaşa danışıqlardan imtina edən Tehran regionda yerləşən Amerika hərbi obyektlərinə qabaqlayıcı zərbə endirə bilər. İranın hərbi rəhbərləri artıq açıq şəkildə bildirirlər ki, əllərində minlərlə hərbçinin olduğu çoxsaylı ABŞ bazaları var. Maykl Kurilla aprelin 1-də İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir ilə danışıqlar aparıb. On saata yaxın davam edən əməliyyat məsləhətləşmələrində…
Daha çox“Bakı Metropoliteni”ndə – Yeni təyinat
“Bakı Metropoliteni” QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyinat olub. SİA xəbər verir ki, bu vəzifəyə Cəmilə Hidayət qızı Xəlilova təyinat alıb. 1984-cü il təvəlüdlü Cəmilə Xəlilova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Bu təyinatadək müxtəlif şirkətlərdə çalışıb. Sonuncu iş yeri “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsi olub.
Daha çoxAzərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobs arasında keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələrdən bəhs edilib. Bu əməkdaşlığın…
Daha çox