Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm. Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram. Bayramınız mübarək!”
Daha çoxDay: April 3, 2025
Əməkdaşlıq protokolu imzalayıb
Bu gün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə Hesablama Palatasının Təlim Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, protokolun məqsədi iki qurumun əməkdaşlarının bilik və peşə hazırlığı səviyyəsinin artırılması, elmi-nəzəri və praktiki tədqiqatların səmərəliliyinin yüksəldilməsi, qarşılıqlı təlimlərin təşkili və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsidir. Eyni zamanda dövlət sektorunda çalışan əməkdaşların maliyyə, mühasibat uçotu və audit sahələrində bilik və bacarıqlarının artırılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Daha çox“İkitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməllər qurulacaq”
“İran və Azərbaycan arasında son dövrlər kifayət qədər ziddiyyətli münasibətlər olsa da, Şərqi Zəngəzur rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin formalaşması yönündə Azərbaycan və İran arasında anlaşma memorandumunun imzalanması ikitərəfli münasibətlərə dinamizm gətirdi. Bununla da regionda yeni avtomobil və dəmir yolu şəbəkəsi formalaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Araz çayı üzərində tikiləcək körpülər vasitəsilə bu mühüm bağlantı formalaşdırılacaq: “Bu, Şərq ilə Qərb arasında əlaqənin formalaşması və Orta Dəhliz ideyasının inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Xudafərin və Qız Qalası su anbarlarının,…
Daha çoxVenesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyasının sədr müavini, Venesuela-Azərbaycan Dostluq qrupunun rəhbəri xanım Amerika Perezin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, nümayəndə heyəti xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
Daha çoxÖlkədə ailə soyqırımı başlayıb: günahkar qadınlardır?
Azərbaycanda qurulan ailələrin demək olar ki, yarısı boşanır. Belə ki, Dövlət Statistika Komitəsinin cari ilin yanvar ayına olan məlumatında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4717 nikah və 1814 boşanma hallarının qeydə alınması göstərilib. 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,4-ə, boşanmaların sayı isə 2-dən 2,1-ə qədər artıb. Məsələnin narahatedici tərəfi isə odur ki, boşanmaların bu qədər artmasında əsasən qadınlar günahkar hesab edilir. Bu barədə ötən aylarda Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri…
Daha çoxNaxçıvanın bəzi yerlərində su kəsiləcək
Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq. SİA-nın məlumatına görə, Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsi, Babək, Əlincə, 6-cı məhəllə, o cümlədən Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq. Qeyd edilib ki, işlərin bu gün ərzində yekunlaşdırılacağı planlaşdırılır. Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.
Daha çox“Azərbaycan-İran münasibətlərində soyuqluq Azərbaycana görə baş verməyib”
“İran-Azərbaycan münasibətlərinin davam etməsi üçün ortada müəyyən məsələlər var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi, arada kommunikasiyanın olması, eyni zamanda İran prezidentinin müşaviri Mehdi Sənayenin Azərbaycana səfər etməsi burada yüksək səviyyəli görüşlər keçirməsi, həmçinin də kütləvi informasiya vasitələrində yazılandan aydın olur ki, İran prezidentinin Azərbaycana yaxın zamanlarda səfər etməsi gözlənilir: “Əlbəttə ki, İran-Azərbaycan münasibətlərində müsbət məqamları tutmaq üçün xeyli əsaslar formalaşmış olur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, İran -Azərbaycan münasibətlərində yaranan soyuqluq Azərbaycana görə baş…
Daha çoxADB “Bakı Metropoliteni”nin genişləndirilməsinə texniki dəstək layihəsini təsdiq edib
Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni”nin genişləndirilməsinə dəstək layihəsinə texniki yardımı təsdiq edib. Bu barədə SİA-ya Bankdan bildirilib. Qeyd edilib ki, layihə Texniki Yardım Xüsusi Fondu tərəfindən 225 min ABŞ dolları məbləğində maliyyələşdirilir. Əsas məqsəd metro üçün hazırlanan dizaynların və sənədlərin təhlili, idarəetmə quruluşunu gücləndirən institusional dəyişikliklərin təşviqi, layihənin həyata keçirilməsi üçün imkanların artırılmasına dəstək verməkdir. ADB həmçinin təhlükəsizlik, satınalma və digər layihə tələbləri üzrə biliklərin əldə edilməsinə də dəstək göstərəcək. Bildirilib ki, layihə 2025-2029-cu illər üçün ADB-nin Azərbaycan üzrə ölkə tərəfdaşlığı strategiyasında qeyd olunduğu kimi, infrastrukturun təkmilləşdirilməsi və insan…
Daha çoxAzərbaycan – Almaniya əlaqələrində yeni mərhələ
Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib. Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi səfər çərçivəsində aprelin 2-də…
Daha çox21 mindən çox insana uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib
Bu ilin yanvar-mart ayları ərzində 21 723 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödənilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, müavinət ödənişləri 10 100 nəfər qız, 11 623 nəfər oğlan uşağına görə aparılıb.
Daha çox