Aprelin 3-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti cüzi azalıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:10-da “CoinMarketCap” platformasında 0.85% ucuzlaşaraq 83 354 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.86% azalaraq 1824 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.58% ucuzlaşıb, BNB isə 1.86% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxDay: April 3, 2025
NATO-nun Tramp qorxusu
Şimali Atlantika Alyansı müdafiə yollarını axtarır NATO xarici işlər nazirləri Ukrayna böhranı və alyansın təhlükəsizlik prioritetlərini müzakirə etmək üçün Brüsseldə iki günlük toplantı keçirəcək. Qərb müttəfiqləri arasında aparılan danışıqlar bütün tarixində alyansın birliyinə ən ciddi təhlükəyə çevrilmiş ABŞ-ın yeni administrasiyası ilə münaqişəni yumşaltmaq məqsədi daşıyır. Ukraynanın NATO-ya üzvlüyündən tutmuş müdafiə xərclərinə və Qrenlandiyanın gələcəyinə qədər bir çox əsas məsələlərdə fikir ayrılığına düşərək, alyans üzvləri ABŞ-ın NATO-dan çıxmasından qorxaraq, kollektiv fəaliyyəti davam etdirmək və NATO-nun dağılmasının qarşısını almaq yollarını axtarırlar. Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası alyans tarixində NATO birliyinə…
Daha çoxHəyatımızı balansda saxlamaq üçün nə etməliyik?
“Müasir dünyada insanlar daim stress, yorğunluq və gündəlik problemlərlə qarşılaşırlar. Balanslı həyat tərzi isə fiziki, psixoloji və emosional sağlamlığımız üçün vacibdir. Həyatımızı balansda saxlamaq üçün bir neçə əsas prinsipi nəzərə almaq lazımdır: İnsan psixologiyası üçün emosional sabitlik çox önəmlidir. Hisslərimizi anlamaq və idarə etmək balanslı həyatın əsas şərtlərindəndir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: Bunun üçün: Stress və gərginliklə mübarizə aparmaq üçün meditasiya və nəfəs texnikalarından istifadə edin. Özünüzə qarşı mehriban və anlayışlı olun, səhvlərinizi bağışlamağı bacarın. Duyğularınızı sıxışdırmaq əvəzinə, sağlam şəkildə…
Daha çoxADB “Bakı Metropoliteni”nin genişləndirilməsi üçün texniki yardımı təsdiqləyib
Asiya İnkişaf Bankı (ADB) “Bakı Metropoliteni”nin genişləndirilməsi layihəsi çərçivəsində texniki yardım üçün 225 min ABŞ dollarınin ayrılmasını təsdiqləyib. SİA-nın ADB-yə istinadən məlumatına görə, maliyyələşdirmə xüsusi texniki yardım fondundan həyata keçiriləcək.
Daha çoxDəhşətli zəlzələdə ölənlərin sayı artdı
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Sinxua” Xəbər Agentliyi məlumat yayıb. Təbii fəlakət nəticəsində 4715 nəfər xəsarət alıb. Bildirilir ki, hazırda 341 nəfər itkin düşənlər siyahısındadır. “Bu səhərə olan məlumata görə, zəlzələ nəticəsində 3085 nəfər ölüb, 4715 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – deyə agentlik qeyd edib.
Daha çoxFaktiki hava açıqlanıb
Aprelin 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Kəlbəcərdə 21 m/s, Şahdağ və Qubada 20 m/s, Goranboy və Altıağacda 19 m/s, Daşkəsən və Naftalanda 18 m/s, Şabranda 16 m/s, Lerikdə 15 m/s-dək güclənib. Düşən yağıntının miqdarı Ordubadda 4, Zaqatala və Şəkidə 3, Qax, Tovuz, Ceyrançöl, Balakən və Gədəbəydə 2, Lerik, Biləsuvar, Lənkəran, Göygöl, Gəncə, Şəmkir, Naxçıvan, Sədərək, Şərur, Şahdağ və Şahbuzda 1 mm-dir. Havanın maksimal…
Daha çoxDünya bazarlarında neft ucuzlaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
Daha çoxTramp elan etdi
ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə qarşılıqlı yeni tariflərin tətbiq olunduğunu elan edib. SİA xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb. “Bir neçə dəqiqə sonra bütün dünya ölkələri üçün tarixi qarşılıqlı tariflər sərəncamını imzalayacağam. Qarşılıqlı. Bu o deməkdir ki, onlar bunu bizimlə edirlər, biz də bunu onlarla edirik. Çox sadə. Daha asan ola bilməz”, – deyə Tramp bildirib. Qeyd olunur ki, ABŞ Çindən idxala 34%, AB-dən isə 20% həcmində gömrük rüsumu tətbiq edəcək. Bundan əlavə, eyni tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya…
Daha çoxSəyyar “ASAN xidmət” aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Səyyar “ASAN xidmət” aprelin 3-28-də Hacıqabulda, Qazaxda, Goranboyda, Xırdalanda, Qusarda, Yardımlıda, Beyləqanda, İsmayıllıda, Zaqatalada vətəndaşlara xidmət göstərəcək. Bu barədə SİA-ya “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək isə nahar fasiləsidir. Xatırladaq ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% azalaraq 3 161.50 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 2.97% azalaraq 33.62 ABŞ dollarına bərabər olub.
Daha çox