Fransa prezidentinin maraqlı vərdişi üzə çıxdı

Siyasi şərhçi Olivier Bomontun yeni kitabında Fransa Prezidenti Emmanuel Makronun qeyri-adi vərdişindən bəhs olunub. SİA xəbər verir ki, “Prezidentin qoxusu” adlı ayrıca fəsildə Bomont Makronun vərdişini ətraflı təsvir edir. Belə ki, prezident “Christian Dior”un “Eau Sauvage” ətrindən çox istifadə edir. “Makrona aid bütün yerlərdə ətir qablarına rast gəlmək mümkündür. Yelisey Sarayının dəhlizlərinə bir dəfə çıxmaq kifayətdir ki, onun buradan nə vaxt keçdiyini yəqin edəsən” – şərhçi yazır. Bomontun sözlərinə görə, Makron gün ərzində müntəzəm və əhəmiyyətli miqdarda ətir vurur.

Daha çox

İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək…

Daha çox

Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi, o cümlədən hidrokarbonatlar və elektrik enerjisi sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, bunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. SOCAR ilə Türk Petrolları və BOTAŞ arasında əməkdaşlıq müsbət qiymətləndirildi, bu birgə fəaliyyətin gələcəkdə Azərbaycan, Türkiyə…

Daha çox

Almaniyadakı diasporumuzun üzvü Azərbaycan əleyhinə filmə etiraz edib

Almaniyada yaşayan həmyerlimiz, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər bu ölkəyə məxsus “DW Documentary” internet kanalının Azərbaycan əleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDF televiziyalarına məktub ünvanlayıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı proqramda birtərəfli yanaşmanın ortaya qoyulduğunu, Ermənistan və onun havadarlarına istinadən çoxlu sayda dezinformasiyadan istifadə edildiyini bildirib. Ekspert bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsinin razılaşdırıldığı bir vaxtda separatçıların yenidən fəallaşmasına səbəb ola biləcəyini qeyd edib. Bundan əlavə, torpaqlarımızın işğalından, Xocalı soyqırımından, Qarabağ müharibəsi nəticəsində…

Daha çox

Aİ Azərbaycandan dayanıqlı qaz təchizatına ümid edir

Avropa İttifaqının (Aİ) qaz bazarının fundamental əsasları Azərbaycandan da daxil olmaqla davamlı idxal sayəsində sabit qalır. SİA xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji Platforması Qrupunun direktoru Kristina Lobilyo Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Aİ-də enerji təhlükəsizliyi bu gün əvvəlki qış dövrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə dayanıqlı vəziyyətdədir. “Vəziyyət etibarlı təchizat, xüsusilə strateji tərəfdaşlıqlar çərçivəsində sabitdir. Bu kontekstdə Azərbaycanın töhfəsini, eləcə də qazın anbarlara vurulması üzrə…

Daha çox

Rusiya bölgəsində nadir “yadplanetli” göbələk tapılıb

Rusiyanın bir bölgəsində Qırmızı Kitaba düşən nadir göbələk tapılıb. SİA xəbər verir ki, bu barədə Gismeteo portalı məlumat yayıb. Tver vilayətinin sakini Semyon Şişkov Kalininski rayonunda meşədə gəzərkən qeyri-adi göbələk – Sarcosoma spheroides aşkar edib. Kişinin dediyinə görə, o, meşəyə ilk gedişi zamanı göbələyi dərhal görüb. Qeyd olunur ki, qeyri-adi formasına görə göbələk “cadugər qazanı” adlanır. “Yadplanetli” göbələk Rusiya və Avropanın Qırmızı Kitablarına daxil edilmişdir və meşələrdə olduqca nadirdir. Ancaq nadir olduğuna görə göbələk toplamaq qəti qadağandır. Materiala görə, sarkosoma zəhərli sayılmasa da, onu yeməli də adlandırmaq olmaz. Bununla belə,…

Daha çox

Füzuli ədəbi məktəbinin layiqli davamçısı

Dövlət başçısı “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində və s. yönəlmişdir. Eyni zamanda, bu Sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verir. Prezidentin imzaladığı Sərəncamlar sırasında Azərbaycanın milli-mənəvi dəyərlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd…

Daha çox

Krım sakini 91 yaşlı veteranı öldürüb, yeməyini oğurlayıb

..Aluşta sakini şəxsi düşmənçilik zəminində 91 yaşlı qonşusunu qətlə yetirib. Qatilin qurbanın mənzilindən götürdüyü yeganə şey yaşlı kişinin mağazadan aldığı ərzaq məhsulları olub. SİA-nın məlumatına görə, Krım və Sevastopol üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, cinayətin açılması üçün müstəntiqlərə bir həftə vaxt lazım olub. İstintaqın məlumatına görə, Krımın kurort şəhərində qətl martın 19-da Krasnoarmeyskaya küçəsində baş verib. Bu gün yerli sakin küçədə qonşu yaşayış binasında yaşayan 91 yaşlı kişini görüb. Qatil veteranın yaşadığı binanın girişinə, daha sonra isə mənzilinə daxil olub. O, şəxsi ədavət zəminində qocanı…

Daha çox

Fransa Avropa İttifaqından qovulur

Avropa İttifaqının təsisçiləri Fransadan müstəmləkə altında saxladığı ərazilərdə əhalinin müstəqil dövlətlərini qurmaq istəklərinə hörmətlə yanaşmağı tələb edirlər Dünya tarixində elə toplumlar olub ki, onların insanlığa və bəşəriyyətə qarşı törətdikləri qətliamlarını, vandal əməllərini dünya durduqca yaddaşlardan, tarixin səhifəsindən silmək mümkün olmayacaq. 30 il erməni işğalı zamanı Azərbaycanın ərazilərində törədilən vandalizmi, insan qətliamlarını təbii ki, unutmaq, yaddaşlardan silmək mümkün deyil. Bəşəriyyət mövcud olduqca, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, insanları kütləvi şəkildə qətlə yetirmələri, tarixi abidələri, mədəniyyət nümunələrini dağıtmalarını, şəhər və kəndləri yer üzündən silmələrini heç bir demokratik düşüncəli xalq, bəşər…

Daha çox

“Biz Putinin xoş niyyətlə danışıqlara girdiyinə şübhə edirik”

Ukraynada cəbhədə Rusiya ordusunun atəşkəsə hazırlaşmasından əsər-əlamət yoxdur. SİA-nın məlumatına görə, “Deutsche Welle” xəbər verir ki, bu barədə NATO-nun yüksək rütbəli rəsmisi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. Alyansın fikrincə, Rusiya ordusu vaxt qazanmaq və gələcəkdə mümkün danışıqlar üçün üstünlüyü artırmaq üçün bütün, demək olar ki, min kilometrlik cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələrinə təzyiqləri artırmağa davam edir.. …Döyüş meydanında rusların atəşkəsə hazırlaşdığına dair heç bir əlamət yoxdur, – deyə rəsmi bildirib. …Rusiyanın bu müharibədəki məqsədlərinin dəyişməsinə dair heç bir əlamət görmürük. NATO qiymətləndirir ki, döyüş meydanında vəziyyət Ukrayna üçün çətin…

Daha çox