Ukraynanın bu şəhəri ballistik raketlə vuruldu

Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, raket yaşayış massivinə düşüb. Nəticədə 14 mülki şəxs həlak olub. Onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb. Güclü partlayış dalğası ən azı beş evə ziyan vurub. Pəncərələrin sındığı, avtomobil və qarajların yandığı bildirilir. Ölü və yaralı sayının artacağı istisna edilmir. Qeyd edək ki, bu, son günlərdə Krivoy Roqa edilən ikinci raket hücumdur.

Daha çox

“Kanada ABŞ-nin yerini tuta bilər”

“Kanada dünya lideri kimi ABŞ-nin yerini tuta bilər”. SİA xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni “The New York Times” (NYT) qəzetinə müsahibəsində deyib. Siyasətçinin sözlərinə görə, Vaşinqtonun etimada əsaslanan ittifaqlar yaratdığı, mal və xidmətlərin sərbəst mübadiləsini müdafiə etdiyi dövr başa çatıb. “Əgər Birləşmiş Ştatlar artıq liderlik etmək istəmirsə, Kanada olacaq”, – o qeyd edib.

Daha çox

“ABŞ-nin Türkiyəyə qarşı sanksiyaları tarixi səhv idi”

“ABŞ-nin Türkiyəyə qarşı sanksiyaları tarixi səhv idi”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə “Reuters”ə müsahibəsində deyib. Nazir qeyd edib ki, Trampın yeni siyasəti Avropa üçün bir fürsətdir: “Əsas aktorların artıq düşmənçilik etmədiyini və hansısa formada əməkdaşlıq etdiyini görsək, düşünürəm ki, Soyuq Müharibədən bizə miras qalan, əsasən ABŞ və Rusiya arasında düşmənçilik üzərində qurulmuş mentalitet böyük dəyişikliyə məruz qalacaq”. O həmiçin bildirib ki, Trampın Türkiyənin müdafiə sənayesinə illərdir tətbiq edilən sanksiyalara son qoyacağına ümid edir: “Sanksiyalar düzəldilməlidir. Düşünürəm ki, cənab Tramp komandası ilə bir növ…

Daha çox

“Azərbaycanın xarici siyasətində prinsipləri həmişə çox aydın olub”

“Düşünürəm ki, İranla Azərbaycan münasibətləri artıq konstruktiv məcrada inkişaf etməkdədir. Azərbaycan səfirliyinin yeni ünvanda fəaliyyətə başlamasından sonra İranın yeni prezidenti Pezişkiyan, ümumiyyətlə İranla dünya ölkələri arasında, həmçinin Azərbaycan da daxil olmaqla region ölkələri arasında münasibətlərin inkişaf etdirilməsilə bağlı maraq ifadə edib. Ayrıca olaraq Azərbaycan dilindən sıx-sıx istifadə etməsi hesab edirəm ki, bunların hər biri ayrı-ayrılıqda pozitiv mənada düşündürən məqamlardır. İran prezidentinin müşavirinin Azərbaycan prezidenti ilə görüşü və müzakirə mühiti göstərir ki, Azərbaycanla İran arasında münasibətlərdə kifayət qədər inkişafa meyilli məqamlar mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib. Onun…

Daha çox

90 ölkədən 20 mindən çox zəvvar Vatikana toplaşacaq

Dünyanın 90 ölkəsindən 20 mindən çox zəvvar Vatikanda toplaşacaq. SİA xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-6-da keçiriləcək Xəstə və Səhiyyə İşçilərinin Yubileyində xəstələr, həkimlər, tibb bacıları, əczaçılar, fizioterapevtlər və digər səhiyyə işçiləri daxil olmaqla 90 ölkədən 20 mindən çox zəvvar iştirak edəcək. Bu, yubiley ilinin əsas bayramlarından biridir. Zəvvarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısında keçəcəklər. Tədbirdə İtaliya ən çox iştirakçı ilə təmsil edilən ölkə olacaq. Eyni zamanda, ABŞ, İspaniya, Kolumbiya, Argentina, Braziliya, Fransa, Meksika, Almaniya, Xorvatiya, Filippin, Peru, Avstraliya, Çili, Efiopiya, Kanada və Kamerundan…

Daha çox

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə yaradılan və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin ediləcək. Əcnəbilərin portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə baxılacaq. Qiymətləndirilmə meyarları üzrə dövlət orqanları bal təyin edəcək və yekunda bütün ballar cəmlənəcək. Verilmiş balların cəmi azı 70 bal olduqda əcnəbi yüksəkixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid…

Daha çox

Terrorçular Hələbi belə tərk edir

Suriyada “demokratik qüvvələr” adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları Hələb şəhərinin mərkəzini tərk etməyə başlayıblar. SİA xəbər verir ki, onlar Dəməşq hakimiyyəti ilə əldə edilən razılığa uyğun olaraq şəhərdən gedirlər. İmzalanan yeni razılaşmaya əsasən onlar Fəratın şərqinə doğru geri çəkilirlər. KİV-lər bildirir ki, təxminən 250 terrorçunu aparan 35 avtomaşından ibarət ilk karvan Hələbdən ayrılıb. Karvanda üzərində ağır silahlar olan hərbi avtomobillər diqqət çəkib. Qeyd edək ki, terrorçular Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini 2012-ci ildə işğal etmişdilər.

Daha çox

Azərbaycana minatəmizləmə sahəsində xarici yardımlar yetərli səviyyədə deyil

Azərbaycana minatəmizləmə sahəsində xarici yardımlar yetərli səviyyədə deyil. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar münasibətində öz əksini tapıb. Xatırladılıb ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, hər il aprel ayının 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur. “Azərbaycan Ermənistanın otuz il davam etmiş hərbi işğalı nəticəsində ərazilərinin mina və partlamamış hərbi sursatlarla çirklənməsi kimi ciddi problemlə üz-üzədir. Ermənistan 1.5 milyon mina və ondan az sayda olmayan partlamamış hərbi sursatlarla Azərbaycan…

Daha çox

Fransa prezidentinin maraqlı vərdişi üzə çıxdı

Siyasi şərhçi Olivier Bomontun yeni kitabında Fransa Prezidenti Emmanuel Makronun qeyri-adi vərdişindən bəhs olunub. SİA xəbər verir ki, “Prezidentin qoxusu” adlı ayrıca fəsildə Bomont Makronun vərdişini ətraflı təsvir edir. Belə ki, prezident “Christian Dior”un “Eau Sauvage” ətrindən çox istifadə edir. “Makrona aid bütün yerlərdə ətir qablarına rast gəlmək mümkündür. Yelisey Sarayının dəhlizlərinə bir dəfə çıxmaq kifayətdir ki, onun buradan nə vaxt keçdiyini yəqin edəsən” – şərhçi yazır. Bomontun sözlərinə görə, Makron gün ərzində müntəzəm və əhəmiyyətli miqdarda ətir vurur.

Daha çox

İlham Əliyev Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uzun və uğurlu tarixinin olduğunu dedi, bunun xüsusilə hazırkı dövrdə enerji məsələlərinin mühüm amilə çevrilməsində rolunu vurğuladı. Dövlətimizin başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək…

Daha çox