David Manukyandan etiraflar…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan…

Daha çox

Türkiyədə terror təşkilatı ilə əlaqədə olan 70-dən çox şübhəli şəxs saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bir vaxtlar Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel Dövlət” Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 73 nəfərin saxlanıldığını açıqlayıb. SİA xəbər verir ki, əməliyyatlar martın 19-dan 27-dək Türkiyənin 27 əyalətində, həmçinin Ankara, İstanbul və İzmirdə həyata keçirilib. Nazirin sözlərinə görə, əməliyyatlara həm polis əməkdaşları, həm də jandarm qüvvələri cəlb olunublar. Hüquq-mühafizə orqanlarının hərəkətləri xüsusi xidmət orqanları ilə razılaşdırılıb. “Saxlanılanlardan 48 nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib. Onlar terrorçu təşkilatlar ilə əlaqədə olmaqda, cinayətkar təşkilatların ideologiyasını maliyyələşdirmə və təbliğ etməkdə, qadağan olunmuş proqramlardan istifadə…

Daha çox

Qazaxıstan, Azərbaycan və Özbəkistan enerji əməkdaşlığının yeni modeli üçün səylərini birləşdirir

Qazaxıstan, Azərbaycan və Özbəkistan regional enerji əməkdaşlığının yeni modelini yaratmaq üçün səylərini birləşdirir, əlaqələri təkcə ənənəvi deyil, həm də “yaşıl enerji” sahəsində genişləndirir. SİA xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yessimxanov Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib. Onun sözlərinə görə, Qazaxıstan səmt qazının utilizasiyası ilə bağlı layihələr də daxil olmaqla ekoloji dayanıqlılığa nail olunması məsələsində fəaldır, enerji resurslarının həm də Xəzər dənizi vasitəsilə ixrac marşrutlarını genişləndirir. “Hökumət neft-qaz infrastrukturunun inkişafı və nəqliyyat…

Daha çox