Birqütblü və ya ikiqütblü dünya olmayacaq

Bəşəriyyət bir çox güc mərkəzlərinin üstünlüyü ilə yeni dünya nizamına addım-addım yaxınlaşır. Birqütblü və ya ikiqütblü dünya olmayacaq. SİA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Onun fikrincə, Çin qlobal güc mərkəzlərindən birinə çevriləcək. Hindistan, Braziliya, Meksika və çəkisi artan Türkiyə də bu rola iddialıdır. Numan Kurtulmuş deyib ki, mövcud beynəlxalq münasibətlər sistemi eskalasiya dövrlərinin qarşısını almaq iqtidarında deyil: “Dünya birliyi dünya nizamının tələblərinin sadəcə bir kağız parçası olduğu bir vəziyyətə doğru yuvarlanır. Hər hansı…

Daha çox

Paytaxtda hava əsasən yağmursuz olacaq…

Azərbaycanda aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi…

Daha çox

Şəhid əsgər Samrad Eynəliyevin xatirəsi yad edilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin, ictimaiyyət nümayəndələrinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağını qətiyyətlə vurğulayıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan…

Daha çox

Gürcüstan parlamentində yeni müxalifət bloku yaradılır

Gürcüstan parlamentinin deputatları İliya İncia, Varlam Liparteliani və Nika Elisaşvili parlament çoxluğunu tərk ediblər. SİA xəbər verir ki, bu barədə parlamentdə keçirilən brifinqdə deputat İlia İncia məlumat verib. Deputat bildirib ki, onlar Gürcüstan parlamentində “Avropa sosialistləri” əsasında müxalifət parlament siyasi qrupu yaradırlar. Varlam Liparteliani və Nika Elisaşvili də parlamentdə İliya İncia ilə birlikdə müxalifət partiyası kimi fəaliyyətlərini davam etdirəcəklər. İlia İncianın sözlərinə görə, kollegiallıq prinsipinə tam riayət olunub və qərarla bağlı əksəriyyət məlumatlandırılıb: “Üç müxalifət birliyinin təmsilçilərinin mandatlarına xitam verildi. Hesab edirəm ki, bu vəziyyət Gürcüstanda yeni siyasi mədəniyyətin formalaşması…

Daha çox

Ermənistanın mina terroru günahsız insanların təhdid altında olduğunu göstərir

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Bugün Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur. SİA xəbər verir ki, bu fikirlər Ombudsmanın Cəbrayıl və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı müraciətində yer alıb. “2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi sursatların partlaması nəticəsidə 392 nəfər həlak olub və ya…

Daha çox

Polşa qırıcıları havaya qalxdı

Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb. SİA xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin (SQ) Əməliyyat Komandanlığı sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə (HHM) və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Polşa SQ Komandanlığı qeyd edib ki, görülən tədbirlər “təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib”. Hazırda iqtidarı vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyət nəzarət altında olduğu vurğulanıb.

Daha çox

Ümit Uysal CHP Başqanlığına namizədlikdən çəkildi

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib. SİA xəbər verir ki, Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib: “Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim.” Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb: “CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik”. Qeyd edək ki, Uysal CHP daxilində…

Daha çox

Türkiyə parlamenti ölkə tarixində ilk “İqlim qanunu”nu müzakirə edəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) gələn həftə ölkə tarixində ilk “İqlim qanunu”nun müzakirəsinə başlayacaq. SİA xəbər verir ki, normativ akt layihəsi ətraf mühitin mühafizəsinə səmərəli töhfə vermək və iqlim böhranının nəticələrinin qarşısını almaq məqsədi ilə hakim Ədalət və İnkişaf Partiyasının səyləri ilə hazırlanıb. Sənəddə bildirilir ki, Türkiyənin enerji siyasətinin prioritet istiqamətləri bərpaolunan enerji mənbələrindən fəal istifadə edilməsi və “yaşıl texnologiyalar”ın tətbiq edilməsidir. Qanun layihəsinin məqsədlərindən biri 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarının sıfıra endirilməsidir. Layihənin müəllifləri Türkiyənin 81 əyalətinin hər birində əyalət valisinin sədrliyi ilə iqlim dəyişikliyi üzrə koordinasiya…

Daha çox

Bakı mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti İrəvanı məsuliyyətə cəlb etməyə çağırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. “Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN bildirib. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb: “Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə…

Daha çox