Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindən yaranmış problemdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb. SİA xəbər verir ki, Roma Papası Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-də keçirilən Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb. Əlil arabasından izdihamı qarşısına çıxan Papa Fransisk deyib: “Xəstəlik həyatda ən çətin və ən ağır sınaqlardan biridir. Hətta bu anlarda Allah bizi tək qoymur və əgər biz özümüzü ona təslim etsək, gücümüzün tükəndiyi yerdə onun hüzurunun təsəllisini yaşaya bilərik”. Roma…

Daha çox

Sahibə Qafarova PAİ-nin Assambleyasında Azərbaycanın sosial siyasətdəki nailiyyətləri haqqında məlumat verib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub.” Sahibə…

Daha çox

Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilsin!

…Macarıstan birliyin parçalanmasının qarşısını almaq üçün Avropa İttifaqında səsvermə hüququnu itirməlidir, çünki onun hazırkı baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinin “komandasında oynayır”. SİA-nın məlumatına görə, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Rheinische Post qəzetinə müsahibəsində bildirib. O xatırladıb ki, belə bir imkan Avropa İttifaqı müqaviləsinin 7-ci maddəsində nəzərdə tutulub; assosiasiya üzvlərindən birinin bütün digər ölkələrin təhlükəsizliyini təhdid etdiyi halda istifadə edilə bilər. Tsaxna əmindir ki, Macarıstanda da məhz bu baş verir. Onun sözlərinə görə, Orbanın etdiyi kimi Avropa İttifaqı qərarlarının qarşısının alınması qeyri-müəyyən müddətə davam edə…

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi…

Daha çox

Baykonur ərazisinə daxil olmaq istəyən dörd fransız saxlanılıb

Dörd Fransa vətəndaşı Baykonur kosmodromunun ərazisinə daxil olmağa cəhd edərkən saxlanılıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Fransızların dediyinə görə, onlar sadəcə “Energia” daşıyıcı raketini görmək istəyiblər. Onlar istifadə olunmamış dinamik sınaq qurğusunun yaxınlığında 112A platformasının yaxınlığında aşkar ediliblər. Kanal qeyd edir ki, bu, son vaxtlar ilk belə hal deyil. Aprelin 2-də Baykonur ərazisində üç İspaniya vətəndaşı və bir avstraliyalı saxlanılıb. Onlar Sovet Buran kosmik gəmisinə yaxınlaşmaq istəyirdilər. Əli Babayev

Daha çox

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb. SİA xəbər verir ki, bu barədə Mərkəzdən yayılan məlumatda bildirilir. Belə ki, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur. Mərkəzdən verilən məlumata görə,…

Daha çox

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənddə Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasiminə qatılıb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. “Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib”, – məlumatda qeyd olunub. Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər. Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub.…

Daha çox

Rusiya şəhərləri arasındakı magistralda avtobus yanıb

SİA-nın məlumatına görə, 59.ru portalı xəbər verir ki, Krasnokamskdan Perm istiqamətində hərəkət edən sərnişin avtobusu bu şəhərlər arasındakı magistralda yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tələfat yoxdur. Doqquz yanğınsöndürən və xilasedicilər iki xüsusi maşının köməkliyi ilə yanğını söndürüb. Yanğının səbəbi dəqiqləşdirilməyib. Hadisənin araşdırılması rayon prokurorluğunun nəzarətindədir və yol hərəkəti təhlükəsizliyi qanunvericiliyinə əməl olunmasına cavabdeh olan şəxslərin hərəkətlərinə qiymət veriləcək. Daha əvvəl bildirilmişdi ki, Sankt-Peterburqun Vasilyevski adasında şənbə günü günortadan sonra səfər zamanı daha bir göy rəngli avtobus yanıb. Yanğın nəticəsində avtobusdan yalnız qaralmış cəsəd qalıb, onu bərpa etmək mümkün olmayıb;…

Daha çox

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında görüş olub. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüş Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub. Numan Kurtulmuş Şalva Papuaşvilini yenidən parlamentin sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, xalqın iradəsi ucadır, hər kəs seçkilərin nəticələrinə hörmətlə yanaşmalıdır və bu da gələcək inkişafın əsasına çevrilməlidir. Bildirilib ki, Gürcüstan və Türkiyəni çoxillik səmərəli əməkdaşlıq və xalqlar arasında dostluq birləşdirir. Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri…

Daha çox