Omanda 2-ci beynəlxalq “Su Həftəsi” keçiriləcək

Aprelin 6-da Omanda ikinci beynəlxalq “Su Həftəsi” işə başlayacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə 100-dən çox beynəlxalq və yerli mütəxəssisin çıxışı gözlənilir. Ümumiyyətlə 2500-dən çox şəxsin iştirak edəcəyi tədbirdə 30-a yaxın dövlətin sərgisi açılacaq. Aprelin 7-də isə Oman Konfrans və Sərgi Mərkəzində “Su Həftəsi” çərçivəsində konfrans keçiriləcək. Aprelin 10-dək davam edəcək “Həftə” çərçivəsində, həmçinin bir sıra ixtisaslaşmış seminarlar və təlimlər təşkil olunacaq. Bu tədbirlər uğurlu regional və beynəlxalq təcrübələrin müzakirəsinə, bilik mübadiləsinə və su sektoru ilə bağlı müxtəlif tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. “Oman Su Həftəsi”…

Daha çox

Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı…

Almaniyada enerji keçidi prosesində əlamətdar mərhələ qeydə alınıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Federal Şəbəkə Agentliyi ölkədə istismarda olan günəş enerjisi batareyalarının (fotovoltaik qurğuların) sayının 5 milyon 5 minə çatdığını açıqlayıb. Almaniya Günəş Enerjisi İttifaqı (BSW-Solar) bu nəticəni enerji islahatları baxımından böyük uğur kimi qiymətləndirib. Bildirilib ki, hazırda ölkədə ümumilikdə 104 qiqavatlıq günəş enerjisi gücü quraşdırılıb. Bu gücün 38 faizi fərdi evlərin, 29 faizi müəssisələrin dam örtüklərində, 32 faizi açıq ərazilərdə, 1 faizə qədəri isə balkonlarda yerləşdirilib. Ötən il ölkə üzrə enerji sisteminə 17 qiqavatlıq yeni günəş enerjisi…

Daha çox

Bəzi bölgələrdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən SİA-ya verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb. Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və…

Daha çox

Azərbaycan – etibarlı tərəfdaş nümunəsi

Musa Qasımlı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarındakı nitqində cənab Prezidentimiz İlham Əliyevin aşağıdakı fikri təkcə dövlət rəhbərləri deyil, bütövlükdə siyasətlə məşğul olan hər bir şəxsin alacağı dərsdir: “Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır”. Gerçəkdən də hər hansı bir işin uğurla alınmasının təməlində hadisə və proseslərin soyuqqanlı, hərtərəfli və dərin təhlili nəticəsində proqnozlaşdırılması və tərəfdaşların etibarlı olması dayanır. Azərbaycan proqnozlaşdırılan, dürüst və etibarlı tərəfdaşdır. Bunu Avropa…

Daha çox

Avropa azad ticarət dövrünün bitməsinin əlamətlərini görür

ABŞ prezidenti Donald Trampın tarif hücumu azad qlobal ticarət dövrünün bitdiyi anlamına gələ bilər. SİA-nın məlumatına görə, bunu Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü İzabel Şnabel deyib. O, Bloomberg-dən sitat gətirib. Şnabel, Tramp-ın daha yüksək idxal tariflərini elan etdiyi gün “azadlıq günü” ifadələrinə qarşı sərt mövqe tutdu. Onun sözlərinə görə, bu gün əslində qlobal azad ticarətin sonunu qeyd etdi. O, həmçinin xatırladıb ki, Avropa İttifaqı ABŞ-ı aldatmaq üçün deyil, qitənin rifahını təmin etmək üçün yaradılıb. Avropa Mərkəzi Bankı daha əvvəl Trampı tənqid edib. Tənzimləyicinin rəhbəri Kristin Laqard Ağ Ev…

Daha çox

Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır

Səmərqənddə keçirilən sammitdə Avropa İttifaqı və Mərkəzi Asiyanın beş dövləti strateji tərəfdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. SİA “Euronews”a istinadla xəbər verir ki, sammit iştirakçıları ilin sonunadək əlavə investisiyaların, xüsusilə də Trans-Xəzər nəqliyyat dəhlizinə sərmayələrin cəlb edilməsi məqsədilə forumun keçirilməsi barədə razılığa gəliblər. Bu dəhliz Avropa və Asiya regionları arasında yük ixracının müddətini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin Özbəkistanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) yerli ofisinin yaradılmasına imkan verəcək. Sammitin hər iki ildən bir keçirilməsi ideyası da dəstəklənib. Qeyd edək ki, Avropa İttifaqı Səmərqənddə keçirilən iki günlük…

Daha çox

Çin tariflərdən sonra ABŞ-a müraciət edir

Çin rəhbərliyi hesab edir ki, ABŞ-ın xarici siyasətdə özünə icazə verdiyi təzyiq və təhdidlər qarşılıqlı əlaqənin yanlış yoludur. SİA-nın məlumatına görə, bu barədə Çin hökumətinin bəyanatında deyilir. …Çin artıq öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüb və görməyə davam edəcək. Bunu Çin liderləri vurğulayıblar. Çin həmçinin ABŞ-ı iqtisadiyyatı sıxışdırmaq üçün tariflərdən silah kimi istifadə etməyi dayandırmağa çağırıb. Bundan əvvəl Avropa Xalq Partiyasının (APP) Avropa Parlamentindəki fraksiyasının rəhbəri Manfred Veber ABŞ-ın xarici siyasətində əhəmiyyətli dəyişikliklər fonunda yeni dünya düzəninin yarandığını bəyan edib. Əli Babayev

Daha çox

Bu günə olan hava PROQNOZU

Bu gün ölkə ərazisində 27 dərəcə isti müşahidə olunacaq. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.…

Daha çox

Obama və Harris açıq şəkildə Trampın siyasətini tənqid edirlər

…ABŞ-ın keçmiş prezidenti Barak Obama və keçmiş vitse-prezident Kamala Harris Donald Trampın ikinci prezidentliyi dövründə ölkənin vəziyyəti ilə bağlı çıxışlar ediblər (tərcümə: zn.ua). Hər ikisi Ağ Evin yeni administrasiyasının son hərəkətlərini tənqid edib. SİA-nın məlumatına görə, bu barədə CNN xəbər verir. Trampın ilk müddətindən əvvəl vəzifəsini icra edən Obama 47-ci prezidentin federal hökuməti yenidən formalaşdırmaq, immiqrasiyanı və fərqli fikirləri yatırmaq, medianı və hüquqi strukturu qorxutmaq səylərini kəskin tənqid edib. …Bir müddət sonra ilk dəfədir ki, ictimaiyyət qarşısında çıxış edirəm. Bir müddət izlədim. Təsəvvür edin ki, əgər mən bunlardan birini etsəydim……

Daha çox

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşıb

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3455 nəfərə çatıb, daha 4840 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, 214 nəfər itkin düşənlər siyahısındadır. Qeyd edək ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Taylandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Təbii fəlakət Taylandı da vurub, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.

Daha çox