ABŞ Rusiyanın Kiyevə çatmaq qabiliyyətini qiymətləndirib


…Ukrayna məğlubiyyətini etiraf etməsə, Rusiya ordusu Kiyevə çatacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında bildirib.

Onun fikrincə, rus qoşunları “Ukraynalı döyüşçüləri o qədər darmadağın edəcək ki, hərbi forma geyinə bilən bir nəfər belə qalmayacaq” və sonda Kiyevə daxil olacaq.

Davis, Rusiya Silahlı Qüvvələrinin müqavimətlə belə qarşılaşmayacağını deyib.

Polkovnik-leytenant həmçinin vurğulayıb ki, Ukrayna hakimiyyəti “irəli getməyin” yeganə yolunu tanıyana qədər münaqişə davam edəcək.

…Bu, ya itaət, təslim olmaq, ya da Moskvanın şərtləri ilə danışıqlar yolu ilə həlldir, – hərbçi hesab edir.

Devis daha əvvəl demişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin həlli üçün lazım olan qərarları vermək iqtidarında deyil. Onun sözlərinə görə, Ukrayna lideri öz imkanlarını çox yüksək qiymətləndirir.

Əli Babayev

Əlaqəli Xəbərlər