Amerikalılar Tramp tariflərinə görə “Yaquar”sız qalacaqlar


…Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover, prezident Donald Trampın 25 faizlik rüsum tətbiq etməsindən sonra avtomobillərinin ABŞ-a çatdırılmasını dayandırır

SİA-nın məlumatına görə, RBC-Ukrayna bu barədə CNN və Bloomberg-ə istinadən xəbər verir.

Şirkət sözçüsü bildirib ki, Jaguar Land Rover bu ay avtomobil ixracını dayandırır, çünki o, yeni ticarət şərtlərini həll etmək yollarını axtarır.

…ABŞ Jaguar Land Rover ilə lüks brendlər üçün mühüm bazardır. O, CNN-ə bildirib ki, biznes tərəfdaşlarımızla yeni ticarət şərtləri üzərində işləyib orta və uzunmüddətli planlarımızı hazırlayarkən, aprel ayında daşımaların dayandırılması da daxil olmaqla, qısamüddətli tədbirlər görürük.

Hindistanın Tata Motors şirkətinə məxsus olan Jaguar Land Rover-in ABŞ-da 200-dən çox dileri var.

Bu, şirkətin saytında bildirilir.

Hesabata görə, Jaguar Land Rover həmçinin 2024-cü ilin martına qədər 12 ay ərzində 430.000 avtomobil satıb, bu satışların təxminən dörddə biri Şimali Amerikadan gəlib.

ABŞ hüdudlarından kənarda yığılan bütün avtomobillərə tətbiq edilən tariflər Tramp administrasiyasının Amerikada istehsal işlərini bərpa etmək səyləri çərçivəsində cümə axşamı qüvvəyə minib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər