…Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Avropa siyasətçiləri arasında Ukraynanı ən ardıcıl dəstəkləyənlərdən biridir.
SİA-nın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyarto X-dəki səhifəsində yazıb.
Nazirlik rəhbəri estoniyalı həmkarının Rusiyaya qarşı sanksiyaları uzatmaq istəmədiyi üçün Macarıstanın Avropa İttifaqında (Aİ) səsvermə hüququndan məhrum edilməsini tələb etməsindən sonra onun barəsində kəskin danışıb.
…O, Ukraynada müharibənin davam etdirilməsində israrlı olan, eyni zamanda, eskalasiya riskləri haqqında başqalarına mühazirələr oxuyan, Avropada müharibənin ən fanatik tərəfdarlarından biridir.
Bunu Siyyarto bildirib.
Daha əvvəl Tsaxkna bildirmişdi ki, Macarıstan birgə qərarları sabotaj etməyə davam edərsə və Moskvaya qarşı sanksiyaların uzadılmasını dəstəkləməzsə, Avropa İttifaqı bloklanmış Rusiyanın 240 milyard avro dəyərində aktivlərini müsadirə etməyə məcbur olacaq.
Eyni zamanda, Politico-ya görə, Avropa İttifaqı Macarıstanın səsvermə hüququnu belə bir qərarla müşayiət oluna biləcək həddən artıq çox problemə görə dayandırmağı hələlik nəzərdən keçirmir.
Əli Babayev