…ABŞ Prezidenti Donald Trampın qlobal tarifləri elan etməsindən sonra Uoll Stritdə səhmlərin kütləvi satışı baş verdi. Cəmi iki gün ərzində ABŞ fond bazarının əsas indeksləri təxminən 10 faiz ucuzlaşıb.
SİA-nın məlumatına görə, səhmlər sürətlə dəyər itirərkən, Tramp özü Floridada qolf meydançasında vaxt keçirirmiş.
Cümə günü Dow Jones Industrial Average 5, S&P 500 və Nasdaq isə təxminən 5,5 faiz ucuzlaşıb.
Bir gün əvvəl azalma müqayisə oluna bilərdi.
Bu, Nyu-York Fond Birjasında COVID-19 pandemiyasından sonra ən böyük enişdir.
Ekspertlər çöküşü elan edilən tariflərin bazar gözləntilərindən xeyli yüksək olması, eləcə də onların tətbiqi zamanı yaranan xaosla əlaqələndirirlər.
Demokrat senator Çak Şumer açıq qəzəbini ifadə edib.
…Onlar Putinə deyil, pinqvinlərə rüsum tətbiq etdilər, -deyən senator, sanksiyaların Hind Okeanındakı kimsəsiz adalara təsir etdiyini, lakin Rusiyanı xilas etdiyinə diqqət çəkib.
Mühafizəkar Amerika Müəssisə İnstitutunun analitiklərinin fikrincə, Tramp administrasiyasının tarifləri hesablamaq üçün istifadə etdiyi düstur heç bir iqtisadi məna kəsb etmir.
Üstəlik, metodologiya düzgün olsa belə, hesablamalar səhvlərlə aparılıb.
Mütəxəssislərin fikrincə, rüsumlar dörd dəfə aşağı və ya 10 faizdən çox olmamalı idi – əvvəllər bu minimum əsaslandırılmış dərəcə adlanırdı.
Bir çox şərhçi Trampı davranışına görə tənqid edib: amerikalılar səhmlərə yatırdıqları əmanətlərini itirərkən o, qolf oynayır və Səudiyyə Ərəbistanından olan turnir təşkilatçılarının nümayəndələri ilə görüşlər keçirirdi.
Əli Babayev