İranın yol və şəhərsalma naziri Bakıya gəlir


Bu gündən İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfərə gəlir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazir aprelin 8-10 tarixlərində Bakıda Azərbaycan ilə İran arasında keçiriləcək iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında iştirak edəcək.

Komissiyanın iclasında nəqliyyat, tranzit, neft-qaz, energetika və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri müzakirə ediləcək, problemli məsələlərin aradan qaldırılması yolları nəzərdən keçiriləcək.

Səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.

Əlaqəli Xəbərlər