ABŞ Hərbi Dəniz Qüvvələri yeni “Virginia Block” IV sinif “USS Iowa” (SSN 797) nüvə hücum sualtı qayığını istifadəyə verib. SİA xarici mediaya istinadla xəbər verir ki, mərasim Konnektikut ştatının Nyu-London şəhərindəki dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 1600 km mənzilli 12 “Tomahawk” qanadlı raketləri ilə təchiz edilib. Nüvə sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. O, 240 metrdən çox dərinliyə enişə və 25 düyündən çox sürətə çata bilir. ABŞ Hərbi Dəniz Qüvvələri hazırda müxtəlif modifikasiyalı “Virginia” sinifli 23 hücum sualtı qayığını idarə edir. Hərbi Dəniz Qüvvələrində,…
Daha çoxDay: April 7, 2025
Ərdoğan ABŞ-a gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Türkiyə mallarına rüsumları müzakirə etmək üçün ABŞ-a səfər etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri nəlumat yayıb. Ərdoğanın ABŞ-a səfər planlarını Türkiyənin ticarət naziri Ömər Bolat açıqlayıb. Xatırladaq ki, aprelin 2-dən etibarən ABŞ-da türk mallarına 10% rüsum tətbiq edilir. “Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi balanslaşdırılmışdır, ABŞ üçün əlverişsiz heç bir vəziyyət yoxdur, ona görə də yumşalma ola bilər”, – deyə türkiyəli jurnalistlər bildiriblər.
Daha çoxABŞ-ı etiraz dalğası bürüdü
Amerika Birləşmiş Ştatlarında Prezident Donald Trampın inauqurasiyasından sonra onun siyasətinə qarşı ən böyük etiraz aksiyaları keçirilib. SİA xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. Bütün ştatlarda minlərlə insan küçələrə toplaşıb. Etirazçılar arasında müxtəlif icmaların nümayəndələri də var. Burada həmkarlar ittifaqları və ekoloqlar yer alırlar. Onların arasında Fələstinin və LGBT hərəkatının tərəfdarları da var. Nümayişçilər Ağ Evin bu yaxınlarda tətbiq etdiyi tariflərə etiraz edirlər. Etirazlardan bir gün əvvəl ABŞ-ın keçmiş Prezidenti Barak Obama və keçmiş vitse-prezident Kamala Harris baş verənləri mənfi qiymətləndirərək çıxış ediblər. Trampın tətbiq etdiyi tariflərin nəticələrindən…
Daha çoxAlmaniyanın ən məşhur gölü quruyur
Almaniyanın cənubunda, İsveçrə və Avstriya ilə sərhəddə yerləşən Boden gölü qurumaq təhlükəsi ilə üzləşib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, göldə suyun səviyyəsi xeyli aşağı düşüb və su sahildən geri çəkilib. Gölün cənub hissəsində suyun səviyyəsi son 40 ilin ən aşağı göstəricisinə çatıb. Gölün sahilindəki Konstanz şəhərində suyun səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 70 santimetr daha aşağıdır. Hazırda suyun dərinliyi 2,73 metrdir. Bu, hazırkı dövr üçün çox aşağı göstəricidir. Konstanzdan təxminən 12 kilometr qərbdə yerləşən Mannenbax limanı tamamilə quruyub. Ekoloqlar Boden gölünün son illərdə heç vaxt indiki…
Daha çoxMaskdan XƏBƏRDARLIQ
Maskdan XƏBƏRDARLIQ
Daha çox