Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv…

Daha çox

Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək

Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək. Bu barədə SİA Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir. Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

Daha çox

Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub. Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb. Bununla bərabər, Allahverdiyev Elbəy…

Daha çox

Koalisiya Yəməndə husilərə qarşı qurudan hücuma hazırlaşır

…Yəmən husilərinə qarşı çıxan ölkələrin koalisiyası yaxın vaxtlarda Yəmən ərazisində quru əməliyyatına başlaya bilər. SİA-nın məlumatına görə, bu barədə CNN regiondakı diplomatik dairələrdəki mənbələrə və hərbi analitiklərə istinadən xəbər verir. Telekanalın məlumatına görə, münaqişənin quru mərhələsinə hazırlıq cənub, şərq və sahil boyu hücumu nəzərdə tutur. Əsas məqsəd husilərin nəzarətində olan ölkənin paytaxtı Sənanın və Hudeyda limanının azad edilməsi ola bilər. CNN mənbələri qeyd edir ki, fəaliyyətlərin koordinasiyası Səudiyyə Ərəbistanı və ABŞ-ın dəniz istiqamətindən mümkün dəstəyi ilə həyata keçirilir. Əməliyyatda iştirak edə biləcək qüvvələrin dəqiq tərkibi qeyri-müəyyən olaraq qalır. Rəsmi Yəmən…

Daha çox

Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır

Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, 2025-ci il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Qeyd edilir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir. Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir,…

Daha çox

Azərbaycan Cibutidə keçirilən beynəlxalq forumda təmsil olunur

Azərbaycan Cibutidə keçirilən beynəlxalq səviyyəli “Cibuti Forum 2025” tədbirində iştirak edir. SİA foruma istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müavini Bəhruz Bəhramov təmsil edir. Forumu Cibutinin Suveren Sərvət Fondu (Fonds Souverain de Djibouti) təşkil edib. Tədbir inkişaf etməkdə olan bazarlara investisiyaları sürətləndirmək üçün qlobal platformadır. Forumda Cibutinin, eləcə də Afrika qitəsinin potensialı və perspektivləri nümayiş etdiriləcək. Bundan başqa, forum maraqlı şəxslər arasında əməkdaşlığı inkişaf etdirmək və bütün subregion üçün strateji investisiyaları sürətləndirmək üçün baş direktorları, investorları və digər şəxsləri bir araya gətirir.

Daha çox

Bu rayonların apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

Şəki və Şirvan rayonlarının apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müvafiq məsələlər müzakirə olunub. Sənədə əsasən, Musayev Vüqar Ələkbər oğlu (Şəki İnzibati Məhkəməsinin hakimi) və Musayev Taleh Valeh oğlunuin (Şəmkir Rayon Məhkəməsinin hakimi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif olunub. Şirvan Apellyasiya Məhkəməsinə isə Əliyev Əli Abdulla oğlu (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi), Sultanov Cavid Rizvan oğlu (Ağdaş Rayon Məhkəməsinin hakimi), Quliyev Ceyhun Əmir oğlu (Masallı Rayon Məhkəməsinin hakimi), Sadıqov Mirlətif Süleyman oğlunun…

Daha çox

İran yalnız nüvə proqramı üzrə ABŞ-la danışıqlar aparacaq…

…İran ABŞ-la danışıqlar zamanı nüvə proqramından başqa heç nə müzakirə etməyəcək. SİA-nın məlumatına görə, bunu İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babaei Omanın Məşvərət Şurasının sədri Xalid Əl-Məvali ilə görüşündə deyib. …ABŞ ilə dolayı danışıqların aparılması qərarı bu ölkənin təqiblərinə cavabdır. Digər tərəfdən, indiki şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparmağa hazırıq, qalanının heç bir əhəmiyyəti yoxdur. ISNA agentliyi İran parlamentinin vitse-spikerinin sözlərini sitat gətirib. Hacı Babaei aydınlaşdırıb ki, Tehran Vaşinqtonla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin daimi təhdid və sanksiyalar səbəbindən birbaşa danışıqlardan imtina…

Daha çox

Mülki aviasiya işçilərinin sığorta stajlarının hesablanması qaydasını NK müəyyən edəcək

Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti (NK) müəyyən edəcək. SİA xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir. Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir. Qanuna təklif edilən dəyişikliklə bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasının da…

Daha çox

Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib

“Auditor xidməti haqqında” qanuna uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məcburi audit subyektlərinə müraciətində bildirilir. Nazirlik bəyan edib ki, qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir…

Daha çox