Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək. SİA xəbər verir ki, bununla bağlı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişiklik layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb. Azərbaycan Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 2.9-cu hissəsinə əsasən abidələrin pasportlaşdırılmasını Mədəniyyət…
Daha çoxDay: April 7, 2025
Şimali Koreyalılar Ukrayna müharibəsində böyük itkilər verir…
Ekspert bunun səbəbini açıqlayıb… …Şimali Koreya Ukraynadakı müharibədə böyük itkilər verib, demək olar ki, qüvvələrinin 50 faizini itirib. SİA-nın məlumatına görə, bunu Pentaqonun keçmiş məsləhətçisi Ruben F. Conson “19fortyfive” portalı üçün yazıb. Belə ki, Britaniya kəşfiyyatı bu ilin mart ayına olan məlumata görə, Şimali Koreya qoşunlarının Rusiyanın Kursk vilayətində Ukrayna qoşunlarına qarşı hücum əməliyyatları zamanı 5000-dən çox itki verdiyi bildirilir. Bunların təxminən üçdə biri döyüşdə həlak olmuş qoşunlardır. …Ümumilikdə, Pxenyanın rus bölmələri ilə birlikdə döyüşlərdə iştirak etmək üçün göndərdiyi qüvvələr 5 piyada briqadasında təşkil edilmiş 10.000-12.000 nəfər…
Daha çoxSon iki ildə sərnişin sayı 4 milyon nəfərə çatıb
Son iki ildə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərnişin sayı 1,8 milyon nəfər və 1,8 dəfə artaraq 4 milyona çatıb. SİA xəbər verir ki, bu gün AZAL-ın aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür. Bildirilib ki, 2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin “AerCap” və “CDB Aviation” şirkətləri ilə “Airbus” təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə…
Daha çox“Dərnəgül” elektrik deposunda abadlıq və yaşıllaşdırma işləri aparılacaq
“Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunda ümumilikdə müasir görünüşlü abadlıq və yaşıllaşdırma işləri aparılacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. Onun sözlərinə görə, yeni yaşıllıqların salınması zamanı məhz köçürüləcək ağaclardan istifadə olunacaq: “Çəmənliklərin və kol bitkilərinin salınması zamanı 1000-dək ağac və kolun əkilməsi nəzərdə tutulub. Bu tədbirlər həm ərazinin ekoloji tarazlığının gücləndirilməsi, həm də işçilərin asudə vaxtı, əmək və iş şəraitinin təşkili tədbirlərinin tərkib hissəsidir. İnşaat işlərinin ilk mərhələsindən yaşıllıq zonalarının salınması və ən əsası, ağaclara vaxtında…
Daha çoxBritaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ağdam və Cəbrayıl rayonlarında baş verən mina hadisələri ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, Böyük Britaniya ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda mina sahəsində çalışan insanların işini, təhsilini və zərərçəkənlərə yardımı dəstəkləyir. Xatırladaq ki, azad edilən ərazilərdə son günlər baş vermiş mina və hərbi sursat partlayışı nəticəsində bir hərbçi həlak olub, dörd mülki şəxs yaralanıb.
Daha çoxİslamı qəbul etmiş italyan aşpazdan mənəvi resept…
…İtalyan aşpaz Lukas Klemente heç vaxt düşünməzdi ki, mərakeşli bir otel administratoru ilə təsadüfi söhbət onun həyatını alt-üst edəcək. …Və onu şübhədən imana doğru uzun bir səyahətə aparacaq. …Ən vacib suallarına cavab tapdığı və çoxdan bəri itirdiyi dinin İslamı qəbul etməsi ilə başa çatacaq. SİA-nın məlumatına görə, 12 ildir Brüsseldə yaşayan Klemente müsəlman həmkarı ilə müzakirələrdən sonra İslam dinini qəbul etdiyini, ardınca İslamı dərindən öyrəndiyini bildirib. O qeyd edib ki, hər dəfə dini əməllərə başlayanda mənəvi oyanış və daxili harmoniya hiss edir. Qeyd edək ki, 35 yaşlı Klemente İtaliyanın şimalındakı…
Daha çoxBakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. SİA xəbər verir ki, müşavirədə paytaxtın müxtəlif sahələrinə aid bir sıra məsələlər qaldırılıb və müzakirə olunub, konkret tapşırıqlar verilib. Bakı şəhərinin mövsümi gül və çicəklərin sayının artırılmasının vacibliyi vurğulanıb. Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vurğulayıb ki, dünyada mövcud olan mürəkkəb geosiyasi və iqtisadi vəziyyətə baxmayaraq, Prezident İlham Əliyevin balanslı və düşünülmüş siyasəti sayəsində Azərbaycan qeyri-sabitlik hökm sürən regionda nəinki sabitlik adası olaraq qalır, həm də uğurla inkişaf etməkdə davam edir.…
Daha çoxMoldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır
Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalına maraq göstərir. Bu barədə SİA-ya Moldovanın Energetika Nazirliyinə istinadən xəbər verib. “Energetika naziri Dorin Cungiyetu Bakıya rəsmi səfəri çərçivəsində aprelin 4-də bir sıra yüksək səviyyəli görüşlər keçirib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə danışıqlar zamanı nazir Moldovanın enerji mənbələrinin şaxələndirilməsində və Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlı olduğunu bildirib”, – məlumatda bildirilib. D.Cungiyetu həmçinin Moldovanın enerji bazarına Azərbaycan şirkətlərindən investisiyaların cəlb edilməsi məsələsini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb. “Biz SOCAR-ın Moldovaya digər ölkələrlə…
Daha çoxMilli Məclisin deputatları QDİƏT PM-in tədbirində iştirak edəcəklər
Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər. Bu barədə SİA-ya parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq. Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.
Daha çox“Putinlə danışıqlar təxirə salınmalıdır…”
Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Ukraynaya dəstək verməyə çağırıb… …Finlandiyanın xarici işlər naziri Elina Valtonen Avropa liderlərinin Rusiya diktatoru Vladimir Putinə zəng etməyin vaxtının hələ çatmadığına inandığını bildirib. Onun sözlərinə görə, Rusiya Ukraynada təcavüzkar hərbi əməliyyatlarını davam etdirdiyi bir vaxtda danışıqlar təxirə salınmalıdır. Finlandiya rəsmisi eyni zamanda Ukrayna dövlətinə dəstək verməyə çağırıb. SİA-nın məlumatına görə, o, bu barədə Yle nəşrinə bildirib. …Aydındır ki, Birləşmiş Ştatlar Rusiya ilə danışıqlar aparır və nə vaxtsa Avropa da dialoqa girəcək. Lakin daha vacib olan nə vaxt və kimin danışması deyil, bizim…
Daha çox