84 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə təmin olunub

Bu ilin yanvar-mart aylarında 84,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub. 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib. Qeyd olunan dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Daha çox

“Cənub Qaz Dəhlizi Avropa üçün xüsusi əhəmiyyət kəsb edir”

“Bakıda Cənub Qaz Dəhlizi kimi tədbirlərin keçirilməsi əlbəttə ki, növbəti dəfə Azərbaycanın qlobal səviyyədə əhəmiyyətini təsdiq etmiş olur. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan ön plana çıxıb. Özəlliklə də, Rusiyanın Ukraynaya təcavüzü, uzun sürən müharibə və Rusiyanın xüsusəndə Qərbə münasibətdə təcavüzkarlığı, Avropanı, ABŞ-ni bu dövlətlə daha ehtiyatlı və məsafəli davranmağa sövq edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Avropanın enerji təchizatında Rusiya əsas rol oynayırdı: “Təbiidir ki, mühairbə başladıqdan sonra Qərb ölkələri Rusiyanın neftindən qazından imtina etməyə başladılar və alternativlərə ehtiyac duyuldu. Belə bir şəraitdə…

Daha çox

“Çin yaxın altı ayda Tayvana hücum edəcək”..?

Ekspert “Qiyamət günü” ssenarisini açıqlayır… …Çin ABŞ administrasiyasının işğalın qarşısını almaq istəmədiyinə və ya bacara bilməyəcəyinə ümid edir. Çin yaxın bir neçə ay ərzində Tayvanı işğal edə bilər. SİA-nın məlumatına görə, bunu kəşfiyyat mənbələrinə istinadən “19FortyFive” portalı üçün Pentaqonun keçmiş məsləhətçisi Ruben F.Conson yazıb. …Kəşfiyyat mənbələri Çinin Tayvanı işğal etmək cəhdinə ən azı altı ay qaldığına inandıqlarını söyləyirlər. Onlar deyirlər ki, vaxt çərçivəsi Çin Kommunist Partiyasının yüksək rütbəli liderlərinin Vaşinqtondakı ABŞ administrasiyasının işğalın qarşısını almaq istəməyəcəyi, ya da qarşısını almaq iqtidarında olmadığına dair inancından irəli gəlir. İşğal…

Daha çox

Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

Türkiyənin şərqində yerləşən Erzurum vilayəti, 2025-ci ilin İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Paytaxtı olaraq təyin edilib və 26-27 aprel 2025-ci il tarixlərində Palandöken İqtisadi Forumuna ev sahibliyi edəcək. SİA xəbər verir ki, böyük həyəcanla gözlənilən Forumun mövzusu “Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik” olacaq. Forum, rəqəmsal transformasiyanın təsirini, xüsusilə süni intellektin (AI) rolunu müxtəlif iqtisadiyyatlar baxımından müzakirə etmək üçün dövlət rəsmiləri, alimlər və biznes peşəkarları da daxil olmaqla seçilmiş beynəlxalq şəxsiyyətləri bir araya gətirəcək. Forumun əsas beş sessiyası və iki xüsusi sessiyasında, müxtəlif İƏT ölkələrindən olan əsas…

Daha çox

Ombudsman beynəlxalq ictimaiyyətə çağırış edib

Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar öz həyat və sağlamlıqlarını itirməkdədir. Bu gün Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Cəbrayıl və Ağdamda baş vermiş mina hadisələrinə reaksiyasında qeyd olunub. Bildirilib ki, 2020-ci ildən etibarən Ermənistan tərəfdən basdırılmış minalar, həmçinin partlamamış hərbi…

Daha çox

Bazarlar çökür, Tramp qolf oynayır…

Onlar Putinə deyil, pinqvinlərə rüsum tətbiq etdilər… …ABŞ Prezidenti Donald Trampın qlobal tarifləri elan etməsindən sonra Uoll Stritdə səhmlərin kütləvi satışı baş verdi. Cəmi iki gün ərzində ABŞ fond bazarının əsas indeksləri təxminən 10 faiz ucuzlaşıb. SİA-nın məlumatına görə, səhmlər sürətlə dəyər itirərkən, Tramp özü Floridada qolf meydançasında vaxt keçirirmiş. Cümə günü Dow Jones Industrial Average 5, S&P 500 və Nasdaq isə təxminən 5,5 faiz ucuzlaşıb. Bir gün əvvəl azalma müqayisə oluna bilərdi. Bu, Nyu-York Fond Birjasında COVID-19 pandemiyasından sonra ən böyük enişdir. Ekspertlər çöküşü…

Daha çox

Ailənin formalaşmasına təsir edən böhranlı dövrlər

“Ailə kiçik dövlətdir və bu dövlətin qorunmasında ər və arvad arasındakı münasibətlər önəmli yer tutur. Ailə münasibətlərinə zərbə vuran ər-arvad arasında baş verən konfliktlərdir ki, bunlar da ailənin inkişafına və formalaşmasına mane olur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloq bildirib ki, konfliktlər əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Bu tələbatlara öz “mən”inin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik, müsbət emosiyalara olan tələbatın ödənilməməsi, istirahət vaxtının təşkilinə ərlə-arvadın tələblərinin müxtəlifliyi, müsbət emosiyalara olan tələbatın ödənilməməsi və s. aiddir: “Bunlarla…

Daha çox

Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər və Yasamal rayonlarında qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə aprelin 7-də saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Atçılıq yaşayış massivində, Yasamal rayonunun isə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha çox

Ermənistan təxribatçı əməllərinə niyə son qoymur?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik: – Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir? – Çalışırlar ki, Azərbaycanla Ermənistan arasında yenidən qarşıdurmanı gücləndirsinlər. Müəyyən güc sahibi olan dövlətlər istəmirlər ki, Qafqazda sabitlik olsun. Bu baxımdan da, bütün vasitələrlə çalışırlar ki, Paşinyanı yenidən müharibəyə cəlb etsinlər, onu hakimiyyətdən devirsinlər. Paşinyanın seçdiyi yol qərbmeyilli yoldur. Stabilliyi pozmaqdan ötrü sərhəddə toqquşma yaratmağa başlayırlar. Heç bir şey edə bilməyəcəklər. Cənab Prezidentin bu sahədə apardığı uğurlu iş, Qarabağın…

Daha çox

Vuçiç yeni hökumət qurmağı ona tapşırdı

Serbiyada yeni hökuməti formalaşdırmaq professor Duro Macuta tapşırılıb. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib. Dövlət başçısı bildirib ki, yeni hökumət cümə gününə qədər formalaşdırılacaq. “Ölkənin regional siyasətlə bağlı bütün təzyiqlərə qarşı çıxdığı, Avropa İttifaqına üzvlük yolunun sürətləndiyi və ABŞ-ın yeni tarifləri fonunda yeni hökumətin qarşısında çətin vəzifələr durur. Eyni zamanda, ənənəvi dostlarla münasibətlərin qorunub saxlanması, həm xarici, həm də daxili investisiyaların səviyyəsini bərpa etmək kimi məsələlər hökumətin əsas vəzifələrindəndir”, – deyə Aleksandar Vuçiç vurğulayıb. Qeyd edək ki, professor Duro Macut Serbiya təbabətini və Belqrad…

Daha çox