Məhkəmə hansı şəxsdən aliment tuta bilər?

“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş Azərbaycan Respublikasında son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib. O bildirib ki, ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmiş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı…

Daha çox

“Brent” neftinin qiyməti 64 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 2.49% azalaraq 1 barelə görə 63,95 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2.56% azalaraq 60,40 ABŞ dollarına bərabər olub.

Daha çox

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin ediləcək

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq. İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq. Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.

Daha çox

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,51% artaraq 3051 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 3.04% artaraq 30.12 ABŞ dollarına bərabər olub.

Daha çox

Fransada üç siyasi partiya bir-birinə qarşı etiraz nümayişi edirlər

İfrat sağçı “Milli Birlik” (Rassamblement National –RN) partiyasının birinci instansiya məhkəməsində dövlət vəsaitlərini mənimsəmədə ittiham olunması və Marin Le Penin prezident seçkilərinə namizədliyini irəli sürə bilməməsi son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb. Nümayişlər şəhəri olan Parisdə bir neçə siyasi partiya şəhərin müxtəlif məkanlarında nümayiş edib. SİA xəbər verir ki, belə gərgin vəziyyətdə ölkədəki siyasi partiyalar, xüsusilə də ifrat sağçı “Milli Birlik”, solçular, eləcə də makronçular – Qabriel Attalın rəhbərliyi ilə “Renaissance” partiyası eyni vaxtda nümayişə toplaşıb. “Fransa demokratiyası məhv edilir”. Edam edilən Fransa demokratiyasıdır. Artıq hakimlərin idarəçiliyi deyil,…

Daha çox

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 10. 28…

Daha çox

İsrail Qəzzadan raket atəşinə tutuldu

Qəzza zolağından HƏMAS radikalları İsrailə 10 raket atıb, bəziləri vurulub. SİA xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb. “Qəzza zolağından İsrail ərazisinə uçan 10 raket müəyyən edilib. Onların əksəriyyəti uğurla vurulub”, – məlumatda deyilir. Nazirlik qeyd edib ki, bu atəşə görə İsrailin cənubunda hava hücumu xəbərdarlığı elan edilib.

Daha çox

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilibki,Ş havanın temperaturu gecə 10-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu…

Daha çox