Sabah gözlənilən küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq yaradacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.