Qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı

Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistan Respublikasının “.am” domeni ilə qeydiyyata alınıb. SİA xəbər verir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib. Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,…

Daha çox

Tramp Çinə tətbiq edəcəyi vergini 50 faiz qaldıracağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edəcəyi vergini artıracağını açıqlayıb. SİA-nın məlumatına görə, o, bunu Çinin ABŞ-a tətbiq edəcəyi 34 faizlik cavab rüsumu qarşılığında edəcəyini bildirib. Çin aprelin 8-nə kimi rüsum tətbiq edəcəyi ilə bağlı qərarından geri çəkilməzsə, Tramp bu ölkəyə tətbiq edəcəyi tarifi 50 faizə qaldıracağını bəyan edib. Onun sözlərinə görə, bununla yanaşı, Çinin müraciəti əsasında planlaşdırılan bütün görüşlər təxirə salınacaq.

Daha çox

Afrikalı Rusiyaya köçdü və “əsl osetin oldu”

Kamerundan Rusiyaya köçən afrikalı David Dalle həkim və “əsl osetin” olub. SİA xəbər verir ki, bu barədə Zen platformasında “Foreigners in Russia” portalı məlumat yayıb. Köçdükdən qısa müddət sonra həkimlik təcrübəsi olan Dalle Vladiqafqazda iş tapıb. O, həm də könüllü xilasedici və ilk yardım təlimatçısı olub. …Həm də yerli dostlarının dediyinə görə, o, osetin olub və dağ mənzərələrinin aşiqinə çevrilib. …O, Rusiyada qalıb neyrocərrahiyyədə işləmək istədiyini deyir, lakin bunun dəqiq harada baş verəcəyini hələ bilmir. Bundan əvvəl Rusiyada yaşayan Hollandiyadan olan səyahət bloggeri Baykal gölündəki rus hamamına baş çəkib və…

Daha çox

“Sülhü pozan təxribatçı addımlara son qoyulmalıdır”

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr irəli sürür. Çünki Azərbaycanın əsas tələbləri ATƏT-in Minsk Qrupunun buraxılması, eyni zamanda Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Lakin burada Ermənistan sülh ilə bağlı manipulyasiyalarını davam etdirir. Həmçinin sürətli silahlanma və Azərbaycana qarşı müxtəlif şər və böhtan kampaniyalarının həyata keçirilməsinin də şahidiyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, bir tərəfdən müşahidələrimiz göstərir ki, Qarabağın Ermənistanda olan nümayəndəliyi də bağlanılmayıb: “Onun bəzi vaxtlar müxtəlif tədbirlər həyata keçirdiyini də görürük və eyni zaman Ermənistan parlamenti…

Daha çox

ABŞ Konqresi Ukraynaya yardım məsələsinə nə vaxt baxacaq..?

…ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Frenç Hill hesab edir ki, spiker Mayk Conson aprelin 19-dan sonra Kiyevə yardım haqqında qanun layihəsinin təşəbbüsünü nəzərdən keçirəcək. SİA-nın məlumatına görə, o, bu barədə CBS News-da danışıb. …İnanıram ki, spiker Conson Ukrayna, Tayvan və İsrail üçün əlavə vəsaitlərin ayrılması məsələsini qaldıracaq. Konqresmen qeyd edib. Onun sözlərinə görə, bu məsələ Xarici Kəşfiyyata Nəzarət Aktı üzərində işlər başa çatdıqdan sonra müzakirəyə çıxarılacaq. Bu hökumət proqramının bərpası üçün son tarix aprelin 19-dur. …İsrail və Tayvana dəstəyimiz kimi Ukrayna prioritet olaraq qalır. Bəli, inanıram ki, o, bu…

Daha çox

““Böyük Qayıdış” prosesi davam edir”

“Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Böyük Köç prosesi davam edir”. Bunu SİA-ya Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra dövlətimiz bütün gücünü və enerjisini məhz torpaqlarımızın bərpasına, infrastruktur xətlərinin layihələrinin tez bir zamanda ərsəyə gəlməsinə və vətəndaşların geri dönüşünə sərf edib: “Bu gün artıq 12 min nəfərdən çox keçmiş məcburi köçkün Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşıb, geri dönüb. Ancaq ümumilikdə orada işləyən, fəaliyyət göstərən insanları nəzərə alsaq, bölgədə artıq çoxsaylı insan yaşayır və çalışır. Bu da bir daha təsdiq edir ki, “Böyük…

Daha çox

ABŞ Moldovaya bəzi maliyyə yardımlarını bərpa edəcək

Amerika Birləşmiş Ştatları Moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu ABŞ-dan işgüzar səfərdən qayıdan Moldova Parlamentinin spikeri İqor Qrosu deyib. “Bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Yaxşı siqnallar var. Layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, – deyə İqor Qrosu bildirib. Xatırladaq ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın Moldovaya maliyyə layihələrini dayandırıb.

Daha çox

Azərbaycan enerji təhlükəsizliyi təminatında qlobal tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Müasir dövrdə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinə keçid məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycanın geostrateji mövqeyi və enerji resursları, xüsusilə də Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır. Cari ilin 4 aprel tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji əməkdaşlığının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı yalnız regionun deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyi, yaşıl enerji keçidi…

Daha çox

Litva Konstitusiyaya Rusiya əleyhinə düzəlişlər təklif edir

…Litva Seymi Rusiya və Belarus vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum edilməsini təklif edib. SİA xəbər verir ki, bu barədə Baltikyanı respublika parlamentinin mətbuat xidməti məlumat yayıb. Vətən İttifaqının üzvləri – Litva Xristian Demokratlar Partiyasının üzvləri Dalia Asanaviçyute və Laurynas Kasçiyunas Litva Konstitusiyasına Rusiya əleyhinə düzəlişlər etmək istəyiblər. Qeyd olunur ki, bələdiyyə seçkiləri dövlətin təhsil və dil sahəsində siyasətini müəyyən edir, ona görə də yalnız Litva və Avropa İttifaqı (Aİ) vətəndaşlarına səs vermək imkanının təmin edilməsi vacibdir. …Təhlükələri minimuma endirmək və Estoniyadan nümunə götürmək üçün biz Aİ, AEA, NATO və…

Daha çox

Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. Bu barədə SİA Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir. S.Qafarova Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. Görüşdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsinin aktual məsələləri müzakirə edilib. İqtisadi Əməkdaşlıq İli çərçivəsində birgə həyata keçirilən səmərəli iş qeyd olunub. Bildirilib ki, ticarət dövriyyəsinin həcmi artır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq layihələri aktiv fazadadır. Bundan əlavə, mütəmadi olaraq mədəni-humanitar tədbirlər keçirilir. Tərəflər razılaşmaların icrasına nəzarət və yüksək səviyyəli gələcək sammitlər…

Daha çox