Bu ilin I rübündə Naxçıvan Muxtar Resoublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur. SİA xəbər verir ki, bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, yanvar-mart aylarında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb. “Ötən ilin eyni dövrünə nisbətən yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə artıb”, – deyə nazir əvəzi qeyd…
Daha çoxDay: April 8, 2025
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını dedi. Dövlət başçısı Fərzanə Sadiqinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirdi və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və…
Daha çoxAvropa İttifaqı ABŞ-a gömrük rüsumlarının ləğvini təklif edib
Avropa İttifaqı (Aİ) Brüssellə Vaşinqton arasında gərginləşən ticarət münasibətlərini yumşaltmaq üçün ABŞ-a sənaye məhsulları üzrə bütün gömrük rüsumlarının qarşılıqlı şəkildə ləğvini nəzərdə tutan razılaşma təklif edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın rüsum qərarlarına baxmayaraq, Aİ dialoqa açıqdır. Bu təklif Donald Trampın rüsum qərarlarından əvvəl təqdim olunub və sonuncu dəfə ötən cümə günü yenilənib. Ursula Fon der Lyayen bildirib ki, xüsusilə avtomobil sahəsində azad ticarət məsələsi bir neçə dəfə gündəmə gəlib,…
Daha çoxBəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. SİA xəbər verir ki, xidmətdən verilən məlumata görə, belə ki, Şərur, Ceyrançöl, Şəmkir, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Balakən, Qax, Zaqatala və Ağstafada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Goranboyda 27, Mingəçevir, Ağdam, Tərtər və Bərdədə 20, Naftalan və Yardımlıda 18, Kəlbəcər və Zəngilanda 17, Yevlax və Culfada 15, Xaltanda saniyədə 14 metrədək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan Muxtar…
Daha çoxI rübdə sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb
Bu ilin I rübündə hərəkətdə olan sərnişin və yük qatarlarına 11 dəfə daş atılıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb. Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər. “ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir”, – deyə qurumun…
Daha çoxAzərbaycan Prezidenti ilə iranlı nazir fikir mübadiləsi aparıblar
Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. SİA-nın məlumatına görə, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha çoxTürkiyə limon ixracının dayandırılmasını açıqlayıb…
…Respublikanın Ticarət Nazirliyinin hesabatına görə, anormal şaxtalar Türkiyəni müvəqqəti olaraq limon ixracını məhdudlaşdırmağa məcbur edib. SİA-nın məlumatına görə, agentlik çərşənbə axşamı, aprelin 8-dən etibarən ölkənin xaricə sitrus meyvələrinin göndərilməsini müvəqqəti dayandıracağını bildirib. Qərarın ölkədə anomal soyuq hava şəraiti ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırıldığı bildirilir. Rəsmilər əlavə edib ki, bu addım Türkiyə daxilində tələb və təklif arasında tarazlığı qorumaq üçün zəruridir. Ötən il Rusiya hakimiyyəti daxili bazarın sabitliyini qorumaq üçün qamış və ya çuğundur şəkərinin, eləcə də kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa qoyub. Nazlı Almuradova
Daha çoxAMB “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” 50 min manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə onun vəzifəli şəxsi 10 min manat cərimələnib.
Daha çox“Azərbaycan Zəfər diplomatiyasını daha da genişləndirməlidir”
“Ermənistanın hərbi-siyasi təxribatları davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. O bildirib ki, bir tərəfdən Azərbaycanın mövqeləri intensiv surətdə atəşə tutulur: “Digər tərəfdən siyasi sahədə də ölkəmiz əleyhinə müxtəlif təxribatlar baş tutur. Bu, həm də erməni lobbisi təşkilatlarının ölkəmizi ləkələmək, hüquqi zəmində ölkəmiz haqqında müəyyən mənfi təəssüratlar yaratmaq məqsədilə edilməkdədir. Vətən müharibəsində lokal xarakterli antiterror əməliyyatlarından sonra bu hücumlar aktiv görünməkdədir. Bütün bunların məqsədi sülh prosesinə zərbə vurmaq, Azərbaycanın tələblərini yerinə yetirməmək və sülh müqaviləsinin imzalanmasından yayınmaq xarakteri daşıyır. Uzun müddətdir ki, Azərbaycanın diplomatik fəaliyyəti həm ölkəmiz…
Daha çoxyeni tariflər qlobal bazarlara necə təsir edir..?
Asiya fond bazarları son 16 ilin ən böyük çöküşündən əziyyət çəkir… …Qlobal fond bazarları Donald Trampın sərt tarif siyasətləri fonunda kəskin ucuzlaşmaqda davam edir. Çin, Yaponiya, Honq-Konq və Hindistanın səhmləri dəyərlərini itirir, Asiya fond bazarları son 16 ildə ən böyük çöküş yaşamaqdadır. SİA-nın məlumatına görə, bu barədə Bloomberg yazır. …Azalma fonunda Yapon ieni möhkəmlənib və neft qiymətləri isə ucuzlaşıb. Tramp potensial bazarın çökməsi ilə bağlı narahatlıqları rədd edir və tariflərlə bağlı mövqeyində möhkəm dayanır. …Pekin ticarət müharibəsinin təsirini yumşaltmaq üçün danışıqlar aparır.…
Daha çox