Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.91% – 37,965.60 bəndədək, S&P 500 indeksi 0.23% – 5,062.25 bəndədək azalıb, Nasdaq indeksi isə 0.10% – 15,603.26 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 7-də FTSE 100 indeksi 4.38% – 7,702.08 bəndədək, Fransanın CAC-40 indeksi 4.78% – 6,927.12 bəndədək, Almaniyanın DAX indeksi 4.13% – 19,789.62 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.49% artaraq 1.0965 dollar təşkil edib.

Daha çox

Finlandiya Ukraynaya 1,6 milyon avro ayırıb

Finlandiya hakimiyyəti Ukraynanın vergi sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi proqramının həyata keçirilməsi üçün 1,6 milyon avro ayırıb. SİA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc edilmiş açıqlamada bildirilib. “Ukrayna Dövlət Vergi Xidmətinə (DVX) etimadın möhkəmləndirilməsi” layihəsi ölkənin daxili gəlir bazasının gücləndirilməsinə və xarici maliyyələşdirmədən asılılığın azaldılmasına yönəlib. Layihənin 2025-2028-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyon avro ayrılıb”, – məlumatda qeyd olunub. Finlandiyanın vergi orqanları və DVX layihəni birgə həyata keçirəcək. Bu layihə çərçivəsində Kiyev və onun Qərb tərəfdaşları səmərəli və şəffaf vergi sisteminin yaradılmasını, həmçinin Ukraynada…

Daha çox

SOCAR-da kadr hazırlığı və yerli mütəxəssislərin hazırlanması necə aparılır?

“SOCAR ölkənin enerji sektorunda strateji rol oynamaqla yanaşı, yerli mütəxəssislərin hazırlanmasına və əməkdaşlarının peşəkar inkişafına da böyük önəm verir. Bu istiqamətdə həyata keçirilən müxtəlif təşəbbüslər sayəsində SOCAR həm öz işçi heyətinin bilik və bacarıqlarını artırır, həm də ölkə vətəndaşlarının müasir peşə bacarıqlarına yiyələnməsinə töhfə verir”. SİA mövzu ilə bağlı quruma sorğu göndərib. Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin verdiyi cavaba görə, SOCAR-da çalışan əməkdaşların peşəkar inkişafı iki əsas istiqamətdə həyata keçirilir: “SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərində təşkil olunan təlimlər: – Bu təlimlər SOCAR əməkdaşlarının bilik və…

Daha çox

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb

Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb. SİA xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb. İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir. “Onları gücləndirməyə davam edəcəyik!”, – Gideon Saar əlavə edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz

Daha çox

Kral III Çarlz və Kraliça Kamilla İtaliyaya rəsmi səfərə gəliblər

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla İtaliyaya rəsmi səfərə gəliblər. SİA xəbər verir ki, taxta çıxdıqdan sonra İtaliyaya ilk dəfə rəsmi səfərə gələn Kral III Çarlz və xanımının İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşləri nəzərdə tutulur. Dörd günlük səfər çərçivəsində cütlüyün Kolizeyə səfəri, Britaniya icması və digər müxtəlif görüşləri nəzərdə tutulub. Həmçinin, Kral III Çarlzın İtaliya parlamentində çıxışı gözlənilir. Çarlz və xanımı evliliklərinin 20-ci ildönümündə – aprelin 10-u Ravenna şəhərinə səfər edəcəklər. Qeyd edək ki, Kral III Çarlz və Kraliça Kamillanın Roma Katolik…

Daha çox

Süni intellekt necə insanın dar günündə yanında ola bilər?

“Son dövrlərdə bəzi insanlar süni intellektlə dostluq etdiklərini iddia edirlər. Açığını desək, belə insanların səmimiyyətinə inanmıram. Mənim düşüncəmə görə, bu insanların sosial əlaqələr qurmaqda çətinlikləri ola bilər və bu, bəzən ciddi psixoloji problemlərin əlaməti də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, Allah insanı fitrətən dostluğa meylli, bir dosta ehtiyacı olan şəkildə yaratmışdır: “İnsan, həyatında qarşısına çıxan insanla bir ruh bağlılığı qurmalı, o dostun yanında olmalı, onunla həm sevincli, həm də çətin anlarını bölüşməlidir. Dost, çətin günündə yanında olmalı,…

Daha çox

ARDNF I rübdə büdcə öhdəliyini tam icra edib

Bu ilin I rübündə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 3 milyard 620,3 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və yaxud 13,3 % çoxdur. Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüblük ödəniş tam icra edilib.

Daha çox

Britaniya səhiyyə üzrə məlumat tədqiqatına 767 milyon dollaradək sərmayə qoyacaq

Britaniya hökuməti klinik sınaqların müddətini qısaltmaq və elmi tədqiqatları sürətləndirmək məqsədilə yeni səhiyyə məlumatlarına 600 milyon funt sterlinqə (767 milyon ABŞ dolları) qədər sərmayə yatıracaq. SİA “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Kir Starmer açıqlama verib. Yeni sistemin 2026-cı ilin sonundan etibarən fəaliyyətə başlayacağı və tədqiqatçılar üçün təhlükəsiz və istifadəsi asan, vahid məlumat platforma olacağı gözlənilir. Bu isə müxtəlif sistemlər arasında məlumat axtarışını aradan qaldıracaq. Hökumət hesab edir ki, bu təşəbbüs Britaniyanı xərçəng, demensiya və artrit kimi xəstəliklərin daha tez müalicəsi istiqamətində mühüm irəliləyişə apara bilər. “Təqdim…

Daha çox