Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat, xərcləri isə 8 milyard 115 milyon manat təşkil edib. SİA Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çox və 1,6 % azdır. Hesabat dövründə gəlirlər 101,8 %, xərclər isə 98 % icra edilib. Son nəticədə büdcədə 1 milyard 618,4 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən 97 % çoxdur. “Yanvar-mart aylarında xəzinədarlıq orqanları 320 mindən çox ödəniş tapşırığı yerinə yetirib və büdcə gəlirlərini artıqlaması ilə…
Daha çoxDay: April 8, 2025
Bayramov və Saar BƏƏ-də ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Bayramov və Saar BƏƏ-də ikitərəfli əlaqələrin inkişafını və Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Daha çoxGələn ay Bağdadda Ərəb Sammiti keçiriləcək
Bağdad şəhəri mayın 17-də Ərəb Dövlətləri Liqasının növbəti sammitinə ev sahibliyi edəcək. SİA İraq Xəbər Agentliyinə istinadla bildirir ki, İraq tərəfi sammitin keçirilməsi ilə bağlı hazırlıqların yekunlaşdığını deyib. Qeyd olunub ki, sammitin proqramı hazırdır. Tədbirdə ərəb ölkələri ticarət nazirlərinin şurasının yaradılması təklifi, hazırkı çağırışlar fonunda iqtisadi əməkdaşlığın perspektivləri, iqtisadi inteqrasiyaya nail olmağın yolları, eləcə də Fələstin və Yəmən xalqlarına dəstək və başqa mövzular müzakirə ediləcək.
Daha çoxAzərbaycanda 2 yeni BOKT yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fıntechcredıt” və “Aventus Azerbaijan” MMC bank olmayan kredit təşkilatlarını (BOKT) dövlət qeydiyyatına alıb. SİA xəbər verir ki, “Fıntechcredıt” hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 183, mənzil 6, “Aventus Azerbaijan”ın hüquqi ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14A, mənzil 171-dir. Hər iki BOKT-un nizamnamə kapitalı bu növ maliyyə qurumları üçün müəyyən edilmiş tələbə uyğun – 1 milyon manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Bilal Hilal oğlu Bilallı və Iryna Barskadır.
Daha çoxZelenski yeni səfirlər təyin etdi
Ukrayna prezidenti Vladimir Zelenski ölkənin diplomatik korpusu ilə bağlı bir neçə sərəncam imzalayıb. SİA xəbər verir ki, müvafiq sənədlər Ukrayna prezidentinin saytında dərc olunub. Zelenski müvafiq sərəncamlarla Qazaxıstan, Çin, Livan, Norveç, Paraqvay və Finlandiyaya yeni səfirlər təyin edib. Bundan əlavə, Ukraynanın Braziliya və Almaniyadakı keçmiş səfiri Andrey Melnik ölkənin BMT-dəki daimi nümayəndəsi olub.
Daha çoxÖdənişli xidmətlərindən daxilolmalar 15 % artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon manat və yaxud 15,1 % çoxdur. Bundan başqa, rüb ərzində büdcəyə sair daxilolmalar 154,9 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 4,5 milyon manat və yaxud 2,8 % azdır.
Daha çoxXİN Ağdaban faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, nazirliyin “X” sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. “1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib, 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb, 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Allah…
Daha çoxABŞ Ali Məhkəməsi venesuelalı miqrantların deportasiyasına icazə verib
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına Yad Düşmənlər Aktı adı altında venesuelalı miqrantları deportasiya etməyi davam etməyə icazə verib. SİA-nn məlumatına görə, məhkəmənin qərarına əsasən lakin onlar ABŞ-dan deportasiya edilməzdən əvvəl məhkəmə dinləmələri keçirilməlidir. 5 hakim qərarın lehinə, 4 hakim əleyhinə səs verib. Bildirib ki, administrasiya deportasiya edəcəyi venesuelalılara məhkəməyə müraciət etmək üçün müəyyən vaxt verməlidir. 1798-ci ildə qəbul olunmuş Xarici Düşmənlər Aktı hökumətə müharibə vəziyyətində düşmən ölkənin vətəndaşlarını ölkədən çıxarmaq və ya nəzarətə almaq səlahiyyəti verir. Sonuncu dəfə İkinci Dünya müharibəsində bu aktdan istifadə edilib.
Daha çoxAprelin 10-da Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutub. SİA xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Daha çoxBüdcəyə daxilolmalar 13% artıb
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət büdcəsinə daxilolmalar 10,4 milyon manat təşkil edib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon manat və yaxud 13 % çoxdur. Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 22,6 %-i təmin olunub.
Daha çox