Robert De Niro Kann Film Festivalının “Palma budağı” mükafatı ilə təltif olunub


Mayın 13-də 78-ci Kann Film Festivalının açılışı olacaq. SİA xəbər verir ki, amerikalı aktyor, rejissor və prodüser, 2011-ci il festivalının münsiflər heyətinin sədri olan Robert De Niro yenidən Kann Festivalına qatılacaq.

Qazandığı nailiyyətlərə görə, Robert De Niroya “Qızıl palma budağı” mükafatı təqdim olunacaq.

Bu mükafatla təltif olunduğunu eşidən kinemotoqrafiya əfsanəsinə çevrilmiş Robert De Niro deyib: “Kann Festivalı ilə bağlı güclü hisslərim var. Bu gün Kann bizi bir araya gətirir”.

Açılış mərasiminin ertəsi günü – mayın 14-də Robert De Niro “Salle Debussy” səhnəsində festivala gələnlərlə görüşəcək.

Əlaqəli Xəbərlər