Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxDay: April 9, 2025
Gələcək kanslerdən Trampa sərt xəbərdarlıq…
…Xristian Demokrat İttifaqı və Almaniya Sosial Demokrat Partiyası arasında koalisiya razılaşması o deməkdir ki, Almaniya dünya işlərinə qayıdıb və ABŞ prezidenti Donald Tramp bunu nəzərə almalıdır. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu gələcək kansler Fridrix Merz deyib. …Almaniya müdafiə öhdəliklərini yerinə yetirəcək və Almaniya öz rəqabət qabiliyyətini gücləndirməyə hazırdır. Xristian Demokrat İttifaqı lideri qeyd edib bunu. Eyni zamanda Merz vurğulayıb ki, Avropa İttifaqı Trampın dünya ölkələrinin əksəriyyətinə tətbiq etdiyi tariflər və rüsumlar sahəsində vahid siyasət hazırlamalıdır. Bundan əvvəl məlum olub ki, Xristian Demokrat və Xristian Sosial Birliklərinin (CDU/CSU)…
Daha çoxHindistanda turistlərlə bağlı yeni qanun qüvvəyə minib…
…Otel və digər yaşayış yerlərində yalnız sənədə uyğun olaraq adınızı qeyd etməlisiniz. Hindistan hakimiyyəti pasportda yazılanlardan fərqli olan hər hansı variantdan istifadəni qadağan edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, aprelin 4-dən etibarən Hindistanda immiqrasiya və əcnəbi vətəndaşlarla bağlı yeni qanun qüvvəyə minib. Deməli, qanunda qanunu pozan turistlər üçün ciddi məsuliyyət nəzərdə tutulur. Beləliklə, Hindistanda qalma və etibarlı sənədlər olmadan ölkədə olma indi üç ilə qədər həbs və 300 min rupiyə qədər cərimə ilə cəzalandırılır. Hindistana etibarlı pasport və viza olmadan giriş qaydaları sərtləşdirilib. Qanunu pozanları 5 ilə qədər…
Daha çox“Azərbaycan ildən-ilə mühüm faktora çevrilir”
“Azərbaycan ildən-ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktora çevrilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, bu gün Azərbaycan qazı Avropada gözlənilir və enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da çoxdur: “Bu il Cənub Qaz Dəhlizi Məşvərət iclasında artıq 42 ölkənin nümayəndəsi, 7 beynəlxalq təşkilatın və çoxsayda müxtəlif firmaların nümayəndələri iştirak etdilər. İclasda müzakirə edilən məsələlər təhlükəsiz boru kəmərləri və qaz təchizatının günü-gündən güclənməsidir, eyni zamanda bu məsələdə üzərinə götürülən öhdəliklərin icrası idi. Azərbaycan onsuz da öz üzərinə götürdüyü öhdəliyə sadiq olan…
Daha çoxÇin ABŞ-a səyahət və təhsil barədə vətəndaşlarına xəbərdarlıq edib
Çinin Mədəniyyət və Turizm Nazirliyi ABŞ-a səfər etməyi planlaşdıran turistlərə səyahət riskləri barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, nazirlik çinli turistlərə ABŞ-da səyahət zamanı diqqətli olmağı tövsiyə edib. Çinin Təhsil Nazirliyi isə ABŞ-ın Ohayo ştatında Çin üçün əlverişsiz hesab edilən müddəaları özündə cəmləşdirən, Çin-ABŞ təhsil müəssisələri arasında akademik mübadilələrə məhdudiyyətlər qoyan ali təhsil haqqında qanunun qəbulundan sonra bu ölkədə təhsil haqqında xəbərdarlıq edib. Qurumun bəyanatında ABŞ-ın bəzi ştatlarında təhsil almağı planlaşdıran çinli tələbələrə təhlükəsizlik risklərini hərtərəfli qiymətləndirmək və ayıq olmaq tövsiyə edilib. Qeyd edək ki, hər iki qurumun xəbərdarlığı…
Daha çoxBaydenin dövründə Azərbaycanla münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər
Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, biz hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olmuşuq. Çünki ABŞ dünyanın ən güclü dövlətidir. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share
Daha çoxÇeçenistanda yol polislərinə hücum edən gəncin fotosu yayılıb…
Kadırov onun ailəsinin rayondan qovulmasını əmr edib Çeçenistan dövlət televiziya və radio şirkəti Qroznı Açxoy-Martanda patrul əməkdaşlarına hücum edən 17 yaşlı yeniyetmə Eskerhan Xumaşevin fotosunu nümayiş etdirib. SİA-nın məlumatına görə, foto respublika başçısı Ramzan Kadırovun hücuma həsr olunmuş iclasından reportajda yer alıb. Hekayədə deyilirdi ki, yeniyetmə kənddəndir və Moskvada yaşayır. Baza daha əvvəl bildirmişdi ki, Xumaşev yol polisi postundan cəmi bir kilometr məsafədə yaşayır. …Deməli, Kadırov Xumaşevin ataları və qardaşlarının, eləcə də yol polisi postuna hücumun təşkilatçılarının rayondan çıxarılması barədə göstəriş verib. O, həmçinin onların…
Daha çoxBayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı
Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. Dövlət başçısı deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfıra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası…
Daha çoxCənubi Koreyanın milli valyutasının məzənnəsi zəifləyir…
Trampın rüsum siyasətinə görə… ABŞ Prezidenti Donald Trampın Çin başda olmaqla xaricdən idxal olunan mallara əlavə rüsumlar tətbiqi ilə qlobal iqtisadiyyatın üzləşdiyi gərginlik fonunda Cənubi Koreyanın milli valyutası olan vonun məzənnəsi zəifləyir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, aprelin 9-da vonun ABŞ dollarına nisbətdə məzənnəsi 1,48-ə enib. Əvvəlki günlə müqayisədə 1 ABŞ dolları 10,8 von bahalanıb. Bu, qlobal iqtisadi böhranla əlaqədar 2009-cu il martın 13-dəki məzənnədən də aşağıdır. Koreya Bankı (BOK) və hökumət valyuta və maliyyə bazarlarının gözləniləndən daha uzun müddət ərzində artan dəyişkənliklə qarşılaşa biləcəyini…
Daha çoxPakistanla sərmayələrin artırılması imkanları müzakirə edilib
Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb. SİA-nın məlumatına görə, nazirlikdən bildiriblər ki, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbulda Azərbaycan-Pakistan əməkdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirildiyi vurğulanıb. Azərbaycanla Pakistan əlaqələrinin starteji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq bildirilib. Qeyd edilib ki, iki dost və qardaş ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə…
Daha çox