“İqlim dəyişiklikləri səbəbindən insanların yaşadıqları yerləri, eyni zamanda iqtisadi fəaliyyət ərazilərini tərk etməsi zaman-zaman baş vermişdir. Bugün də hətta Azərbaycan daxilində belə iqlim dəyişikliyi səbəbindən yerdəyişmələr baş verir. Bunun ən adi, sadə misal formasını, qışlaq və yaylaqlar arasında maldarlıq təsərrüfatının köç etməsini deyə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, bu dövrü olaraq dəyişən yerdəyişmələrə aiddir: “Amma birdə var ki, müxtəlif dövrlərdə yaranan proseslər birdəfəlik baş verir. Buna səhrəlaşma, quraqlıqların baş verməsi, bir ərazidə kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin azalması duzlaşdırılması yaxud da…
Daha çoxDay: April 9, 2025
Qayıdış hüququnun təmin ediləcəyinə ümid ifadə olunur…
Kolumbiyalı konqresmenlər: Qərbi azərbaycanlıların dədə-baba yurdlarına tezliklə geri dönüşünün təmin ediləcəyinə ümidvarıq Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri Xocalı soyqırımının 33-cü ildönümü və Qərbi Azərbaycanlıların qayıdış hüququnun bərpası ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova açıq məktub ünvanlayıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məktubda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş soyqırımı aktının bəşəriyyət tarixinin qanlı səhifələrindən biri olduğu bəyan edilir, həmin gecə 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 azərbaycanlının xüsusi…
Daha çoxAvropa Ukrayna münaqişəsi zamanı ABŞ-dan 265 milyard dollar dəyərində silah sifariş edib
Ukrayna münaqişəsi başlayandan bəri ABŞ-ın silah satışı 600% artıb, Avropa ölkələrindən gələn sifarişlərin həcmi isə 265 milyard dollara çatıb. SİA xəbər verir ki, bu barədə Alyansın bölgədəki baş komandanı, ABŞ generalı Kristofer Kavoli bildirib. O qeyd edib ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır. “Hazırda 265 milyard dollar dəyərində 4 min müraciət var. Bunlar silah istehsalçısı kimi ABŞ-dan alış-veriş etmək üçün növbəyə duran Avropa ölkələridir”, – deyə general əlavə edib.
Daha çoxAzərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək
“Taube Electronics” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. SİA-nın məlumatına görə, İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, şirkət tərəfindən Azərbaycanda ilk dəfə smart televizorların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 3,5 milyon manat olan layihə çərçivəsində 20-yə yaxın daimi iş yeri yaradılacaq.
Daha çoxABŞ və Rusiya nümayəndə heyətləri yenidən İstanbulda görüşəcək
ABŞ və Rusiya nümayəndə heyətləri aprelin 10-da İstanbulda Rusiyanın Baş Konsulluğunda ikinci dəfə bir araya gələcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rus heyətinə Vaşinqtona yeni səfir təyin olunması gözlənilən Aleksandr Darçiyev, ABŞ heyətinə isə Dövlət Departamentindən Sonata Koulter rəhbərlik edəcək. Tərəflər ilk dəfə 18 fevralda Ər-Riyadda, daha sonra isə 27 fevralda İstanbulda görüşmüşdü. Görüşlərdə ikitərəfli münasibətlərin normallaşdırılması və Ukrayna müharibəsi müzakirə olunur. Türkiyə bu prosesə ev sahibliyini davam etdirir. Müəllif: Günel Fərzəliyeva
Daha çox“Brent” neftinin qiyməti dörd ilin minimumuna düşüb
London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neftin fyuçers qiyməti 2021-ci ilin aprelin 7-dən bəri ilk dəfə bir barrel üçün 62 dollardan aşağı düşüb. SİA xəbər verir ki, bu barədə hərrac nəticələrindən bəlli olub. Bakı vaxtı ilə saat 23:17-yə olan məlumata görə, “Brent”in qiyməti 4,01 % azalaraq bir barrel üçün 61,78 dollar təşkil edib. Saat 23:22-yə “Brent” bir barrel üçün 61,94 dollar (-3,76 %) səviyyəsində hərrac çıxarılıb. Eyni zamanda, 2025-ci ilin may ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neftin fyuçers qiyməti 4,84 %…
Daha çox"Almaniya Cənubi Qafqazda ən böyük və lider dövlət kimi məhz Azərbaycanı tanıyır" – POLİTOLOQ DANIŞDI
“Almaniya Cənubi Qafqazda ən böyük və lider dövlət kimi məhz Azərbaycanı tanıyır” – POLİTOLOQ DANIŞDI
Daha çoxNazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib
Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib
Daha çoxAzərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 milyon manat olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6 % artaraq 963,5 milyon manat təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14 % artaraq 52,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 % artaraq 39,5 milyon manata…
Daha çoxErmənilər Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb
Ermənistanın Azərbaycana qarşı mina terroru hələ də davam edir. İşğaldan azad olunmuş ərazilərimizdə ötən 8 gün ərzində 4 mina hadisəsi qeydə alınıb. Bu, işğalçının 30 ildən artıq müddətdə həyata keçirdiyi mina siyasətinin hələ də davam etdiyini göstərir. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin paytaxtı Tbilisidə “Qərbi Azərbaycan: Geri qayıtmaq hüququ və ədalət, soyqırımı və minalardan təmizləmə” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib. Diplomat deyib ki, işğal dövründə Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını sistemli şəkildə minalarla çirkləndirib. Hazırda da bu minalar vətəndaşlarımızın həyatına son qoyur.…
Daha çox