Bakıda Prezidentin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB – FOTOLAR
Daha çoxDay: April 9, 2025
Ukraynanın NATO-dan imtina ehtimalı qiymətləndirilir…
…Ukrayna Konstitusiya Məhkəməsi bu bəndin ölkə Konstitusiyasına daxil edilməsini qanunsuz hesab edərsə, Moskva ilə barışıq əldə etmək üçün Kiyev NATO-ya doğru kursundan vaz keçə bilər. SİA xəbər verir ki, bu barədə “Strana.ua” siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, ölkənin əsas qanununa 2019-cu ildə edilən dəyişikliklərin konstitusiyaya zidd tanınması ideyasını ilk olaraq Petro Poroşenkonun siyasi strateqi Viktor Ukolov ifadə edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti artıq belə bir ssenari hazırlayır. Eyni zamanda nəşrin mənbələri Bankovanın bu açıqlamaya şübhə ilə yanaşdığını qeyd ediblər. Lakin onlar Ukolovun təsvir etdiyi sxemi…
Daha çoxAzərbaycanın 2025-ci ildə fiskal siyasətinin yumşaldılması məqsədəuyğun deyil
Azərbaycanda 2025-ci ildə fiskal konsolidasiyanın davam etdirilməsi həm tsiklik səbəblərə görə, həm də neft-qaz gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etmək üçün zəruridir. SİA Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, davamlı iqtisadi artımı nəzərə alaraq, 2025-ci ildə büdcə siyasətinin yumşaldılması məqsədəuyğun deyil. “Əksinə, 2025-ci ildən başlayaraq təxminən 10 il ərzində qeyri-neft sahəsi üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 1,5-2 faiz bəndi həcmində illik azaldılması tövsiyə olunur”, – fondun iqtisadçıları qeyd edirlər. Hesabatda deyilir ki, nəsillər arasında bərabərliyi təmin edən qeyri-neft sahəsi üzrə ilkin kəsir hədəf səviyyəsi qeyri-neft ÜDM-in 6…
Daha çoxCOP zamanı biz Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq
COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi. Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verdi. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib. “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımızda qoyulmuş vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik,…
Daha çoxKreml nüvə proqramı üzrə ABŞ-İran təmaslarını alqışlayır
Rusiya ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılması istiqamətində müsbət addım hesab edir. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Omanda keçiriləcək danışıqlar raundu ilə bağlı məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, Moskva danışıqlar prosesinin başlanmasını qeyd-şərtsiz dəstəkləyir və siyasi-diplomatik tənzimlənmə tərəfdarıdır. “Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi-diplomatik tədbirlər vasitəsilə tənzimlənməsinin tərəfdarıyıq. Əgər bu belə olarsa, bunu, yalnız müsbət qarşılamaq olar”, – deyə Kreml nümayəndəsi qeyd edib. O əlavə edib ki, Rusiya Omanda planlaşdırılan birbaşa…
Daha çoxAHİK-nin Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin açılışı olub. SİA xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Mərkəzin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, keyfiyyətli təlim xidmətlərinin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə yaradıldığını bildirib, Mərkəzdə yaradılmış şərait barədə məlumat verib. AHİK-in Aparat rəhbəri Həsən Cəfərov isə Mərkəzin müasir tələblərə cavab verdiyini, səmərəli fəaliyyətinin kadrların ixtisas və hazırlıq səviyyəsinin artırılmasında, yeni layihələrin hazırlanmasında əhəmiyyətini vurğulayıb, Mərkəzin işinə uğurlar…
Daha çoxBiz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq
Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən ddövlətimizin başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetiririk və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə…
Daha çoxRusiyanın Avropadakı son neft aktivi bloklanıb…
…Nəzarət səhm paketi “Qazprom”a məxsus olan Serbiyanın “Naftna industrija Srbije” enerji şirkəti (NİS, Serbiyanın Neft Sənayesi) Vaşinqtonun yeni iqtisadi sanksiyaları səbəbindən ölkə bazarına neft vermək imkanını itirib. SİA-nın məlumatına görə, bunu Reuters xəbər verir. Qeyd etmək lazımdır ki, NIS faktiki olaraq Rusiyanın Avropadakı sonuncu əsas neft aktividir. Son vaxtlara qədər bu şirkət Serbiyaya benzin və dizel yanacağının təxminən 80 faizini, eləcə də aviasiya yanacağı və mazutun 90 faizdən çoxunu təmin edirdi. Məlumdur ki, 2025-ci ilin yanvar ayının əvvəlində ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi enerji şirkəti NIS-i sanksiyalar siyahısına…
Daha çoxLeyla ə Arzu Əliyevalar “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva aprelin 8-də Qəbələdə “Gənc arıçı” layihəsinin iki iştirakçısının evini ziyarət ediblər. SİA xəbər verir ki, IDEA İctimai Birliyindən verilən məlumata görə, Leyla Əliyeva görüşdə gənc arıçı ailələri ilə səmimi söhbət edib, fəaliyyətləri ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib. Öz növbəsində, layihə iştirakçıları Zəlikə Məmmədova və Rəfiqə Maxsudova, eləcə də onların ailə üzvləri göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, süzdükləri təbii balı layihənin xüsusi…
Daha çox“Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək”
“Bir ay əvvəl alçanın bir kilosunun qiyməti 600 manat idi. Hazırda isə 100 manata düşüb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “İndi bazarda olan alçalar artıq yeni çiçəkdən düşüb. Bir neçə həftədən sonra açıq şəraitdə kütləvi şəkildə alça bazara çıxarılacaq və alçanın qiyməti ucuzlaşacaq. Hazırda satışda olan alçalar isə xüsusi şəraitdə istixana şəraitində yetişdirilmiş məhsullardır. Belə alçaların yetişdirilməsi xeyli xərc tələb edir. Bu səbəbdən həm xərci çoxdur, həm də bu cür alça yetişdirənlərin sayı azdır. Məhz buna görə də alçanın qiyməti bahadır.…
Daha çox