Prezident ADA-da keçirilən beynəlxalq forumda Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib: “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”. https://www.facebook.com/share/v/1Xw548hNuD/ https://x.com/presidentaz/status/1909834452617867586 https://youtube.com/live/_hiILgSEBv0?feature=share

Daha çox

Almaniya miqrasiya siyasətində dəyişikliklər etmək niyyətindədir

Almaniyanın miqrasiya siyasətində dəyişikliklərdən sonra Almaniya vətəndaşlığını hazırda olduğu kimi üç il deyil, yalnız beş il ölkədə yaşayandan sonra əldə etmək mümkün olacaq. SİA-nın məlumatına görə, Reuters xəbər verir ki, bunu Almaniya Xristian Demokrat İttifaqının (CDU/CSU) rəhbəri Fridrix Merz deyib. …Vətəndaşlıq əldə etmək ən azı beş il çəkəcək. Qeyd edək ki, mart ayında Merz, CDU-nun Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə birlikdə miqrasiya siyasətini sərtləşdirməyə razılaşdığını söyləyib. Siyasi partiya rəhbərinin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hüquqi sənədlərin sayını genişləndirməyi, həmçinin sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. CDU/CSU həmçinin Əfqanıstan…

Daha çox

Müğənnilər niyə toyda fonaqrama ilə mahnı oxuyur?

Hal-hazırda günümüzdə bir çox müğənnilər fonaqrama ilə mahnı oxuyurlar. Halbuki canlı oxumaq qabiliyyəti olan müğənnilər geridə qalır. Eyni zamanda həmin qabiliyyətli müğənnilər kəşf edilmir. Bəs fonaqrama oxuyan müğənniləri cəmiyyət necə qarşılayır? Həmin müğənnilər sevilirmi? SİA bu barədə vətəndaşların fikrini alıb. Şəhər sakini Saxavət Əliyev: “Mən fonaqrama oxuyan müğənnilərə çox yaxşı baxıram. Müğənnilərin irəli getməsi daxili bacarıqlarına görə tənzimlənir. Bəzi insanlar var ki, deyir “Mənim səsim çox yaxşıdır, təhsilim çox yaxşıdır, niyə burdayam?”. Mənim fikrimcə bütün hər şey şəxsi bacarıqdan asılıdır. Bu gün bir insanın səsi yoxdursa, o demək deyil ki,…

Daha çox

MM-də Azərbaycanla Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq sazişi müzakirə olunacaq

Milli Məclisdə Azərbaycanla Somali arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq sazişinin təsdiqi ilə bağlı məsələ müzakirə olunacaq. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyində yer alıb. Belə ki, komitənin bugünkü iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

Daha çox

Azərbaycan Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib

Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, – deyən dövlət başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda…

Daha çox

Ramzan Kadırov döyüş görüntüləri nümayiş etdirib

Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram-kanalında Belqorod vilayətinin sərhədində Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgəri ilə döyüşün görüntülərini nümayiş etdirib. …Demidovka kəndi istiqamətində hava kəşfiyyatı zamanı əsgərlər çox təkəbbürlü şəxsi aşkar ediblər: “Rusiya Federasiyası ilə inzibati sərhəddə Ukrayna Silahlı Qüvvələrinin mühəndis xidmətinin hərbçisi minalardan təmizləmə işləri aparıb”. Dron operatorları hədəfi aşkar etdikdən sonra düşməni məhv etmək qərarına gəliblər. Yayımlanan kadrlardan görünür ki, yaxınlaşan pilotsuz təyyarə yol ilə meşə zolağı arasında yerləşən Ukrayna əsgərinin üzərinə partlayıcı qurğu atıb. SİA-nın məlumatına görə, Kadırov daha əvvəl bəyan etmişdi ki, Şeyx Mənsur batalyonu Belqorod vilayəti yaxınlığında…

Daha çox

Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiq edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, üzvləri isə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru, “Azərenerji” ASC-nin vitse-prezidenti, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “PAŞA Holdinq” və “NEQSOL Holdinq” MMC-lərin Baş icraçı direktorları, Azərbaycanın Yaponiyada səfiridir. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə onun…

Daha çox

Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır

Gürcüstanla münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında tarixi bağlantılar var. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib. Müstəqillik dövrünün lap əvvəlindən Gürcüstanın və Azərbaycanın dostluq, tərəfdaşlıq və yüksək səviyyədə qarşılıqlı anlaşma nümayiş etdirdiklərini deyən dövlət başçısı bildirib: “Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.

Daha çox

“AÖS-ün fəaliyyətində heç bir dayanma və ya texniki problem müşahidə edilmir”

“Mərkəzi Bank öz mandatına uyğun davamlı olaraq ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi və həmçinin operatoru olduğu ödəniş sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Ani Ödənişlər Sisteminin (AÖS) istismara verildiyi zaman ölkə bazarında alternativinin olmadığını və sistemin funksional imkanlarının bazar iştirakçıları üçün yeni olduğunu nəzərə alaraq sistemin mobil tətbiqi və internet səhifəsi hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir. Mobil tətbiq üzərindən həmçinin ilk dəfə olaraq Açıq Bankçılıq həlli istifadəyə verilmişdir. Ötən dövr ərzində görülmüş işlər nəticəsində AÖS-ün əhatə dairəsi genişləndirilmiş və ödəniş xidməti təchizatçıları (ÖXT) sistemə inteqrasiya edilmişdir. Mərkəzi Bankın əsas hədəfinin…

Daha çox

Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb

Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. “Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”, – deyə dövlət başçısı əlavə edib.

Daha çox